Ermənistanda
hakimiyyət separatçıların
fəaliyyəti üçün
şərait yaradır
Son günlər
Ermənistan informasiya
məkanında Qarabağ
mövzusu gündəmi
zəbt edib. Görünür, İkinci
Qarabağ müharibəsində,
eləcə də ondan sonrakı
antiterror əməliyyatlarında
Azərbaycan Ordusundan sarsıdıcı zərbə
alan ermənilər yenə də xam xəyallarla yaşamaq istəyirlər.
Ötən ilin
sentyabrında özünü
buraxmış və deməli, artıq mövcud olmayan Qarabağ xuntası yenidən Ermənistanda baş qaldırır. Bu, bir növ
ölünün xortlamasına
bənzəyir. Kamera qarşısında özünü
sülhün tərəfdarı
kimi göstərən
Ermənistan rəhbərliyi
gizlində separatçıların
fəaliyyəti üçün
şərait yaradır.
Əgər şərait
yaratmasa, xunta rejiminin tör-töküntüləri
bir addım belə ata bilməzlər.
Separatçılar onlar
üçün Ermənistan
hakimiyyətinin yaratdığı
bu şəraitdən
geninə-boluna yararlanaraq
fəaliyyətlərini genişləndirməyə,
Qərb dövlətlərinin
nümayəndələri ilə
də görüşlər
keçirməyə can
atırlar.
Bu günlər
Ermənistanda baş verən hadisələr göstərir ki, düşmən ölkənin
daxilində Qarabağ
separatçıları ilə
bağlı ciddi qarşıdurma və ziddiyyətlər hökm sürür. Ermənistan prezidenti əvvəllər
Qarabağdakı keçmiş
qondarma qurumun strukturlarının saxlanılmasına
qarşı çıxırdı.
Buna görə də Ermənistanda Qarabağ ermənilərinə
ögey münasibət
göstərilirdi. Bunun
da müəyyən səbəbləri var idi. Hakimiyyətdə olanlar ilk günlər
separatçıların Ermənistanda
dövlət çevrilişi
və Qarabağ klanını yenidən canlandırmaq kimi
niyyətlərindən ehtiyat
edirdilər. Kürsülərini
itirməkdən qorxurdular.
Buna görə də Qarabağ separatçıları Ermənistanda
sıxışdırılırdı.
Həmin ərəfələrdə
keçmiş qondarma
rejimin "rəhbəri"
Samvel Şahramanyanın
Ermənistanın üçüncü
prezidenti Serj Sarkisyanla gizli görüş keçirməsi
barədə mətbuatda
xəbərlər də
yayılmışdı. Təbii
ki, tərəflərin
görüşü hökumətin
diqqətindən yayınmamışdı.
Keçirilən bu gizli görüşlər
Nikol Paşinyan hökumətinə qarşı
bir planın qurulmasından xəbər
verirdi. Bu gizlin görüş sonda
baş nazirin səbr kasasının daşmasına gətirib çıxardı. Uzun müddətdən bəri
xoşu gəlməyən
dövlət xadimlərini,
hərbi elitanın üzvlərini parlamentin
"44 günlük müharibənin
şəraitini araşdıran
komissiya"sı vasitəsilə
cəzalandıran Paşinyanın
tapşırığı ilə Samvel Şahramanyan dindirilmə üçün dəvət
edildi. Bir neçə saat davam edən sorğu-sual barədə mətbuata ətraflı məlumat verilməsə də, siyasi dairələrdə tezliklə
separatçı "liderin"
ciddi cəzalandırılacağı
barədə xəbərlər
dolaşmağa başladı.
Həmin ərəfədə
Ermənistan mətbuatında
Qarabağ klanının
əleyhinə informasiyalar
yayılmağa başladı.
İctimai xadim, Qarabağ Erməniləri
Hərəkatının rəhbəri
Artur Ağacanov bildirmişdi
ki, Qarabağda separatçıların formalaşması
artıq keçmişdə
qalıb. "İnsanları
Qarabağdan çıxmağa
təhrik edən xuntanın keçmiş
"rəhbər"ləri (əksəriyyəti Azərbaycandadır,
mühakimə olunur) indi vəziyyətdən narazıdırlar, çünki
onların heç kimə faydası olmayıb, vərdiş etdikləri maliyyə dəstəyindən məhrum
olublar. Aydındır
ki, bu adamlar
ehtirasları körükləməyə
çalışacaqlar, erməni
cəmiyyətinin radikal
nümayəndələri isə
onları dəstəkləyəcəklər.
İrəvandakı Qarabağ
klanının nümayəndələri,
Ermənistanın keçmiş
prezidentləri Robert Koçaryan
və Serj Sarkisyanın tərəfdarları
da bu işə
qarışırlar. Ermənistana
köçən Qarabağ
erməniləri manipulyasiya
ediləcəklər. A.Ağacanov
bütün bunların
Ermənistanın indiki
hakimiyyətinə lazım
olmadığını qeyd
edib. "Separatçıların
keçmiş rəhbərləri
və Qarabağ klanı isə Ermənistan Respublikasında
vəziyyəti gərginləşdirəcəklər,
ona görə də onların indiki Ermənistan hökuməti ilə qarşıdurma yaşayacaqlarını
demək olar. Bu fitnə-fəsad törədənlərin vəzifəsi,
əslində, Ermənistan
Respublikasında hakimiyyətə
gəlməkdir", - deyib.
Bütün bunlar
əvvəlki illərdə
olub. Bu gün isə Ermənistanda hadisələr
tamam başqa istiqamətə doğru inkişaf edir. Rəsmi İrəvan yenə də Qarabağ separatçılarını
dəstəkləyir. İndi
Qarabağ klanından
hakimiyyəti üçün
elə bir təhlükə görməyən
Paşinyan hökuməti
özü onların fəaliyyəti üçün
şərait yaradır.
Yenə də bu terrorçu dəstədən öz məqsədi üçün
istifadə etməyə
çalışır. Xarici
havadarlarının dəstəyindən
həvəslənən haylar
yenə öz xislətlərinə uyğun
hərəkət etməyə
başlayıblar. Deyəsən,
ermənilərin yaddaşı
pozulub, Azərbaycandan
aldığı zərbələri
unudublar.
Həmişə olduğu
kimi, Ermənistan yenə də Fransaya, Qərb ölkələrinə arxalanaraq
ikiüzlü siyasət
yürüdür. Müxtəlif
bəhanələrlə sülh
danışıqlarından yayınmağa çalışır.
Üzdə bir söz deyir, arxada söylədiklərinin
əksini edir. Bu gün Qarabağ
separatçılarına dəstək
verməklə, revanşistlərin
fəaliyyəti üçün
şərait yaratmaqla
Ermənistan özünə
dərin quyu qazır. Çünki revanşist qüvvələr
hansı ölkələrdə
baş qaldırırsa-qaldırsın,
xalqlarına yalnız göz
yaşı və ölüm-itim gətirirlər.
Qarabağ xuntasını,
separatçıları dəstəkləyən
Paşinyanı da separatçıların aqibəti
gözləyir. Separatçıya
dəstək verənin
özü də separatçıdır. Əgər
Ermənistan, doğrudan
da, Azərbaycanla normal danışıqlar aparmaq istəyirsə, ölkəsində separatizmin
kökünü kəsməli,
baş qaldıran revanşizm alovunu söndürməlidir. Yoxsa
bu gedişlə revanşizm alovu Ermənistanı başdan-başa
yandıracaq.
Vahid
MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
13 mart, № 55.- S.8.