Düşmənçiliyi
heykəllə aparan Fransa
Natəvanın abidəsinə qarşı
edilən vandallıq Makron hakimiyyətinin çirkin simasından xəbər verir
"...Bu, deyə
bilərəm ki, artıq kin, gücsüzlük və isterikanın özünü
heykəldə göstərdiyi
mənəvi deqradasiyanın
dibidir. Yəni burada onlar praktik
olaraq ermənilərdən
az fərqlənirlər.
Çünki ermənilər
Natəvanın Ağdamdakı
məzarını qazıblar,
heykəlini məhv ediblər. ... Fransa isə Natəvanın həmin ölkədə heykəlini təhqir edir. Göründüyü
kimi, burada bir oxşarlıq var".
Prezident İlham
Əliyevin yanvarın
10-da yerli televiziya kanallarına müsahibəsi
zamanı səsləndirdiyi
kimi, özünü dünyaya "mədəniyyət
beşiyi" kimi təqdim edən Fransa Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın
heykəlinə qarşı
törətdiyi vandallıq
aktı ilə əsl çirkin simasını sərgiləmiş
oldu. Həm də işğal müddətində ərazilərimizdəki
maddi-mədəni irsi
vəhşicəsinə dağıdan
Ermənistandan heç
nə ilə fərqlənmədiyini, özünün
də mədəniyyət
düşməni olduğunu
göstərdi.
Mədəniyyət düşməni
Belə ki, martın əvvəlində
Natəvanın Fransanın
Evian lö Bən şəhərindəki heykəlinin
Parisə gətirilməsi
və səfirliyin nəzdindəki Mədəniyyət
Mərkəzinin bağında
ucaldılması zamanı
müəyyən olunub
ki, üzərinə qırmızı boya atılmaqla yanaşı, heykəlin gözləri, adının və Azərbaycan yazısının
yazıldığı hissələrinə
də qırmızı
boya çəkilib, abidəyə zərər
verilib. Belə ki, heykəlin burnu və barmaqları
qırılıb.
Bu gün dünyada birnömrəli
islamofob ölkə kimi tanınan Fransanın anti-Azərbaycan
fəaliyyəti tüğyan
edir. Erməni lobbisinin pul hərisinə çevrilən
Makron hökuməti bütün platformalarda ölkəmizə qarşı
qərəz siyasəti
həyata keçirir.
Gah Avropa Parlamentində "qətnamə"
adı altında kağız-kuğuz parçaları
qəbul etdirir, Ermənistanı silahlandırıraraq
savaşa qızışdırır,
gah da Natəvanın
heykəlinin timsalında
mədəniyyətimizə hücum edir. Bütün bunlar, əslində, Azərbaycanın
Fransanın yürütdüyü
istər neokolonialist, istər şovinizm, ksenofobiya və digər mədəniyyətlərə
qarşı dözümsüzlük
siyasətini ifşa etməsinin fonunda baş verir. Dünyadakı müstəmləkələrindən
bir-bir qovulan Parisin Qafqaza yerləşmək planının
Bakı tərəfindən
suya salınması, casus şəbəkəsinin
çökdürülməsi isə Makron hökumətini olduqca qəzəbləndirib. Buna
görə də sülhün, dostluğun,
incəsənətin, mədəniyyətin
azərbaycanlı rəmzi
olan şair Xurşidbanu Natəvanın
heykəlinə əl
uzadır.
Natəvanın Dümanı
şahmatda mat etməsi...
O Natəvan ki,
hələ indi özünü müasir,
demokratik dəyərlərə
sahib kimi qələmə verən Avropada qadınlar azad sözə, hüquqa malik olmadığı XIX əsrdə
Azərbaycanda siyasətdə
də, sosial həyatda da, incəsənətdə də,
mədəniyyətdə də
öz sözünü
deyib. Xan qızı Natəvanın
1858-ci ildə məşhur
fransız yazıçısı
Aleksandr Dümanı şahmatda mat etməsi isə hələ də dillərdə dastandır...
Əslində, Fransanın
başqa xalqlara məxsus tarixi və mədəniyyət
sərvətlərini müsadirə
etmiş ölkə olması gerçəkliyini,
Ermənistan tərəfindən
30 il müddətində
xalqımıza məxsus
tarixi, mədəni və dini abidələrin
tamamilə dağıdılmasına
görə UNESCO çərçivəsində
heç vaxt narahatlığını ifadə
etməməsini və
bu kimi əməllərini
göz önünə
gətirdikdə Parisin
mədəniyyətə qarşı
münasibətinin hansı
murdar səviyyədə
olduğunu aydın təsəvvür etmək
mümkündür.
Bu baxımdan Fransanın Natəvanın
heykəlinə qarşı
vandallıq aktı sadəcə özünün
acizliyini və bundan əvvəl ermənilərin törətdiyi
mədəni soyqırımını
davam etdirdiklərini göstərir. İşğal zamanı mənfur ermənilər Xan qızının Şuşada ucaldılmış
büstünü güllələyərək
zədələmiş, sonra
isə tamahkarlıqla
bu mədəniyyət
nümunəsini əritmək,
ondan qazanc əldə etmək istəmişdilər. Amma
bu iyrənc əməllərinə çata
bilməmişdilər, Natəvanın
"yaralı" büstü
Ulu Öndər Heydər Əliyev tərəfindən vandallardan
xilas edilərək, bir gün mütləq
Şuşaya qaytarılacağı
qətiyyəti ilə
Bakıya gətirilmiş
və müvəqqəti
olaraq İncəsənət
Muzeyinin həyətində
yerləşdirilmişdi.
Parlaq Zəfərimizdən
sonra isə Xurşidbanu Natəvanın
həmin heykəli Şuşaya, öz əvvəlki yerinə qaytarılıb.
Bütün bunlar
da göstərir ki, mənfur düşmənlər nə
qədər çalışsa
da, xalqımızın
mənəvi, mədəni
ruhunu sındıra, məhv edə bilməz.
Yasəmən
MUSAYEVA,
Azərbaycan.-2024.-
10 mart, № 54.- S.9.