Fransanın qərəzli siyasəti Ermənistana baha başa gələcək

 

 

Azərbaycanın qazandığı tarixi zəfərlə Cənubi Qafqaza yerləşmək kimi çirkin planı iflasa uğrayan Fransa ölkəmizə qarşı bütün platformalarda hücuma keçib.

Torpaqlarımızın işğalı müddətində pərdələnmiş formada Ermənistana dəstək verən, vasitəçi olaraq ikiüzlülük nümayiş etdirən Paris son üç il ərzində açıq şəkildə Bakını hədəf alan aqressiv qərəzli siyasət yürüdür, nəinki siyasi, diplomatik sahədə, hətta mədəniyyət sahəsində düşmən mövqeyi sərgiləyir. Görkəmli şairimiz Xurşidbanu Natəvanın Fransadakı heykəlinə qarşı edilən vandallıq hərəkətləri buna bariz nümunədir. Özünü "mədəniyyət mərkəzi" sayan Fransada Natəvanın heykəlinin üzərinə qırmızı boya atılıb, heykəlin gözləri, adının Azərbaycan yazısının yazıldığı hissələrinə qırmızı boya çəkilib, burnu barmaqları sındırılıb.

 

 

 

Separatizmə açıq dəstək

 

 

 

Danılmaz faktdır ki, Fransa dünyanın irqçi, islamofob siyasət həyata keçirən birnömrəli ölkəsidir. Eyni zamanda da ölkəmizin Parisin yürütdüyü neokolonialist, şovinizm, ksenofobiya digər mədəniyyətlərə qarşı dözümsüzlük siyasətini dünyaya göstərməsi Yelisey sarayını pis vəziyyətə salıb. Buna görə Paris xüsusilə son aylarda anti-Azərbaycan fəaliyyətini intensivləşdirib. Makron hökuməti beynəlxalq hüquq normalarını prinsiplərini ayaqlar altına ataraq Azərbaycanın ərazi bütövlüyünə suverenliyinə qarşı ədalətsiz, qərəzli addımlar atır.

Təkcə bu ilin ilk ayları ərzində baş verən hadisələrin fonundan da görünür ki, Fransa ələ aldığı bəzi riyakar Qərb qurumları vasitəsilə dünyanı Azərbaycana qarşı qaldırmağa çalışır. Fransa Senatı, Avropa Parlamenti tərəfindən ölkəmizə qarşı qəbul edilən qərəzli, birtərəfli, əsassız qətnamələr, eləcə Avropa Şurası Parlament Assambleyasında ölkəmizin nümayəndə heyətinin səs hüququnun dondurulması haqqında qərar da bunun nümunələridir. Birbaşa Yelisey sarayından idarə olunan rüşvətxor Qərb siyasətçiləri erməni lobbisinin puluna olan iştaha ilə utanmadan əyriyə düz deyirlər, gerçəklərə fərqli don geyindirirlər, beynəlxalq hüququ tapdalayaraq separatizmə dəstək verirlər. 

30 il ərzində danışıqlar vasitəsilə həll oluna bilməyən Ermənistan ilə Azərbaycan arasında münaqişəyə ölkəmizin BMT TŞ-nin qətnamələrini yerinə yetirərək torpaqlarını işğaldan azad etməsi ilə son qoyulub. Azərbaycan suverenliyini təmin edərək ərazilərini separatçılardan təmizləyib. Paralel olaraq Bakı İrəvanla sülh danışıqları istiqamətində aktiv fəaliyyətə başlayıb, özünün beynəlxalq hüququn normalarına cavab verən 5 baza prinsipini təqdim edib. Bir sözlə, Azərbaycan iki ölkə arasında normallaşma istiqamətində real addımlar atıb bu, davam edir.

 

 

 

Paris sülhə maneçilik törədir

 

 

 

Lakin Qafqazda sülhün əldə edilməsinə yönəlik təşəbbüslər Fransanı qane etmir, buna görə təxribatçı fəaliyyəti ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçirilməsinin qarşısını almağa çalışır. Cənubi Qafqaz regionunda vəziyyəti gərginləşdirmək üçün İrəvana silah-sursat sataraq bölgədə yenidən müharibə fitilini alovlandırmağa çalışır, sülhlə bağlı proseslərə maneçilik törədir. Ötən il məhz Fransa prezidenti Emmanuel Makronun təxribatı nəticəsində Azərbaycanın İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina etməsi hər kəs tərəfindən bilinən faktdır. Eyni zamanda da bu il fevralın 17-də Münxendə Bakı İrəvanın liderlər səviyyəsində keçirdiyi görüş Ermənistan-Azərbaycan arasında normallaşmaya nail olunması üçün əhəmiyyətli addım kimi qiymətləndirildi. Lakin Almaniyanın təşəbbüsü ilə baş tutan bu ikitərəfli görüşün Makronu razı salmadığı  dərhal ortaya çıxdı. Belə ki, adıçəkilən görüşdən sonra Ermənistan ilə Azərbaycan arasında normallaşma istiqamətində irəliləyişin əldə olunduğu bir dövrdə Nikol Paşinyan Parisə yola düşərək orada Azərbaycana qarşı böhtanlar səsləndirdi. Beləliklə, Paşinyan Makronun əli ilə sülhə birbaşa zərbə vurdu.

Göründüyü kimi, Ermənistanın müxtəlif riyakarlıqlarla sülhdən yayınması müharibəyə, revanşa hazırlaşması Fransanın təcavüzkara verdiyi dəstəkdən qaynaqlanır.

Lakin Fransanın qızışdırması ilə İrəvanın savaşa başlamaq kimi axmaq cürətə düşməsi öz başında çatlaya bilər.

 

 

 

Bunun sülhməramlılığa heç bir aidiyyəti yoxdur

 

 

 

Paris digər tərəfdən məkrli siyasət yürüdərək "sülh missiyası" adı altında Ermənistan üzərindən Qafqaza yerləşmək üçün cəhdlər edir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Rossiya 1" kanalının efirində bununla bağlı bildirib ki, Fransa Afrikadakı siyasətinin uğursuzluğa düçar olmasından sonra Qarabağda özünə sülhməramlı obrazı yaratmağa çalışır.

Mariya Zaxarovanın sözlərinə görə, Qarabağda sülhməramlı rolunu Rusiya yerinə yetirib: "Hesab edirəm ki, Parisin Qafqazda fəallığının artması Fransanın Afrikadakı siyasətinin uğursuzluqla nəticələnməsi fonunda ictimai-siyasi kontekstdə bir kompensasiyadır. Fransanın Qafqazdakı "eksperiment"lərinə "bir növ sülhməramlı səylər"i daxildir. Biz bilirik ki, bunun sülhməramlılığa heç bir aidiyyəti yoxdur".

Dünyada nüfuzunu itirən, müstəmləkələrindən bir-bir qovulan Fransa indi erməni kartından istifadə edərək Cənubi Qafqazı özünün koloniyasına çevirmək istəyir.

Ancaq Bakı heç zaman Parisin bu çirkin niyyətinə çatmasına imkan verməyəcək.  Fransanın beynəlxalq hüquqazidd bütün əməllərini dünyada ifşa edən Azərbaycan erməni lobbisinin marionetinə çevrilən Makron hökumətinin layiqli cavabını verərək yerinə otuzduracaq.

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2024.- 12 mart, № 55.- S.9.