Azərbaycan bütün təxribatların qarşısını qətiyyətlə alacaq

 

 

ABŞ Fransa başda olmaqla Qərb ölkələri Azərbaycanın son illərdə dünyada güclənən mövqeyini, beynəlxalq ya donor təşkilatlardan, maliyyə qurumlarından asılı olmamasını, bölgədə yeni reallıqlar yaratmasını, ortaya qoyduğu qətiyyətli dönməz siyasi iradəni həzm edə bilmirlər. Buna görə onlar müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurasının Parlament Assambleyası, Avropa İttifaqı kimi qurumlar vasitəsilə rəsmi Bakıya təzyiqlər göstərməyə çalışırlar.  Bütün bunlarla yanaşı, Qərb anti-Azərbaycan təbliğatlarını daha da gücləndirmək üçün USAID, "Human Rights Watch", "Amnesty International" kimi "ixtisaslaşmış" təsisatlarını, həmçinin bəzi media strukturlarını da bu çirkin işə cəlb ediblər. Adlarını çəkdiyimiz bu təşklatların əsas məqsədlərindən biri maliyyə imkanları hesabına ölkəmizdə qarışıqlıq yaratmaq, Azərbaycanla Ermənistan arasında münasibətləri yenidən gərginləşdirmək, neokolonialist siyasəti təbliğ etmək üçün bütün mümkün vasitələrdən  yararlanmağa çalışırlar.

Toplum TV”nin Qərbdən gələn sifarişlər üzrə necə təxribatlar törətdiyi artıq danılmaz faktlarla sübut edilib. Amma Qərbin pul kisəsindən asılı olanAzadlıq radiosu”, “Amerikanın səsikimi qurumlarToplum TV” ətrafında aparılan  araşdırmaları özlərinin dəst-xətlərinə uyğun şəkildə, əsl həqiqəti ictimaiyyətdən gizlətmək üçün həbsləri ictimaiyyətəsiyasi repressiyakimi çatdırmağa çalışırlar. Şübhəsiz ki, bu da onların maraqlarından, həm yeni faktların üzə çıxmaq qorxusundan qaynaqlanır. Azərbaycan hüquq-mühafizə orqanlarıToplum TV” redaksiyasında axtarış aparıb. Verilən ilkin açıqlamalardan belə məlum olur ki, bu televiziyadaqrant qaçaqlmalçılığıüzrə şübhələr var. Təbiidir ki, bu şübhələr təsadüfdən yaranmayıb, necə deyərlər, göydən düşməyib.

Onu da nəzərə çatdıraq ki, bir neçə gün öncə əmək haqqı fondunun hansı mənbədən formalaşdırılması barədə bilgi verilməyən, abunə sistemi ilə işləməyən, daimi alıcıları olmayan, oxucuları üçün kod sistemi tətbiq etməyən, Media Reyestrində qeydiyyatdan keçməyən bunu “Media haqqındaAzərbaycan Respublikası Qanununun şərtləri ilə razılaşmadıqları ilə əsaslandırmağa çalışan, qazanc gətirən legitim maliyyə qaynağı görünməyən, amma kifayət qədər böyük maliyyə dövriyyəsi mövcud olanToplum TV”nin ofisində axtarış-əməliyyat tədbirləri həyata keçirilib. Bu qurumun şübhəli bilinən bir qrup əməkdaşı məsuliyyətə çəlb edilib.

Toplum TV” ətrafında gedən proseslərə diqqətlə yanaşanda görürük ki, bu qurumla bağlı eyni proses bir müddət öncəAbzas Media”da da aşkarlanmışdı. Ortaya çıxan faktlar araşdırmalar aydın şəkildə göstərir ki, “Toplum TV”də gedən proseslərAbzas Media”nın tərkib hissəsidir. Qeyd edək ki, “Abzas Media” ilə əlaqədar aparılan istintaq tədbirləri nəticəsində çoxsaylı qanun pozuntuları aşkarlanmışdır. Yəni, vəsaitin reklam hesabına qazanılmadığı, imkanlı adamların xeyriyyəçiliyindən irəli gəlmədiyi, onların ABŞ-dən ötürüldüyü  təsdiq olunmuşdu. Araşdırma zamanı məlum  olmuşdur ki, geniş şəbəkə yaradılmaqla maliyyə maxinasiyaları həyata keçirilmiş, bu məqsədlə çirkli pullar yuyulmuşdur. “Toplum TV”də baş verənlər demək olar ki, “Abzas Media”dakı eyni ssenarinin davamıdır. Ssenarinin eyni olması bir daha sübut edir ki, adlarını çəkdiyimiz bu qurum və təşkilatlar bir mərkəzdən maliyyələşir və idarə olunurlar. Buna  görə də həbslərə “siyasi repressiya” və başqa uydurma donlar geyindirməyə heç bir əsas yoxdur. Çünki araşdırma aydın şəkildə göstərdi ki, “Toplum TV”nin maliyyə qaynaqları sırasında görünən yalnız bir mənbə var ki, o da qrantlardır. Amma  daha bir şübhəli məqam odur ki, bu qrantlar da qapalı saxlanılır. Şübhəsiz, bu da qanun pozuntusudur. Görünən odur ki, “Toplum TV”də hələ açılmayan başqa qanun pozuntuları da var. Yəqin ki, bütün bunları hüquq-mühafizə orqanları ətraflı çözəcək və yaxın günlərdə ictimaiyyətə geniş şəkildə məlumat veriləcək. Onda həqiqətin aynasında hər şey aydın şəkildə görünəcək.

Maraqlı və diqqətçəkən məqamlardan biri də odur ki, “Toplum TV”nin ofisində keçirilən əməliyyat başa çatar-çatmaz ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller ölkəsinin bu məsələdən narahat olduğunu bildirib. Belə “operativlik” elə ilk addımdan şübhəli görünür. “Toplum TV”də baş verən axtarış və həbslərdən ABŞ Dövlət Departamentinin yerli mediadan tez xəbər tutması  bu şübhələri bir az da dərinləşdirir və üstü açılmamış çox mətləblərdən xəbər verir.

Elə bu fakt sübut edir ki, “Toplum TV” ilə bağlı bu prosesdə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və onun rəhbəri Samanta Pauer başda olmaqla Qərb fondları, hüquq-müdafiə təşkilatları, media mühüm rol oynayır. Maliyyə isə Qərb institutları tərəfindən Gürcüstan vasitəsilə həmin şəbəkəyə ötürülüb. Xatırladaq ki, 2023-cü ilin oktyabr ayında Gürcüstan Təhlkəsizlik Xidməti  USAİD-in bu yaramaz və ölkələr üçün zərərli olan əməlini ifşa etmişdi. Amma təəssüflər olsun ki, həmin təşkilatlar bu ifşadan heç bir ibrət dərsi götürməyərək yenə də çirkin məqsədlərini həyata keçirirlər.

Bu beynəlxalq təşkilatlar fəaliyyətlərini Azərbaycan qanunları əsasında deyil, ABŞ-dən gələn direktivlər və tezislər əsasında qururlar. Maliyyə xərcləri kimi, informasiya tezisləri də Qərbdən gəlir. Bu tezislər isə milli maraqlarla daban-dabana ziddir. Onlar Azərbaycanda ictimai rəyi çaşdırmağa çalışırlar. Qarabağda qazanılmış zəfərə kölgə salmaq istəyirlər. Xalqla dövlət arasında inamsızlıq yaratmaq, cəmiyyəti parçalamaq və ölkəni qarşıdurma  meydanına çevirmək niyyəti güdürlər.

“Toplum TV”də aparılan araşdırmalar və ortaya çıxan danılmaz faktlar  Qərbin, eyni zamanda ABŞ-nin Azərbaycanda indiyədək reallaşdırmağa çalışdığı növbəti "ssenari"lərinin uğursuzluğa düçar olduğunu bir daha göstərir. Bu fakt bir daha onu da göstərdi ki, özünün inkişaf dövrünü yaşayan Azərbaycan ona qarşı yönələn bütün təxribatların qarşısını alır və almaqda davam edəcək, lazımi anlarda qətiyyətli addımlar atacaq. Göründüyü kimi təxribatyönümlü beynəlxalq təşkilatların ələ aldıqları yerli qrant şəbəkələri çox uzağa gedə bilmirlər və heç vaxt da gedə  bilməyəcəklər. Bu təşkilatlar unudurlar ki, Azərbaycan xalqı öz Prezidenti ətrafında dəmir yumruq kimi birləşib. Daim mübarizəyə hazır olan bu yumruğu heç bir qüvvə qatlaya bilməz. Çünki Azərbaycanın beynəlxalq nüfuzu getdikcə artır, ölkəmiz dünyada söz sahibinə çevrilib.  

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.- 10 mart, ¹ 54.- S.8.