Əsassız
ittihamlarla bizi yolumuzdan çəkindirə
bilməzlər
"Toplum TV"nin
ofisində axtarış-əməliyyat
tədbirlərinin həyata
keçirilməsi xarici
mediada ölkəmizə
qarşı aparılan
qarayaxma kampaniyasının
yeni mərhələsinin
başlanmasına səbəb
olub. Gözlənilən
idi ki, ölkəmizə
qarşı gündəlik
əsassız ittihamlar
yağdıran Qərb
mediası və bəzi siyasi dairələr nədənsə
istifadə edib ondan "faydalanmağa"çalışırlar...
"Hadisə" ilə
bağlı dərc olunan yazılara, səsləndirilən fikirlərə
diqqət yetirsək, görərik ki, dəyişən heç
nə yoxdur. Ənənəvi "dost"larımız
köhnə melodiyaları
yeni aranjimanda səsləndirirlər.
Məsələnin maraqlı
tərəfi budur ki, polisin "Toplum TV"nin ofisində keçirdiyi tədbir başa çatar-çatmaz ABŞ Dövlət
Departamentinin sözçüsü
Metyu Miller olduqca "operativ" şəkildə
Birləşmiş Ştatların
"dərin narahat olduğunu" bildirib. İş burasındadır
ki, baş verən olaylardan ölkə mediası hələ xəbərsiz
olduğu bir vaxtda Metyu Millerin
çox keçmədən
ABŞ-nin "mövqeyi"ni
ifadə etməsinə təəccüblənməmək
olmur. Sanki ABŞ Dövlət Departamentinin sözçüsü Metyu
Miller "Toplum TV"nin
ofisinə müşahidə
kamerası quraşdırıb,
polisin keçirdiyi tədbirin başa çatmasını həsrətlə
gözləyirmiş.
İşin maraqlı
tərəfi budur ki, Azərbaycana qarşı təşkil olunan kampaniyaların arxasında xarici agent statusundan geniş yararlanmaqla xarici dəstək almaqda və ya xarici təsir
altında olmaqda şübhəli bilinən
şəxslərə qarşı
tədbir görən
ABŞ dayanır. Öz
daxilində hər hansı xarici təsiri qadağan edən, buna görə vətəndaşlarını
məsuliyyətə cəlb
edən ABŞ digər
ölkələrdə, o cümlədən
Azərbaycanda bu işləri böyük həvəslə həyata
keçirir. Müxtəlif
ölkələrdə bu
əməllərə qarşı
tədbir görüləndə
isə xarici mediada həmin ölkəyə qarşı
çirkin kampaniyalar təşkil edilir. Dərhal "fundamental azadlıqlarından istifadə
edənlərə qarşı"
tədbir ifadəsi işə düşür.
Əslində, bu gün Azərbaycanı ittiham edənlər nəyin necə olduğunu yaxşı bilirlər. Heç də sirr deyil
ki, Qərb institutları Azərbaycan
qanunlarına zidd şəkildə onların
sifarişləri ilə
işləyən, proqramlarını
icra edən media qurumlarını, jurnalistləri və ayrı-ayrı şəxsləri
Azərbaycanda qarışıqlıq
salıb öz planlarını həyata keçirmək məqsədilə
maliyyələşdirirlər.
Xüsusilə bəzi
Qərb dairələri
Şərqdə terror
təşkilatlarını maliyyələşdirdikləri mexanizmdən istifadə edib "öz adamlarına" adsız kartlar verirlər. Qanunsuz maliyyə vəsaitləri Qərb institutları tərəfindən
Gürcüstan vasitəsilə
həmin şəbəkəyə
ötürülür.
Necə deyərlər,
Qərb bir güllə ilə iki dovşan vurur. Həm ölkəmizdə özünün
casus şəbəkəsini
yaradır, həm də qanunsuz maliyyə maxinasiyalarını
həyata keçirərək
çirkli pullarını
yuyur...
Məlum məsələdir
ki, istər ABŞ-ni, istərsə də Qərbi dünyanın hər bir yerində olduğu kimi, ölkəmizdə də insan haqlarının vəziyyəti maraqlandırmır.
Dünyada insanlara qarşı ən böyük haqsızlıq
və ədalətsizliklərin
adları çəkilən
dairələrdən gəldiyi
məlumdur və bu, təzə mövzu deyil. Bu gün Azərbaycanda
"azad söz",
"fundamental insan azadlıqları"nı "müdafiə" edənlər
bu terminlərdən istifadə edərək öz maraqlarını həyata keçirməyə
çalışırlar. Qərb
mediasının və
institutlarının bu
gün səsləndirdikləri
"ittihamlar" sözsüz
ki, birinci olmadığı kimi, heç sonuncu da deyil. "Abzas Media" ilə əlaqədar analoji tədbirlər həyata keçirilən zaman da Qərbin bu "hərəkətliliyinin"
şahidi olmuşuq. Xatırladaq ki, məlum istiqamət üzrə aparılan istintaq tədbirləri zamanı da inkarolunmaz çoxsaylı
qanun pozuntuları müəyyən edilmişdi.
İş burasındadır
ki, Azərbaycanda qarışıqlıq yaratmaq
üçün bütün
mümkün vasitələrdən
istifadə etməyə
çalışan Qərb
öz fəaliyyətini
səngitmək əvəzinə
yeni "donor"lar axtarışını davam
etdirir. Nə yazıq ki, özlərini "media qurumu", "azad jurnalist" kimi təqdim edən bəzi "vətəndaşlar"ımız
da asanlıqla şirnikləndirici tora düşürlər. Öz
ölkəsinə, Vətəninə
qarşı xəyanət
yolu tutanların və qanunsuz fəaliyyətlərdə iştirak
edənlərin yolu sözsüz ki, dəmir barmaqlıqlar arxasından keçməlidir.
"Toplum TV" ilə
bağlı görülən
tədbirlərdən sonra xarici mediada, hüquq-müdafiə təşkilatlarında,
eləcə də Qərb rəsmiləri tərəfindən ardıcıl
ittihamların səsləndirilməsi dövlətimizin
təhlükəsizliyi naminə
Azərbaycanı öz
daxili məkanını
təxribat və qeyri-qanuni fəaliyyətdən
qorumaqdan çəkindirə
bilməz.
Elşən
QƏNİYEV,
Azərbaycan.-2024.-
10 mart, № 54.- S.8.