Dəyərlərdən uzaq düşmüş Fransanın iflas dövrü

 

 

"Bu ali məqamda, bu təntənəli saatda biz bura mənəviyyat qanunları qarşısında ürəkdən təzim etmək bu dəqiqə qulağı Fransada olan dünyaya bunları deməyə gəlmişik: Dünyada ancaq bir güc var - ədalətin xidmətində dayanan vicdan. Dünyada ancaq bir şərəf var - həqiqətin xidmətində dayanan düha!"

Bu fikirlər dahi yazıçı Viktor Hüqonun görkəmli Fransa maarifçilərindən Volter haqqında məşhur nitqindəndir.

Əsrlər əvvəl görkəmli şəxsiyyətləri olan bir dövlətin dünyanın indiki inkişaf səviyyəsində rəzil davranışları ilə özünü bu qədər dərin mənəvi girdaba, ikrah doğuran natəmizlik bataqlığına gətirib salması dünyanın tərəqqipərvər insanlarını məyus edir.

 

 

 

Korrupsiya qalmaqallarının mərkəzindəki Fransa

 

 

 

Bu gün Fransa deyəndə yada birinci düşən ölkədaxili etirazlar, korrupsiya cinayətləri, xarici siyasətdəki uğursuzluqlardır. Fransanın bundan əvvəlki hakimiyyətləri tarixdə kifayət qədər qalmaqallarla, bədnam əməllərlə yadda qalıblar. Amma onların heç birini bu sahədə Emmanuel Makron hakimiyyəti ilə müqayisə etmək olmaz. Çünki Makron hakimiyyəti, birmənalı olaraq Fransa tarixinin ən korrupsioner, hər hansı tərəqqi meyilləri ilə deyil, məhz bu ölkəni gözdən salan bəd əməlləri ilə ad çıxarmış ən yarıtmaz hakimiyyətidir. 

Rüşvətxorluq, müxtəlif korrupsiya maxinasiya cinayətləri bu hakimiyyətin əsas cizgiləri olub. İrimiqyaslı maliyyə maxinasiyalarının başında isə birbaşa rəhbər şəxslərin durması heç kimə sirr deyil. Fransa prezidenti özünü ölkənin dövlətçilik dəyərlərindən, qanunlarından o qədər üstün tutur ki, hətta məhkəmələrə təzyiq göstərərək onları rüşvətdə, korrupsiya əməllərində əli olanlar haqqında bəraət qərarı çıxarmağa məcbur etməkdən belə çəkinmir.

Yerli mediada verilən xəbərlərə görə, adı korrupsiya qalmaqallarında çəkilən 72 yaşlı Fransua Bayru haqqında məhkəmədə bəraət qərarı çıxarılması buna bir nümunədir. Bu isə Makronun imicinə növbəti zərbə olmuşdur. Bayru mərkəzçi partiyanın rəhbəri kimi Makronla bir koalisiyada təmsil olunub. 557 nəfərlik Fransa parlamentində 51 deputat yeri bu koalisiyaya aiddir. Bayru indiyə kimi üç dəfə Fransa prezidentliyinə namizəd olub. Onu da yada salaq ki, adı korrupsiya kimi ağır cinayətdə hallanan yaşlı siyasətçini Makronun belə cidd-cəhdlə müdafiə etməsi heç səbəbsiz deyil. 2017-ci ildə Makronun hakimiyyətə gəlməsində bu şəxs mühüm rol oynayıb. Bayru Fransa prezidentliyinə namizədliyini Makronun xeyrinə geri götürüb.

Makron komandasındakı şəxslərin tez-tez üzə çıxan biabırçı maliyyə əməlləri artıq ölkə dünya mediası üçün adi xəbərlərə çevrilib. Bu ölkəni bütün dünyada nüfuzdan salan belə bədnam əməlləri hakimiyyət komandasının doğma stixiyası olub. Əgər Makron hakimiyyətinin özülünün 2017-ci ildən rüşvət korrupsiya üzərində qurulduğunu yada salsaq, heç bir  təəccübə yer qalmır. Bu barədə hələ seçki kampaniyasında maliyyə saxtakarlığının yol verildiyi dəfələrlə Fransa mətbuatında öz əksini tapmışdır.

 

 

 

Erməni lobbisi ilə alver

 

 

 

Makronun qalmaqallarında erməni lobbisi ilə sıx işbirliyi həmişə aparıcı xətt kimi keçib. Bu baxımdan, hazırda Makron Fransasının Ermənistanın havadarı kimi çıxış etməsinin, bu ölkəni durmadan silahlandırmasının, rəsmi İrəvanın beynəlxalq hüquq normalarına zidd maraqlarına görə bütün qaydaların, dəyərlərin üzərindən xətt çəkməsinin arxasında belə gizli mətləblər, korrupsiya əlaqələri var.

Ümumiyyətlə, pul müqabilində siyasi iqtisadi sövdələşmələrə açıqlıq, müxtəlif qruplarla, xüsusən erməni lobbisi ilə maxinasiyalar Fransa liderinin siyasi portretinin əsas cizgilərindəndir. Bütün bunlar özünü dünyaya "demokratiya" carçısı, "azad bazar iqtisadiyyatı" məkanı, insan hüquq azadlıqlarını qoruyan dövlət kimi təqdim etmək istəyən Fransanın, əslində, bütün bunlardan qədər uzaq düşdüyünü, dövlətin başında duranların şəxsi maraqları ucbatından o boyda dövlətin acınacaqlı duruma gəldiyini göstərir.

Bu gün Fransada fermerlər arasında yaranmış kəskin narazılıqlar, kənd təsərrüfatı sahəsində çalışan sahibkarların böyük şəhərlərdə həyatı iflic etməsi Makron komandasının apardığı iqtisadi siyasətin qədər yanlışlığını, böyük bir tarixi olan Fransaya necə təsadüfi bir adamın rəhbərlik etdiyini göstərir. Fransa rəhbərliyi isə öz əməlləri ilə bağlı ictimaiyyətə açıqlama vermək, yaranmış vəziyyəti nizama salmaq əvəzinə özünü cəzasızlıq şəraitində sanaraq yeni-yeni qalmaqallara səbəb olur. Hazırda ölkənin böyük şəhərlərində fermerlərin etiraz aksiyaları nəticəsində yaranmış dəhşətli natəmizlik mənzərəsi bu ölkənin indiki hakimiyyətinin əsl siması, hakimiyyətin apardığı yanlış siyasətin ümumi mənzərəsidir.   

 

 

 

İslamofobiyanı körükləyən ölkə

 

 

 

Bu gün Fransa bütün Avropa məkanında ksenofobiyanı körükləyən əsas ölkə sayılır. Bu ölkədə xüsusilə islamofobiya meyilləri getdikcə geniş vüsət alır. Hazırda 5,7 milyondan çox müsəlman inanclı şəxsin yaşadığı, yəni əhalisinin 9 faizə yaxınını məhz müsəlmanların təşkil etdiyi ölkədə bunun demək olduğunu, cəmiyyətdə qədər böyük nifaq saldığını bir anlıq özümüz təsəvvür edək.

İslam inanclı insanların təqib təhqir olunması hallarına görə Fransa öndə gedir. Bu ölkədə məscidlərin inşasına icazə verilmir, hicab qadağası genişlənir, ifadə azadlığı adı altında müsəlmanların müqəddəs inancları, görkəmli şəxsiyyətləri təhqir edilir. Artıq Fransa vandalizm yuvasına çevrilir. Vandalizmi təşviq etməyə başlayır. Buna Azərbaycanın görkəmli şəxsiyyətlərindən Xurşidbanu Natəvanın Fransadakı abidəsinə göstərilən münasibətdən hər birimiz şahid olduq. Bu ilin yanvarında Natəvanın Fransanın Evian Bən şəhərindəki heykəli vandalların hücumuna məruz qaldı. Üzərinə qırmızı boya atılmaqla yanaşı, heykəlin ayrı-ayrı hissələri qırıldı. Belə hallar Fransa adına sadəcə utanc gətirir.

Müasir Fransanın korlanmış imici ətrafında daha bir acınacaqlı mənzərə isə budur ki, belə bir ölkə Azərbaycan da daxil olmaqla, bir sıra inkişaf etməkdə olan ölkələr üçün arbitr rolunu oynamaq istəyir. Necə deyərlər, ortalığa atılaraq ayrı-ayrı ölkələrə nəyisə öyrətmək, hansısa prinsipləri aşılamaq niyyətinə düşür. Soruşan gərək, korrupsiyada ad çıxarmış, vandalizmi, ksenefobiyanı, müsəlmanlara qarşı ayrı-seçkiliyi, neokolonalizmi dövlət siyasətinə çevirmiş bədnam bir ölkədən yaxşı, faydalı öyrənmək olar ki?! Bu gün Fransa başqa ölkələrin işlərinə qarışmaq, ayrı-ayrı bölgələrdə, o cümlədən Cənubi Qafqazda münaqişə ocaqları qalamağa cəhd göstərmək əvəzinə yaxşı olar ki, Korsikada, Yeni Kaledoniyada öz haqlarını tələb edən etnik qruplara qarşı kobud qanun pozuntularına görə cavab versin. Bilavasitə milli azlıqların dilini, mədəniyyətini, milli identikliyini qorumağı özündə ehtiva edən Milli Azlıqlara dair Avropa Xartiyasını niyə indəyə qədər qəbul etməməsinin səbəblərinə aydınlıq gətirsin.

 

 

 

Bu ölkənin ləkəli keçmişi var

 

 

 

Fransa bu gün özünün ləkəli keçmişinə, islam ölkələri müsəlmanlara qarşı törətdiyi qanlı cinayətlərə görə üzr istəməlidir. Tarixin müxtəlif dövrlərində 50-dən artıq dövlətin ərazisini işğal etməsinin, insanlıq bəşəriyyət əleyhinə törətdiyi cinayətlərin hesabını verməlidir. Nüvə sınaqları həyata keçirməklə Əlcəzairin müsəlman əhalisini soyqırımına məruz qoymuş, bu əhalinin üsyankar liderlərini qətlə yetirdikdən sonra meyitlərini belə verməmiş, onların sümüklərinin qalıqlarını Fransaya aparmışdı. Rəsmi Paris bu utancından heç olmasa indi nəticə çıxarmalıdır. Amma bədnam əməllərini indi həyasızcasına davam etdirən Fransanın ləkəli keçmişindən nəticə çıxarmaq fikri yoxdur.

Ölkə neokolonializm siyasətini bu gün daha açıq şəkildə davam etdirir, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş ümumbəşəri prinsiplərinə hörmətsizlik nümayiş etdirərək insan hüquqlarını kobud şəkildə pozur, xalqlar arasında barışın əldə olunmasına, sülh əmin-amanlıq mühitinin yaranmasına mane olmaqda davam edir. Bununla belə, sirkə qədər tünd olarsa, öz qabını sındırar, demiş atalarımız. Fransa kimi ölkələrin çirkin siyasəti, öz xislətini qətiyyən gizlətmədən açıq şəkildə ortaya qoyması vaxtsa bütün dünyaya arbitrlik etmək istəyənlərinn əsl mahiyyətini ifşa edir, onların sonunu yaxınlaşdırır, həqiqətən sülh, inkişaf, rifah xoşbəxtlik arzusunda olan dövlətləri, xalqları, ümumi məqsədlər ətrafında birləşdirir.

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2024.- 12 mart, ¹ 55.- S.10.