İslamofobiya dövlətlərarası münasibətlərə ciddi ziyan vurur

 

 

"Multikulturalizmin mərkəzi hesab olunan Azərbaycanda dövlətimiz tərəfindən bütün dinlərə, təriqətlərə, etnik qruplara böyük hörmət ehtiram mühiti formalaşdırılıb. Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda keçirilən beynəlxalq elmi konfrans da bunu deməyə əsas verir. Bu tədbirdə 32 ölkədən alimlərin, beynəlxalq təşkilatların nümayəndələrinin, din xadimlərinin iştirakı konfransın qədər əhəmiyyətli olduğunu sübuta yetirir. Artıq ikinci dəfədir ki, ölkəmizdə keçirilən belə konfrans Azərbaycanı dünyaya bir daha tolerant dövlət kimi təqdim edir".

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. Komitə sədri bildirib ki, "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusundakı konfrans həm ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun göstəricisidir: "Bu gün belə bir tədbirin Azərbaycanda keçirilməsi həm ölkəmizin tanıdılması, həm dinlərə, etnik qruplara böyük hörmətin olmasını təsdiq edir. Bu tədbir eyni zamanda islamofobiyaya qarşı aparılan mübarizə üçün zəmanətdir. Bu gün bütün müsəlman ölkələri kimi Azərbaycan da islamofobiya ilə mübarizə aparır".

Komitə sədrinin sözlərinə görə, Vətən müharibəsində aydın oldu ki, bir çox beynəlxalq təşkilat, eləcə aparıcı dövlət müsəlman ölkələrinə qarşı qeyri-etik münasibət sərgiləyir: "Elə müsəlmanların çoxluq təşkil etdiyi bir ölkə olaraq Azərbaycanda da uzun müddət haqqımızın təmin edilməməsi, səsimizə səs verilməməsi bunun sübutudur. İşğalçı Ermənistan isə xristian dövlətləri tərəfindən daim dəstəklənir, ermənilərə nəinki mənəvi, eləcə maddi yardım göstərilir. Bu gün bu ənənə davam edir, təkcə Azərbaycana qarşı deyil, bütün müsəlman dövlətlərinə qarşı dünyada yanlış fikir formalaşdırılır. İslama qarşı mübarizədə olan xristian aləmi öz məkrli məqsədlərini həyata keçirməkçün dəridən-qabıqdan çıxırlar". 

Tahir Rzayev Azərbaycanın dünyada tolerantlığın mərkəzlərindən biri kimi öz sözünü deməyə qadir ölkə olduğunu söyləyib. Müsahibimiz deyib ki, Prezident İlham Əliyev konfransla bağlı məktubunda da qeyd edib ki, islamofobiya nəinki Azərbaycana, dünyaya vurulan zərbədir belə bir siyasətin yürüdülməsi dinlərarası əməkdaşlığa dövlət münasibətlərinə ciddi ziyan vurur. Ona görə ölkəmizdə keçirilən bu konfrans böyük əhəmiyyətə malikdir. Qloballaşan dünyamızda müxtəlif dinləri üz-üzə qoymaq, millətləri bir-birinə düşmən hesab etmək gələcək üçün yaxşı heç vəd etmir.

Komitə sədri həmçinin vurğulayıb ki, bu konfrans Azərbaycanda yaşayan xalqların, dinlərin etnik qrupların bir-birinə yaxınlığını nümayiş etdirməklə bərabər, dünyaya bir örnək kimi təqdim olunur: "Doğrudan da, ölkəmizdə bütün etnik qruplar Azərbaycanın gələcəyi, ölkənin inkişafı naminə birgə mübarizə aparmaqdadırlar. Bu, Vətən müharibəsində ötən il keçirilən antiterror tədbirlərində özünün aydın ifadəsini tapdı".

 

N.QAFARZADƏ,

Azərbaycan.-2024.- 12 mart, № 55.- S.9.