Şanlı
Qələbəyə həsr edilən kitab Çin dilində
nəşr olunub
“Regional
İnkişaf” İctimai Birliyi və Bakı Kitab Mərkəzinin
birgə təşkilatçılığı ilə Vətən
müharibəsində qazanılan Qələbənin tarixinə
həsr edilmiş “Vətən müharibəsi tarixi – Şəxsiyyət
faktoru” kitabı 7 dildə nəşr edilib. Gənclərin
kitabla tanışlığı üçün tədbir
keçirilib. Məlumatı Bakı Şəhər İcra
Hakimiyyətinin mətbuat xidməti verib.
Məlumata
görə, əsas məqsəd gənc nəslə tarixi həqiqətlərin
dolğun və ətraflı çatdırılması və
onun geniş təbliğıdir. Birliyin könüllüləri,
fəal gənclər, Bakıda təhsil alan çinli tələbələr,
müharibə veteranları, qazilər və ictimaiyyət
nümayəndələrinin iştirak etdiyi tədbirdə
kitabın Çin dilindəki nəşri təqdim edilib.
Tədbirin əvvəlində
44 günlük savaşda əldə edilən Qələbə
və kitabın ərsəyə gəlməsinə həsr
edilən videoçarx nümayiş etdirilib.
Bakı Kitab
Mərkəzinin direktoru Günel Anar qızı kitabla
bağlı təəssüratlarını bölüşərək
bildirib ki, hər zaman verdiyi sözə əməl edən cənab
Prezident İlham Əliyev xalqına hansı vədi veribsə,
onu sona kimi yerinə yetirib. Odur ki, gənclər də cənab
Prezidentin dediyi hər sözə sona kimi inanmalı və hər
zaman ona dəstək olmalıdır.
Bakı
Şəhər İcra Hakimiyyətinin şöbə
müdiri Elmin İmanov bildirib ki, Azərbaycan tarixində
konkret bir tarixi hadisə haqqında yazılan kitab qısa zaman
kəsiyində 7 dildə nəşr edilən ilk nəşrdir.
Onun xüsusi əhəmiyyəti isə hadisələrin məhz
iştirakçıların dilindən nəql
olunmasıdır. Kitabda şanlı Qələbənin əldə
olunmasının ölkə başçısı İlham Əliyevin
böyük intellekti və müdrik sərkərdəlik
qabiliyyəti sayəsində mümkün olduğu xüsusi
vurğulanıb.
Gənclərin
müzakirəsinə çıxarılan kitab nəinki
ölkəmizdə, eyni zamanda,
xaricdə də oxucu və ekspertlərin böyük
marağına səbəb olduğundan Azərbaycan, türk,
ingilis, rus, ərəb, fars və Çin dillərində nəşr edilib. Hazırda
kitabın urdu dilinə tərcüməsi üzərində
işlər davam edir.
“Regional
İnkişaf” İctimai Birliyin nümayəndəsi Murad
Qasımlı, Vətən müharibəsi qazisi Qadir Daşdəmirov, çinli tələbə Zhikai Cao
və başqaları bildiriblər ki, kitabda Azərbaycanın
Birinci Qarabağ müharibəsində məğlubiyyətinin
səbəbləri və ölkənin öz
torpaqlarını işğaldan azad etmə istiqamətində
həyata keçirdiyi işlərin geniş təhlili verilib.
Kitabda Heydər Əliyev Fondu və onun rəhbəri, Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə mədəni-tarixi irsin bərpası
istiqamətində aparılan genişmiqyaslı işlər
oxucunun diqqətinə çatdırılır.
Gənclərin
böyük marağına səbəb olan tədbirin sonunda bədii
hissə təqdim edilib.
Azərbaycan.-2024.-
13 mart, ¹ 56.- S.7.