Professor Laslo Vasa: Azərbaycan alternativ enerji mənbələrinə uğurlu keçid nümunəsidir

 

Azərbaycan olmasa, Cənubi Qafqazda inteqrasiya olmayacaq, perspektivli Orta Dəhliz reallaşmayacaq.

 

Bunu AZƏRTAC-a iqtisadçı ekspert, Macarıstanın Beynəlxalq Münasibətlər və Ticarət İnstitutunun baş elmi işçisi, professor Laslo Vasa deyib.

 

Azərbaycanın Cənubi Qafqazda rolu

 

Ekspertin sözlərinə görə, Azərbaycan özünün strateji mövqeyi iqtisadi gücü, eləcə güclü liderliyi sayəsində təkcə Qafqazda deyil, həm Mərkəzi Asiyada əsas rol oynayır. Ölkə ərazisindən həm Şərqdən Qərbə, həm Şimaldan Cənuba nəqliyyat axını həyata keçirilir bununla da rəsmi Bakını əsl beynəlxalq əhəmiyyətli mərkəzə çevirir.

 

Yaşıl enerji

 

Azərbaycanın enerji keçidinə kompleks yanaşması iqtisadi artımın elektrik enerjisinə artan tələbatın səbəb olduğu dəyişən enerji mənzərəsində özünü göstərir. Ölkənin dayanıqlı enerjiyə diqqəti yaşıl enerjini təşviq edən istixana qazı emissiyalarını azaldan xarici siyasət təşəbbüsləri sayəsində beynəlxalq miqyasda yayılır”, - deyə ekspert qeyd edib. Onun sözlərinə görə, Azərbaycan alternativ enerji mənbələrinə uğurlu keçid nümunəsidir. Müasir Azərbaycanın formalaşmasının neft hasilatı ilə ayrılmaz şəkildə bağlı olmasına baxmayaraq, Bakı yaşıl enerjiyə keçidə yönəlmiş innovativ yanaşmaların tətbiqi üzrə regionda liderdir iqlim dəyişikliyinin nəticələrinə qarşı mübarizəyə ciddi töhfə verir.

 

COP-29

 

Bütün dünyanın hazırda müşahidə etdiyi iqlim dəyişikliyinin qarşısının alınmasında Azərbaycanın rol almaq təşəbbüslərinə toxunan macar professor keçiriləcək COP29-un əhəmiyyətinə diqqət çəkib: “Hökumətin iqlim dəyişikliyi ilə mübarizəyə yaşıl iqtisadiyyata keçidə töhfə verməsinin nəticəsi dünyanın ən böyük ən nüfuzlu tədbirlərindən birinin - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Bakıda keçirilməsi barədə qərar olub. Bu konfransın Azərbaycanda keçirilməsi ölkənin enerji keçidi sahəsində texnoloji həllər məsələsində əldə etdiyi nailiyyətləri dünyaya nümayiş etdirmək imkanı verəcək”.

Laslo Vasa hesab edir ki, COP29 yaşıl enerjiyə keçidi təmin etmək istiqamətində ölkələrdən aydın öhdəliklər almaq üçün əla fürsətdir.

“COP29-a ev sahibliyi etmək hüququnun əldə edilməsi Azərbaycan üçün böyük uğurdur. Bu, diplomatik uğurdur. Həqiqətən bu, Azərbaycanda iqlim dəyişikliyi tədbirlərinin həyata keçirilməsi tendensiyaya çevrilməsi üçün vacibdir. Bu sahədə qlobal tədqiqatçılarla əlaqə yaratmaq Azərbaycanın ekspertləri, tədqiqatçıları siyasətçiləri üçün ətraf mühitin mühafizəsi dairəvi iqtisadiyyat prinsiplərinin həyata keçirilməsi sahəsində səyləri gücləndirmək üçün müstəsna fürsətdir. Konfrans ölkə üçün mühüm məsələləri, o cümlədən uzunmüddətli geniş neft qaz hasilatının ekoloji nəticələrinin aradan qaldırılması, Xəzər dənizinin unikal ekosistem kimi qorunması, mövcud resurslardan istifadə etməklə dövriyyənin dəstəklənməsi yollarını müzakirə etmək üçün yaxşı imkanlar yaradır”, - deyə baş elmi işçi qeyd edib.

Laslo Vasanın sözlərinə görə, regionda Azərbaycan üçün ciddi ekoloji problemlər var ki, onların həlli təkcə rəsmi Bakıdan asılı deyil. Ölkə 30 ildir müharibə nəticəsində zədələnmiş ətraf mühitini bərpa etməyə çalışsa da, transsərhəd ekoloji problemlərin həlli üçün beynəlxalq dəstəyə ehtiyacı var.

 

Enerji keçidinə balanslaşdırılmış yanaşma

 

“Regional Avropa səviyyəsində enerji təchizatında strateji rol oynayan Azərbaycan enerji keçidinə balanslaşdırılmış yanaşmanın tərəfdarıdır bu baxımdan həm ənənəvi, həm bərpa olunan enerji mənbələrini inkişaf etdirir. Bu siyasət enerji təchizatının davamlılığını, enerji ehtiyaclarının ödənilməsini yaşıl planların həyata keçirilməsini təmin edir. Ölkədə yaşıl enerji, sənayenin yaşıllaşdırılması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Hətta yaşıl enerjinin Avropaya ixracına imkan verəcək bərpa olunan enerji istehsal gücləri yaradılıb”, - deyə mütəxəssis bildirib.

O, həmçinin qeyd edir ki, Azərbaycan hazırda bəzi ekoloji problemlərlə üzləşir onların həlli bütün maraqlı tərəflərdən kompleks əlaqələndirilmiş yanaşma tələb edir: “Hökumət orqanları müvafiq təşkilatlar strateji siyasətlərin işlənib hazırlanması kifayət qədər investisiyaların ayrılması üçün əməkdaşlıq etməlidir. Eyni zamanda, maarifləndirmənin artırılması, fəal iştirakın təşviq edilməsi yaşıl gündəliyin həyata keçirilməsi üçün kollektiv fəaliyyəti səfərbər etməklə bağlı ictimai səylər stimullaşdırılmalıdır. Hazırda Azərbaycan öz neft qaz gəlirlərini bərpa olunan enerjiyə sərmayə qoymaq üçün istifadə edir ki, bu da mənim fikrimcə dekarbonizasiya dairəvi enerjiyə dair aydın öhdəlikdir. Lakin bunu çox qısa müddətdə reallaşdırmaq mümkün deyil: bu proses ölkənin davamlı inkişafı enerji təhlükəsizliyi nəzərə alınmaqla addım-addım idarə olunmalıdır”.

 

Azərbaycan.-2024.- 10 mart, ¹ 54.- S.4.