Zəngəzur dəhlizinin açılması
Trans-Xəzər Beynəlxalq
Nəqliyyat Marşrutu
üçün mühüm
töhfə ola bilər
Avropa ölkələrinin
enerji təminatçısı
və etibarlı tərəfdaşı kimi
qəbul olunan Azərbaycan Avrasiyada həm də nəqliyyat-ticarət körpüləri
yaradır. "Şərq-Qərb",
"Şimal-Cənub" nəqliyyat
dəhlizlərinin fəal
aktorlarından biri kimi Azərbaycan yüklərin Asiyadan Avropanın müxtəlif
istiqamətlərinə təhlükəsiz
və ən əlverişli imkanlar daxilində daşınması
üçün rahat
tranzit marşrutu yaradıb.
Xəzər dənizi,
Beynəlxalq Dəniz Ticarəti Limanı, "Bakı-Tbilisi-Qars" dəmir
yolu, Ələt Azad İqtisadi Zonasının yaratdığı
imkanlar bir daha təsdiq edir ki, Azərbaycan
Qafqazda ən əlverişli nəqliyyat-tranzit
habıdır.
İkinci Qarabağ
müharibəsindəki Şanlı
Zəfərin yaratdığı
reallıq fonunda isə Azərbaycan Orta dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) daha
səmərəli və
etibarlı marşrut olması üçün
çox mütərəqqi
təkliflər irəli
sürür. Bunlardan biri də Zəngəzur
dəhlizinin açılmasıdır.
Savaşlar, toqquşmalar
qədim İpək yolunun yenidən canlanmasını şərtləndirir
Son iki ildə Ukrayna və Qəzza bölgəsində baş
verən hərbi toqquşmalar, eləcə
də qiyamçı
husilərin Qırmızı
dənizdə ticarət
gəmilərinə qarşı
silahlı hücumları
Avropa dövlətlərini
Asiya ilə ticarət əlaqələrini
davam etdirmək üçün yeni marşrutlar axtarmağa vadar edib.
Məlum hadisələr
və qlobal siyasətdəki gərginlik,
yükdaşımaların qiymətini artırmaqla yanaşı, Avropada inflyasiyanın artmasına
da təsir edir. Savaşlar və gəmilərə silahlı hücumlar qlobal marşrutlarda təhlükəsizlik məsələlərinin
həlli üçün
ayrılan xərclərin
də artmasını
şərtləndirib. Bu
da, əlbəttə ki, bahalaşmaya səbəb olur.
Məhz bu reallıqları nəzərə
alsaq, belə qənaətə gəlmək
olar ki, bu gün Avropa
ilə Asiyanı əlaqələndirən Trans-Xəzər
marşrutunun, yəni
Orta dəhlizin əhəmiyyəti artır.
Çünki Çin-Mərkəzi
Asiya-Azərbaycan və
Gürcüstandan Qara
dənizə və Avropaya uzanan bu dəhliz yükdaşıma xərclərinin
aşağı olması
ilə yanaşı, həm də təhlükəsizdir. Çindən
Avropaya Cənub dəhlizi ilə daşınan yüklər
Süveyş kanalından
keçməklə 20 min
kilometr məsafəni
əhatə edir. Lakin konteyner daşıyan qatar Orta dəhlizlə 12 gün ərzində 7 min kilometr məsafəni
qət edəcək ki, bu da
nəqliyyat xərclərinin
az olması ilə yanaşı, təhlükəsizliyin də
təmin olunmasını
şərtləndirəcək.
Çin-Mərkəzi Asiya-Azərbaycan və Gürcüstan ərazisindən
keçən marşrut
ilə yüklər Qara dənizə, buradan isə Türkiyə və Şərqi Avropa ölkələrinə çatdırılacaq.
O həmçinin keçdiyi
ölkələr arasında
ticarətin inkişafına
təkan verəcək.
Orta dəhliz vasitəsi ilə yüklər Çin, Qazaxıstan, Türkmənistan,
Azərbaycan, Gürcüstan,
Türkiyə və daha sonra Avropaya
daşınacaq. Bu dəhlizin əhəmiyyətini
artıran digər məsələ isə Rusiya-Ukrayna müharibəsidir.
Çünki Rusiya vasitəsilə Asiyadan Avropa Birliyi (Aİ) bazarlarına məhsulların
tədarükündə problemlərin
yaranması Orta dəhlizə olan marağı da artırıb. Bu baxımdan dəhlizin fəaliyyətinin gücləndirilməsi
Qərb və Şərq arasında təbii körpü rolunu oynayan Azərbaycan üçün
də böyük əhəmiyyət daşıyır.
Azərbaycan Orta
dəhlizin reallaşması
üçün çox
mühüm addımlar
atmaqdadır. Zəngəzur
dəhlizinin açılması
istiqamətində reallaşdırılan
layihələr bunun bariz təcəssümüdür.
Dünyada qlobal
layihələrin müəllifi,
təşəbbüskarı kimi tanınan Prezident İlham Əliyev bu barədə həm xarici ölkələrə
səfərlərində, həm
ölkə daxilində
keçirdiyi görüşlərdə,
beynəlxalq forum və konfranslardakı çıxışlarında çox
əhatəli şəkildə
məlumat verir. Azərbaycan Prezidenti həm görülən işlərdən danışır,
həm dəhlizin yaradacağı imkanları
izah edir, həm də dəhliz üzərindəki
ölkələri bu prosesə dəstək verməyə çağırır.
İlham Əliyev
əminliklə vurğulayır
ki, Azərbaycan Zəngəzur dəhlizini
reallaşdırdıqdan sonra
ilk növbədə türk dünyası ölkələri üçün
çox əlverişli
imkanlar yaranacaq. Eyni zamanda Asiyadan
Avropaya ən qısa marşrutun yaranması, qədim İpək yolunun yenidən canlanmasını
və ən əlverişli nəqliyyat-ticarət
xəttinə çevrilməsini
şərtləndirəcək.
Fevralın 19-da Ankarada
Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə geniş tərkibdə görüşündə
qardaş ölkənin
dövlət başçısı
da bu məsələyə
toxunaraq bildirmişdi ki, geosiyasi nizama
təsir edən koronavirus pandemiyası və Ukrayna müharibəsi kimi proseslər Orta dəhlizin etibarlı marşrut olduğunu bir daha göstərib.
2017-ci ildə açılan
"Bakı-Tbilisi-Qars" dəmir yolu xətti Orta dəhlizin strateji mərhələsi olub. Bu xətdəki işlərin ən qısa zamanda başa çatdırılması
və xəttin tamamilə işlək vəziyyətə gətirilməsi
ortaq mənfəətə
xidmət edir.
Zəngəzur dəhlizinin
əhəmiyyəti
Qlobal təşəbbüsləri
ilə Avrasiyada yeni nəqliyyat-tranzit habları yaradan İlham Əliyev Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətini dəyərləndirərkən
qeyd edib ki, Azərbaycan ərazisindən, yəni Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır
və daha da artacaq. Ona
görə Azərbaycan
nəqliyyat və logistika imkanlarını genişləndirir. Bakı
Dəniz Limanının
imkanları 25 milyon tona yüksəldilir, dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirilir.
Bütün bunların
fonunda isə Zəngəzur dəhlizinin
açılması da
əsas şərtlərdən
biridir. Ona görə də Azərbaycan bu dəhlizin açılmasında
israrlıdır: "Zəngəzur
dəhlizinin açılması
qaçılmazdır, nə
qədər tez olsa, o qədər yaxşıdır. Hər
halda biz bu istiqamətdə səylərimizi artıracağıq.
Bu dəhlizin açılması bütün
ölkələr üçün
yeni imkanlar açacaq və bölgədə işbirliyi
məsələlərinə də müsbət təsir göstərəcək".
Orta dəhlizin
fəaliyyəti həm
də Türk Dövlətləri Təşkilatı
arasında ticarət dövriyyəsinin həcmini
artıracaq. Martın
7-də iqtisadiyyat nazirinin
müavini Sahib Ələkbərov "Biznes
mühitinin yaxşılaşdırılması
üzrə iqtisadi islahatlar və müasir çağırışlar"
mövzusundakı konfransda
deyib ki, Azərbaycanla Türk Dövlətləri Təşkilatı
arasında ticarət dövriyyəsinin həcmi
2023-cü ildə 9 milyard
dollar olub.
Göründüyü kimi, Orta dəhlizin
açılması zərurəti
yaranıb. Şanxayda
fəaliyyət göstərən
Fudan Universitetinin
"Bir kəmər, bir yol və
qlobal idarəetmə"
institutunun baş direktoru Renvey Xuan bildirib ki,
Orta dəhlizin inkişafında həm Avropa İttifaqı, həm də Şərqi Asiya dövlətləri maraqlıdırlar.
Hazırda Orta dəhlizlə yükdaşımalar
artmaqda davam edir və bu
artımda "Bakı-Tbilisi-Qars"
dəmir yolu əhəmiyyətli rol oynayır. Dəmir yolu ilə Azərbaycan
ərazisindən tranzit
yükdaşımalar 2019-cu illə müqayisədə
2023-cü ildə 76 faiz
artaraq 3,8 milyon tondan 6,7 milyon tona çatıb. Yaxın gələcəkdə
bu rəqəmlərin
dəfələrlə artacağını
müşahidə edəcəyik.
2020-ci ildə Qarabağı
işğaldan azad edən Azərbaycan bölgədə yeni geosiyasi reallıqlar yaradıb ki, bu da beynəlxalq
xarakter daşıyan tranzit yükdaşımalar
üçün çox
önəmlidir. Trans-Xəzərlə
Çindən Azərbaycana
daxil olan tranzit yüklər yalnız "Bakı-Tbilisi-Qars"
dəmir yolu ilə Qara dəniz
limanlarına deyil, eyni zamanda Zəngəzur
dəhlizi ilə Türkiyəyə, oradan isə Qərbi Avropa ölkələrinə
daşınacaq.
Bir sözlə,
Zəngəzur dəhlizinin
açılması həm
Azərbaycanın Qafqazda
mühüm nəqliyyat-tranzit
habına çevrilməsini,
Naxçıvanın yüksəlişini
təmin edəcək,
həm də Orta dəhlizin fəaliyyətinə mühüm
töhfə verəcək.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2024.-
8 mart, ¹ 53.- S.9.