MilandaŞuşa. Naxışların rəqsiadlı Azərbaycan rəqəmsal incəsənət sərgisi açılıb

 

 

Milan şəhərindəMezo Art” rəqəmsal incəsənət qrupu, İtaliyanın MEET Mədəniyyət Mərkəzi CariploFondunun birgə təşkilatçılığı iləŞuşa. Naxışların rəqsi” (“Shusha. Dance of symbols”) rəqəmsal sərgisinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində MEET Mədəniyyət Mərkəzinin qurucusu Maria Qratsia Mattei müasir Asiya incəsənəti üzrə ixtisaslaşmış Çikaqodan olan kurator Culi Volş çıxış edərək “2024. İstanbul Rəqəmsal İncəsənət Festivalıhaqqında məlumat verib, bugünkü sərginin Azərbaycanın mədəni irsini rəqəmsal formata çevirməsi, incəsənət həvəskarlarını unikal səyahətə çıxarmağı barədə danışıblar.

Şuşasüni zəka layihəsinin yaradıcısı Nabat Qaraxanova layihənin ərsəyə gəlməsi barədə qonaqlara ətraflı məlumat verib, bu sərginin texnologiyanın sərhədlərini aşaraq Azərbaycanın tarixi mədəni zənginliyini sənətsevərlərə təqdim etməsi, əsrlər boyu İpək Yolunu formalaşdıran mədəni təsirlərin rəqəmsal aləmə gətirilməsi, Azərbaycanın ənənəvi incəsənətini gələcəyə ötürməsi barədə danışıb.

Tədbirdə Azərbaycanın İtaliyadakı səfirliyinin, habelə Türkiyənin Milandakı Baş konsulluğunun nümayəndələri, İtaliyanın mədəniyyət, mətbuat akademik dairələrinin əməkdaşları bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.

Martın 9-dək davam edəcək sərgidəŞuşaadlı süni zəka tərəfindən Azərbaycanın zəngin müxtəlif mədəni irsi əsasında yaradılmış rəqəmsal incəsənət əsərləri, xüsusən milli motivləri əks etdirən kəlağayılar nümayiş olunur.

 

Azərbaycan.-2024.- 10 mart, ¹ 54.- S.11.