Fitnə-fəsad ustası

 

 

Emmanuel Makron hərəkəti boşboğazlığı ilə Fransanı dünyada rüsvay edir

 

 

 

Bütün zamanlarda ermənipərəst mövqeyini gizlətmədən Ermənistana yardım edən Fransa fitnəkar siyasəti ilə hayların ölmüş ümidlərini "dirçəltməyə" can atır. Paris Cənubi Qafqazda sabitliyin yenidən pozulması, regionun əvvəlki kimi müharibə ocağına çevrilməsi üçün hər yola əl atır. Yəni Fransa açıq şəkildə Azərbaycan əleyhinə mövqe tutduğunu nümayiş etdirir.

Afrikada ciddi problemlərlə üzləşmiş ağır duruma düşən Fransa Cənubi Qafqazda da pozucu fəaliyyətindən əl çəkmir durumu gərginləşdirmək istiqamətində "işini" davam etdirməkdədir. Fransa parlamentinin əksər deputatları, siyasi dairələri, merləri açıq-aşkar dövlətimizə qarşı düşmənçilik siyasəti yürüdür bunu demokratiya, humanizm pərdəsi ilə ört-basdır etməyə çalışırlar.

Təcavüzkar, 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan, bir milyondan çox insanın bəlalarına səbəb olan, şəhər kəndlərimizi xarabazarlığa çevirən hayları, Ermənistanın hakim dairələrini yazıq, əzilən, ac-yalavac, hüquqları pozulan millət kimi dünyaya təqdim etmək, onların tərəfində durmaq Fransanın dövlət siyasətinə, ən ali məqsədinə çevrilib. Fransanın Avropa İttifaqındakı imkanlarından başı Ukraynada müharibəyə qarışmış Rusiyanın zəifləməsindən istifadə edərək Ermənistana hərbiləşmiş missiyanın göndərilməsinə nail olması, Hayastanı silahlandırması da bu planın tərkib hissəsidir.

Faktlar açıq-aydın göstərir ki, Fransa Cənubi Qafqazda sülh prosesinə kobud şəkildə müdaxilə edir daha böyük planlar qurur. Bu, əslində, demokratiya, humanizm deyil, təcavüzkar Ermənistanı revanşist mövqeyini davam etdirməyə həvəsləndirmək, qarşıdurmanı kəskinləşdirmək, yeni müharibəni alovlandırmaq cəhdidir.

Fransa Prezidenti Emmanuel Makronun isə yürütdüyü siyasət ölkəsini bütün dünyada rüsvay edir.  Makron planetin hər hansı nöqtəsində baş verən istənilən hadisəyə imper təfəkkürlə münasibət bildirməyi özünə borc bilir, amma onun fəaliyyəti danışmaqdan uzağa getmir. Az qala hər gün Rusiya-Ukrayna müharibəsinə münasibət bildirən, dünyanı Ukraynaya dəstək göstərməyə çağıran Makronun öz ölkəsinin Ukraynaya yardımı gülünc rəqəmlərdə ifadə olunur. Belə görünür ki, 2 ildir davam edən müharibədə Fransa Ukraynaya normal yardım belə etməyib. Makron ancaq Ukraynanı boşboğazlıq edərək silahlandırmaqla məşğuldur. Makron Fransa əsgərlərinin Ukraynada olmalı olduqlarını bəyan edir, o biri tərəfdən isə bu fikri elə-belə səsləndirdiyini deyir. Bu qədər məsuliyyətsizlik nəinki Fransa Prezidentinə, bu ölkənin kiçik bir şəhərinin merinə belə yaraşmır.

Sanki Ukraynaya yardımı başa çatdırıb bu cəbhədə strateji məqsədlərə nail olmuş kimi Makron indi Moldovada missiya yaradır. Amma heç kim başa düşmür ki, bu missiyanı yaratmaqda məqsəd nədir Paris bununla etmək istəyir?!

Fransa Prezidenti Ermənistanda da missiyanın yaradılmasına nail olub, bu ölkəyə silah satır, Fransa şirkətlərinin lisenziyası əsasında Hindistan tərəfindən istehsal olunan silahlar Hayastana satılır. Amma bu dövr ərzində Ermənistanın durumu daha da pisləşib. Görünür, Ermənistana dəstək həm Makron üçün yaxşı biznesdir.

Digər tərəfdən, fransızlar Afrikadan qovulur, koloniyalarda etirazlar səngimək bilmir. Proseslər göstərir ki, son 300 ildə Afrika, Asiya Latın Amerikası ölkələrində yaratdığı müstəmləkələrin hesabına varlanan Fransa artıq Ermənistanı da öz müstəmləkəsi hesab edir.

Ancaq Emmanuel Makron unudur ki, Azərbaycan onun hökmranlıq etdiyi hansısa Afrika ölkəsi deyil. Bu gün kimsə Azərbaycanla hədə, təhdid dili ilə danışa bilməz. Azərbaycan özünün milli təhlükəsizliyini qorumağa, sərhədlərini möhkəmləndirməyə, düşmənə havadarlarına cavab verməyə qadirdir onun təsir göstərə biləcəyi dövlət deyil.

Prezident İlham Əliyev bunu dəfələrlə söyləyib. Müzəffər Ali Baş Komandan kimi

İlham Əliyev elə Makronun da diqqətinə çatdırıb ki, Azərbaycan regionda sülhün, təhlükəsizliyin təmin olunması istiqamətində lazımi addımlar atır bu siyasətini davam etdirəcək. Azərbaycan yenidən müharibənin baş verməsini istəmir. Əgər bu, baş verərsə, yenə əzilən tərəf Ermənistan olacaq bu ölkə onilliklərlə özünə gəlməyəcək. 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2024.- 10 mart, № 54.- S.9.