Novruz milli-mənəvi dəyərlərin təzahürüdür

 

 

Azərbaycan tarixən  müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olduğu üçün xalqımızın  milli-mənəvi dəyərlər sistemi  tolerant münasibətlər, birgəyaşayış prinsipləri əsasında formalaşmış bu,  bütün dövrlərdə müşahidə edilmişdir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir eyni zamanda həyat tərzidir" deməsi heç təsadüfi deyildir. Çünki bu tolerantlıq ənənəsi Azərbaycan xalqının formalaşdığı tarixi məqamlardan bəhrələnmiş bu günümüzə qədər gəlib çatmışdır.

Təqdirəlayiq haldır ki, milli-mənəvi  dəyərlərin tolerantlıq ənənələrinin əsasını təşkil edən şifahi xalq ədəbiyyatı nümunələri, o cümlədən qəhrəmanlıq məhəbbət dastanları, "Kitabi-Dədə Qorqud", "Koroğlu" digər folklor mətnlərində birgəyaşayış prinsipinin tarixi kökləri əks olunmaqdadır. Multikultural tolerantlıq münasibətləri ilə bağlı fikirlər Azərbaycanın görkəmli ədib mütəfəkkirlərinin yaradıcılıqlarında qızıl xətt kimi keçən problemlərdəndir. Məsələn, Nizami Gəncəvinin, Nəsirəddin Tusinin, Məhəmməd Füzulinin, Abbasqulu ağa Bakıxanovun, Mirzə Fətəli Axundovun, Cəlil Məmmədquluzadənin başqalarının yaradıcılıq irsində həmin ideyaların təbliğinin şahidi oluruq. Nizami Gəncəvi hələ öz dövründə, XII yüzillikdə yeddi mədəniyyətin təsvir olunduğu "Yeddi gözəl" əsərini yaratmaqla dini-irqi milli ayrı-seçkiliyə qarşı çıxır, müxtəlif xalqların nümayəndələrini təsvir edir.

Azərbaycan Respublikası polietnik bir dövlətdir. Azərbaycan ərazisində bir sıra milli azlıqlar - tatlar, ləzgilər, udinlər, avarlar, talışlar, ingiloylar, xınalıqlılar başqaları yaşayır. Azərbaycan öz taleyini bu torpağa bağlayan bir sıra azsaylı xalqların etnik qrupların doğma vətəninə çevrilib. Etnik qruplar azsaylı xalqlar digər bayramlar kimi Novruzu da təmtəraqla keçirirlər. Qeyd etməliyik ki, el arasında Novruza bir ay qalmış artıq bayram tədarükünə başlanmış bu, Azərbaycanda yaşayan xalqlar arasında da paralel şəkildə aparılmışdır. Bayramın mahiyyəti azsaylı xalqlar tərəfindən olduğu kimi qəbul edilmişdir.

Azərbaycanda səmavi dinlər yaranana qədər müxtəlif inanclara, suya, oda, ağaca, səma cisimlərinə s. inam güclü olmuşdur. Uzun əsrlərin keçməsinə baxmayaraq, həmin inamın izləri yaddaşda qorunub saxlanmış bu gün davam etməkdədir. Ümumilikdə dünyanın, insanın yaranmasında bilavasitə iştirak etmiş dörd ünsür - Su, Od, Yel, Torpaq islamın yaranmasına qədər milli təfəkkürdə kök salmışdır. Atəşpərəstlik məhz bu mifik təsəvvürlərin qovşağında meydana gəlmiş, Azərbaycan əhalisinin əksəriyyəti oda sitayiş etmiş, odu müqəddəs hesab etmişdir. Odla bağlı ayin mərasimlər Novruz bayramı kontekstində, Od çərşənbəsi düşüncəsində bu günümüzə qədər gəlib çatmışdır.

Bayram ərəfəsində səməni cücərtmək, səməni halvası bişirmək, Novruz şirniyyatlarının hazırlanması, bayram axşamı şamların yandırılması, Novruz xonçasının bəzədilməsi s. onların məişətində paralel şəkildə əhatə olunmuşdur. Hər bir xalqın həm özünəməxsus adət-ənənələri, folklor yaradıcılıq örnəkləri vardır. Təqdirəlayiq haldır ki, 2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda milli azlıqların mədəniyyətini, tarixini, etnoqrafiyasını s. araşdıran bölmə yaradılmışdır. Həmin bölmənin məqsədi Azərbaycanda olan azsaylı xalqların şifahi yaradıcılıq nümunələrinin toplanması, sistemləşdirilib nəşr etdirilməsi araşdırılmasını təşkil etməkdir. Bu məqsədlə 2014-cü ildə AMEA Folklor İnstitutunun təşəbbüsü ilə "Azsaylı xalqların folkloru" kitabı işıq üzü görmüşdür. Udinlərin "Yaz bayramı" adı altında verilmiş mətndə oxuyuruq: "Udinlər yaz ayında "yoğulun axsibay", yəni yaz bayramı keçirərdilər. Bu bayram mart ayının ortalarında keçirilirdi. Onun əsas əlamətlərindən biri hamının evində ənənəvi xörəklərdən biri sayılan "hərsə" bişirilməsi idi. Yumurta bişirib qırmızı boyayardılar. Uşaqlar boyunlarına çanta keçirib həyətləri gəzər, ev sahiblərindən pay umardılar. Həyət-bacadan novruzgülü yığardılar. Mahnı oxumaqla yazın gəlişini bəyan edərdilər.

Bundan başqa, avarlar da yazın ilk günlərində bayram keçirmişlər. Yağışın yağması günəşin çıxması ilə bağlı mərasimlər bu gün onların şifahi  yaddaşında qalmaqdadır. Yağışın yağmasının arzulanması xüsusi ritual forması almış, bu vaxt sacın üstündə günəşin rəmzi olan saçaqlı maxara, bişirilən sulu burcah (əriştə) isə yağış damlalarını rəmzləşdirmişdir.

Azərbaycanda azsaylı xalqların dilinin, adət-ənənələrinin, mədəniyyətlərinin qorunması, inkişafı təbliği sahəsində mühüm işlər görülür.

Astroloji təsəvvürlərə görə, mart ayının 20-21-i ilin Yazgüntəni (gecə ilə gündüzün bərabərləşdiyi gün) günü Günəş Yer ətrafında 365 gün 6 saat dövr etdikdən sonra öz yerinə qayıdır, yəni "Balıqlar" bürcündən çıxıb "Qoç" bürcünə daxil olması ilə yadda qalır. Ona görə əcdadlarımız ulu Novruz gününü həm ilin, təqvimin başlanğıcı kimi qəbul etmişlər.

XI əsrin böyük ensiklopediyaçı alimi, tarix, etnoqrafiya, təbiətşünaslıq, riyaziyyat, astronomiya başqa elmlərə dair 150-dən artıq əsərin müəllifi olan Əl-Biruni belə qeyd etmişdir: "Belə söyləyirlər ki, Tanrı - təala məhz Novruz günü zodiak bürclərini asimanda yerləşdirmiş sonra onları yerlərində donub qalmış göy cisimləri arasında bölüşdürərək hərəkətə gətirmişdir. Sonra isə alim Günəş vasitəsilə ilin fəsillərini, aylarını, günlərini, bir sözlə, vaxtın, zamanın hesabını aça bilmişdir".

Tarixin müəyyən məqamlarında Novruz Fərvərdin, Novbahar, İlkbahar, Qışbitti, İlbaşında, İlyaz, Şahnovruz, Həzrət Novruz, Xızır Novruzu, Xuzur günü  digər adlar altında keçirilmişdir. Bu bayram təbiətin oyanışı, təbiət qüvvələrinə inam hissini aşıladığı üçün əcdadlarımız tərəfindən əziz bayram kimi qeyd olunmuşdur. Təzə ilin gəldiyi dəqiq vaxt münəccimlər tərəfindən hesablanar, bununla da "təhvil saxlamaq" ayini icra olunardı. İlin təhvil olunma anına xüsusi diqqət yetirilərdi. Hətta əhaliyə ilin təhvil olunduğunu bəyan etmək məqsədilə evlərin damlarında tonqallar qalanar, təbillər çalınardı, Novruz  "topu atılar"dı. Bundan əlavə, iltəhvil saatını hər kəs öz evində müəyyənləşdirə bilərdi, bunun üçün müəyyən məqamlara  diqqət yetirmək vacib sayılırdı. Məsələn, ayinə görə, xırda balıqların bir anlığa donub qalması, yaxud əksinə, onların sudan quruya can atması, "təhvil suyu" adlandırılan xüsusi qoyulmuş suyun üzərindəki zeytun yarpaqlarının, güzgü üzərində yumurtanın hərəkəti s. iltəhvil anının göstəriciləri hesab olunurdu. İlin təhvil olunduğu zaman ailə başçısının evinə, ailəsinə xeyir-dua verməyi xüsusi əhəmiyyət daşıyırdı ki, buna "təhvil-təslim duası" deyilirdi.

Novruz axşamında  icra olunan mühüm ayinlərdən  biri mütləq  dünyasını dəyişən əzizlərin ruhlarını yad etmək, məzarlarını ziyarət etməkdir. Bayram plovu bişirilərkən onların adları bir-bir çəkilməlidir ki, ruhları sevinsin, ailəyə, evə xeyir-dua versinlər. Erkən inanca görə, bayram axşamı kim hansı əhvali-ruhiyyədə olarsa, bütün ilboyu o cür olar, ona görə ulu babalarımız inanmışlar ki, "Novruzda gülən ilboyu gülər".

Novruz süfrəsi insan sağlamlığını möhkəmləndirən, insanın ömrünü uzadan müxtəlif nemətlərlə zəngindir. Bu nemətlər arasında "yeddiləvin", yəni "s" hərfi ilə başlanan nemətlərin - su, səməni halvası, südlü , süd, süzmə, səməni şorbası onun üzərinə səpmək üçün sumaq qoyulmalıdır.  Bayram axşamı hər evdə bayram plovu dəmlənir, bəzi bölgələrdə quru balıqla bişirilən südlü plov, şirin plov, əriştəli , qaralı sairə təamlar hazırlanır. Novruz xonçasının tarixi çox qədim dövrlərlə bağlıdır, xonça,  ənənəvi Novruz şirniyyatları, qırmızı alma, boyanmış yumurta s. hər biri  mifoloji təsəvvürləri əks etdirir.

Novruz həm "sülh, dostluq, həmrəylik, humanizm" bayramıdır. Bu bayramda hamı öz sevinci ilə paylaşmalı, hər kəs kədərdən uzaq olmalıdır. İnsanlar bu əziz bayramı səbirsizliklə gözləyir, çünki onun gəlişilə qəlblərə istilik, xoşbəxtlik xoş duyğular gəlir.

Azərbaycanda mövcud olan milli-mənəvi multikultural ənənələr dünyanın əksər dövlətlərinə nümunə olacaq mədəni, etik dəyərlərin göstəricisi olduğu kimi, həm müxtəlif xalqlar arasında möhkəm birliyin, sülhün həmrəyliyin əyani sübutudur.

 

Ülkər NƏBİYEVA,

Bakı Dövlət Universitetinin professoru

Azərbaycan.-2024.- 12 mart, ¹ 55.- S.11.