Separatçı
ünsürlərin avantüraları
Ermənistana baha başa gələcək
2020-ci ilin Vətən
müharibəsində torpaqlarımız
işğaldan azad edildi. 30 ilə yaxın davam edən işğala cəmi 44 gün ərzində son qoyuldu. Ötən ilin 19-20 sentyabr tarixlərində isə cəmi 23 saata Qarabağdakı erməni
separatizmi məhv edildi və bununla da bütün
torpaqlarımız üzərində
milli suverenliyimiz tam təmin olundu.
Qeyd edək ki, Vətən müharibəsindən sonra
Ermənistan dövləti
imzalanan 10 noyabr üçtərəfli Bəyanat
ilə üzərinə
götürdüyü öhdəlikdən
irəli gələrək
qoşunlarının qalıqlarını
Rusiya sülhməramlılarının
müvəqqəti yerləşdikləri
Azərbaycan ərazilərindən
çıxarmadı. Qarabağdakı
separatçı rejim
isə təxribatlarını,
ərazilərin minalanmasını,
Ermənistandan silah-sursat
daşınmasını davam
etdirdi. Təxminən
3 ilə yaxın müddətdə Ermənistan
rəhbərliyi, Qarabağdakı
separatçılar nə
Vətən müharibəsinin
nəticələrindən, nə də Azərbaycanın xəbərdarlıqlarından
nəticə çıxardılar.
Azərbaycan isə necə demişdisə, elə də etdi. Separatçılar Azərbaycanın başlatdığı
antiterror tədbirlərinin
qarşısında heç
bir sutka tab gətirə bilmədilər.
Antiterror tədbirləri
nəticəsində Azərbaycanın
hüquq-mühafizə orqanları
Qarabağdakı qondarma
rejimin başçıları
olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Harutyunyan, habelə "sabiq xarici işlər
naziri" David Babayan,
"parlament sədri"
David İşxanyan, "generallar"
Lyova Mnatsakanyan, David Manukyan və "keçmiş dövlət
naziri" Ruben Vardanyan qandallanaraq Bakıya gətirildilər.
Vaxtilə Azərbaycanı
təhdid edən, Gəncənin raket atəşinə tutulması
üçün əmr
verən, xəbərdarlıqlarımıza
ironik münasibət bildirən separatçılara
tezliklə layiqli cəza veriləcək.
"Onlar Bakıya gəlmək istəyirdilər,
onlar bizi hədələyirdilər, deyirdilər
ki, onların tankları Bakı küçələrində olacaq,
haqlı çıxdılar.
Onların tankları Hərbi Qənimətlər
Parkındadır. Onlar
deyirdilər ki, Bakıya gəlib çay içəcəklər.
Burada da haqlıdırlar. İndi çay içirlər, istintaq təcridxanasında",
- deyə Prezident İlham Əliyev bildirib.
Antiterror tədbirləri
ilə 200 illik erməni separatizminə və Qarabağdakı qondarma və separatçı rejimin varlığına birdəfəlik
son qoyuldu. O cümlədən
qondarma rejimin bu gün Ermənistanda
olan nümayəndələri
də özlərini buraxdıqlarını elan
etdilər. Lakin özünü buraxmış
və artıq mövcud olmayan qondarma rejimin hazırda Ermənistanda yenidən baş qaldırdığı, bu
istiqamətdə müxtəlif
təşəbbüslərin edildiyi müşahidə olunur. Məsələn, bir müddət əvvəl Ermənistanın
kütləvi informasiya
vasitələrində özünü
hələ də hansısa qondarma "dövlətin prezidenti"
kimi qələmə verən S.Şahramanyan adlı biri tərəfindən "dövlət
naziri vəzifəsinə
təyinat həyata keçirməsi" barədə
məlumatlar yayılıb.
Həmçinin bu adamın Ermənistanın
daxili siyasi qüvvələrinin təmsilçiləri
və İrəvandakı
müxtəlif ölkələrin
diplomatları ilə əlaqə saxladığı
da yayılan məlumatlar arasındadır.
Separatçı ünsürlərin
fəaliyyət dairələrini
genişləndirərək Qərb təmsilçiləri
ilə görüşlərə
can atdıqları da bildirilir.
Ermənistandakı
separatçı ünsürlərin
fəaliyyətinin Ermənistan
rəhbərliyinin nəzarətində
olmasına heç bir şübhə yoxdur. Görünən odur ki, Paşinyan
hakimiyyəti də onların fəaliyyəti
üçün şəraitin
təmin edilməsində
maraqlıdır. Münasibətlərin
normallaşdırılması və sülhə nail olunması ilə bağlı danışıqlarda
indiyə kimi sözü ilə əməli üst-üstə
düşməyən Ermənistan
rəhbərliyinin separatçı
ünsürlər üzərindən
də avantüralara rəvac verdiyi ortadadır.
İndiyə kimi
Ermənistanın bütün
təxribatları öz
başında çatlayıb.
Əvvəldə də
qeyd edildiyi kimi, Azərbaycan tərəfi necə deyibsə, elə də edib. Ermənistanda separatçıların dirçəldilməsinə
yönəlik addımlar
da İrəvana baha başa gələcək. Bu proses davam edəcəyi
təqdirdə, Ermənistanın
ağır nəticələrlə
üzləşəcəyi şübhə doğurmur.
Çünki Azərbaycan
dövləti də Qərbi Azərbaycanı bəyan edə bilər.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2024.-
12 mart, № 55.- S.10.