Gürcüstan parlament
nümayəndə heyəti
Milli Məclisdə olub
Martın 11-də Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev
Gürcüstan Parlamentinin
Təhsil, elm və gənclər məsələləri
üzrə komitəsinin
sədri Givi Mikanadzenin
başçılıq etdiyi
nümayəndə heyəti
ilə görüşüb.
Bəxtiyar Əliyev qonaqları salamlayaraq, Azərbaycan və Gürcüstan xalqları arasında dostluq əlaqələrinin
tarixi köklərə
əsaslandığını deyib. O, dövlətlərarası
münasibətlərin möhkəmlənməsində
parlamentlərin rolunu xüsusi qeyd edərək, rəhbərlik
etdiyi Elm və təhsil komitəsinin Milli Məclisdə fəaliyyət
göstərən 15 komitədən
biri olduğunu söyləyib. Qanunverici orqanların müvafiq komitələri arasında
əməkdaşlığın təcrübə və informasiya mübadiləsi baxımından vacibliyindən
bəhs edib. Təhsil üzrə komitələr arasında
əlaqələrin dərinləşməsi
üçün birgə
səylərin davam etdirilməsinin önəmini
vurğulayıb.
Komitə sədri
ölkəmizdə təhsil
sisteminin inkişafı,
bu istiqamətdə həyata keçirilən
islahatlardan söhbət
açıb, elm və təhsil sahəsinin qanunvericilik bazasının təkmilləşdirildiyini
qeyd edib. O, Azərbaycanla Gürcüstan
arasında təhsil sahəsində müxtəlif
istiqamətlər üzrə əlaqələrin
daha da genişləndirilməsi,
o cümlədən tələbə
mübadiləsi, diplomların
qarşılıqlı tanınması
ilə bağlı əməkdaşlığın inkişafı barədə
fikirlərini açıqlayıb.
Bəxtiyar Əliyev
ölkələrimiz arasında
iqtisadi əlaqələrin
uğurla inkişaf etdiyini söyləyib. O, “yaşıl enerjiyə” keçidlə bağlı
ölkəmizdə həyata
keçirilən dövlət
proqramlarının qarşımızda
geniş imkanlar açdığını bildirib.
Gürcüstan Parlamentinin
Təhsil, elm və gənclər məsələləri üzrə
komitəsinin sədri
Givi Mikanadze səmimi görüşə
və qonaqpərvərliyə
görə minnətdarlığını
ifadə edib. O, qardaş və qonşu ölkələrimiz
arasında möhkəm
dostluq və strateji müttəfiqlik münasibətlərinin olduğunu
söyləyib. Bu münasibətlərin möhkəmlənməsində
Azərbaycan xalqının
Ümummilli lideri Heydər Əliyevin müstəsna rolunu vurğulayıb. Heydər
Əliyevə Gürcüstan
xalqının daim hörmətlə yanaşdığını,
onun adının bu ölkədə əbədiləşdirildiyini deyib.
Əlaqələrimizin güclənməsində qanunverici
orqanların rolundan danışan Givi Mikanadze qarşılıqlı
səfərlərin vacibliyini
qeyd edib, bu səfərin iki ölkə parlamentləri arasında əlaqələrin inkişafına
xidmət edəcəyini
söyləyib. O, vurğulayıb
ki, ölkələrimiz
arasında münasibətlərin genişlənməsində
təhsil, elm sahəsində əlaqələrin
inkişafı böyük
önəm daşıyır.
Bu əlaqələrin
möhkəmləndirilməsinə parlamentlərimizdə fəaliyyət
göstərən Təhsil
komitələrinin töhfə
verdiyini deyib və komitələr arasında əməkdaşlığın
perspektivləri barədə
fikirlərini bölüşüb.
Görüşdə Gürcüstan Parlamentinin
deputatları Giorgi Sosiaşvili və Rostom Çxeidze çıxış edərək
Gürcüstanla Azərbaycan
arasında elm, təhsil, mədəni, humanitar sahələrdə
əlaqələrin inkişafından
söhbət açıblar.
Söhbətdə ölkələrimiz
arasında ikitərəfli
münasibətlərin möhkəmləndirilməsi,
parlamentlərarası əməkdaşlığın
inkişafı, müxtəlif
sahələrdə əlaqələrin
genişləndirilməsi və
digər məsələlərlə
bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2024.-
12 mart, № 55.- S.6.