Xaricdən
maliyyələşən media
mənsubları...
Onların yeganə məqsədi cəmiyyətdə Azərbaycan
əleyhinə ideyalar
yaymaqdır
"Azərbaycan hüquq-mühafizə
orqanlarının "Toplum
TV" və "Abzas
Media" ilə bağlı
qərarları tamamilə
qanunauyğundur. Azərbaycan
qanunlarına görə,
KİV-in maliyyə fəaliyyəti şəffaf
olmalı, digər bütün işəgötürənlər
kimi vergi ödəməli və Sosial Müdafiə Fonduna ödənişlər
etməlidirlər".
Bu sözləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Aydın Mirzəzadə
deyib. Deputat bildirib ki, bu
iki mətbuat orqanı xaricdən mənbəyi bilinməyən,
qeyri-qanuni yolla Azərbaycana maliyyə gətirir, həmin çirkin vəsaitlə fəaliyyət göstərirlər.
Aydın məsələdir
ki, xaricdən bu KİV-i maliyyələşdirən
mənbələr Azərbaycanda
gedən proseslərin
obyektiv işıqlanmasına
heç cür imkan verə bilməzlər. Bu iki media orqanı
tərəfindən yayılan
materiallar göstərir
ki, dövlətin suveren hüquqlarının
qorunması, beynəlxalq
aləmdə milli maraqlarımıza uyğun
fəaliyyət göstərməsi,
işğaldan azad olunmuş ərazilərdə
gedən quruculuq işləri, şəhid
ailələri və qazilərə göstərilən
dövlət qayğısının
işıqlandırılması onların marağında deyil. Onların məqsədləri Azərbaycan
əleyhinə müəyyən
ideyaların cəmiyyətdə
yayılmasıdır.
Deputat qeyd edib ki, xaricdəki
maliyyə mərkəzləri
adlarının açılmasında
maraqlı deyillər:
"Xaricdən maliyyələşən
media mənsubları isə onlardan aldıqları tapşırıqları
yerinə yetirməlidirlər.
Bu baxımdan Azərbaycan hakimiyyət orqanlarının atdığı
addımlar ilk növbədə daxildə
qanunun yerinə yetirilməsinin hər kəs üçün vacibliyini ortaya qoyur. Qərb institutlarının bu məsələ ilə bağlı irad bildirməyə hər hansı əsası yoxdur. Məgər Avropa dövlətləri razı olardımı, xaricdən hansısa mənbələr onların
ölkələrində mətbuat
orqanı yaratsın, həmin KİV-də dövlətin maraqlarına
zidd olan, eyni zamanda ölkədəki
vəziyyəti qeyri-obyektiv
işıqlandıran materialar
verilsin? Əlbbətə
ki, Qərb institutları buna heç vaxt razı olmazlar, amma nədənsə, Azərbaycana gəldikdə
buna əks mövqe tuturlar".
A.Mirzəzadə hesab
edir ki, Azərbaycan suveren hüquqlarını, milli
maraqlarını qorumaqda
düzgün addım
atır və bu, heç də əlahiddə hadisə deyil, bütün dövlətlərin
etdikləri hərəkəti
təkrarlayır.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
12 mart, № 55.- S.10.