32 ölkə, 130-dan çox nümayəndə

 

 

Bakıda keçirilən beynəlxalq elmi konfransda dünyaya mühüm mesajlar verildi

 

 

 

Ötən həftə Azərbaycan paytaxtı Bakı daha bir beynəlxalq toplantıya - "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda keçirilən elmi konfransa evsahibliyi etdi. İki gün davam edən konfransın yekununda Birgə Kommünike qəbul olundu.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu Bakı Təşəbbüs Qrupunun birgə dəstəyi ilə keçirilən elmi konfransda dünyanın 32 ölkəsindən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri qeyri-hökumət təşkilatlarından 130-dan çox nümayəndə iştirak etdi.

Ümumiyyətlə, bu beynəlxalq elmi konfrans ilk növbədə Azərbaycanın qlobal nüfuzunun göstəricisi ölkəmizə verilən qiymətin əyani təzahürü oldu. 

Azərbaycan islamofobiya, ksenofobiya kimi mərəzlərdən əziyyət çəkən ölkələrdəndir. Birinci Qarabağ müharibəsi dövründə soydaşlarımız qaçqın məcburi köçkün düşəndə, sonrakı illərdə, elə bu günün özündə hər cür ayrı-seçkiliklə üzləşirik. Ksenofobiyanın tüğyan etdiyi Qərbdə Ermənistana, Gürcüstana, Ukraynaya xüsusi, Azərbaycana, digər türk müsəlman ölkələrinə isə tamam fərqli münasibətin göstərildiyinin şahidiyik. Bir vaxtlar vandal ermənilərin qanlı əməllərinə "azadlıq uğrunda mücadilə" adını verənlər Azərbaycanın separatizmlə mübarizəsini, ərazi bütövlüyünü təmin etməsini "etnik təmizləmə" adlandırdılar. Bununla bağlı müxtəlif faktlar göstərmək olar.

 

 

 

Dünyada islamofobiya meyilləri sürətlə artmaqdadır

 

 

 

Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq konfransın keçirilməsi dünyaya müxtəlif mesajların ötürülməsi bəzi dövlətlərə xəbərdarlıq oldu.

Tədbirin islam aləmi üçün mübarək ramazan ayının başlaması 15 Mart - İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü ərəfəsində keçirilməsinin rəmzi məna kəsb etdiyini deyən Prezident İlham Əliyev konfrans iştirakçılarına ünvanladığı məktubda vurğuladı ki, təəssüflər olsun dünyada islamofobiya meyilləri sürətlə artmaqdadır islamın potensial təhlükə mənbəyi kimi aşılandığının, müsəlmanlara qarşı şübhə, ayrı-seçkilik açıq nifrətin gündən-günə daha geniş yayıldığının şahidi oluruq.

"İslamofobiya ilə Mübarizə Gününə dair BMT-nin Qətnaməsində qeyd edildiyi kimi, dini inanclarla bağlı ayrı-seçkilik, dözümsüzlük şiddət hallarının çoxalması dərin narahatlıq doğurur. Acınacaqlı haldır ki, hazırda islamofobiya özünü demokratik hesab edən bir sıra Qərb ölkələrinin dövlət siyasətinin tərkib hissəsini təşkil edir" deyən dövlət başçısı vurğulayıb ki, son bir ildə dünyada baş vermiş bütün antiislam təzahürlərinin 80 faizi bu ölkələrin payına düşür. İslamofobiyanın ən yüksək səviyyəyə çatdığı rəsmi ideologiya kimi tətbiq olunduğu bəzi Avropa ölkələrində müqəddəs kitabımız "Qurani-Kərim"in yandırılması, Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarının nəşr edilməsi sair təhqiramiz hərəkətlər söz azadlığı kimi qələmə verilir. Fransa özünün ənənəvi neokolonializm siyasəti ilə bərabər, müsəlmanlara qarşı açıq-aşkar təzyiq diskriminasiya siyasəti yürüdür, müxtəlif islamofob kampaniyalar təşkil edir. "Dünyəvilik" adı altında sırf müsəlmanların hüquq azadlıqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunvericilik aktları siyasi qərarlar qəbul edir. Bu ölkədə məscidlər, müsəlman mədəniyyət mərkəzləri qəbiristanlıqlar müxtəlif formalarda təhqirlərə məruz qalır, müsəlman vətəndaşlar sıxışdırılır.

 

 

 

AP AŞPA islamofobiyanı təşviq edən platformalara çevrilib

 

 

 

Bütün bunlar elə-belə səsləndirilmir. Yəni bununla bağlı yetərincə faktlar var. Məsələn, konfransda iştirak edən Fransanın "Musulmans en France" xəbər portalının təsisçisi və baş redaktoru Jan-Mişel Brönün moderatorluğu ilə keçən "Fransada müsəlmanlara qarşı siyasətlər: İslamofobiyanın normallaşdırılması" mövzusunda sessiyada çıxış edən müstəqil tədqiqatçı və publisist Rolan Öjen Lafit (Roland Eugene Laffitte) deyib ki, Fransada müsəlmanlığı siyasi anlayış kimi təlqin edirlər. İslamı isə zorakı din, cihad mənbəyi, idarəolunmaz məfhum kimi qəbul edirlər. Tədqiqatçının fikrincə, bu gün islamofobiya Fransada dövlət siyasətidir. Əgər Fransada şəxs polis tərəfindən saxlanılarsa və o, ərəb mənşəli olarsa, daha çox çətinliklə üzləşir. Əgər iş müraciəti zamanı ərəb soyadınızın olduğunu görərlərsə, şansınız digərlərinə nisbətən 7 dəfə daha azdır.

İlham Əliyev Qərbin bəzi təşkilatlarının, xüsusən də  Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyasının bu gün islamofobiyanı təşviq edən və bu ideologiya əsasında siyasət yürüdən platformalara çevrildiklərini də bəyan edib.

Azərbaycan Prezidenti bir daha həmin dairələrə mesaj ünvanlayaraq qeyd edib ki, islam sülh, mərhəmət, dözümlülük və ədalət dinidir. Dünya xəritəsinə baxdıqda terrordan ən çox əziyyət çəkənlərin məhz müsəlmanlar olduğunu görə bilərik. Azərbaycanın isə çoxmillətli və çoxkonfessiyalı ölkə olması qürurvericidir. Çünki burada bütün dinlərin və etnik qrupların nümayəndələri əmin-amanlıq şəraitində bir ailə kimi yaşayırlar. Ölkəmizdə milli sərvət kimi qorunan dini bərabərlik və inklüzivlik Azərbaycan xalqının həyat tərzidir, onun güc mənbəyidir. Bundan irəli gələrək təbiidir ki, multikultural dəyərlərə hörmət bizim dövlət siyasətimizin prioritet istiqamətlərindən birini təşkil edir.

İlham Əliyev bəyan edib ki, XXI əsrdə islamofobiya, ksenofobiya və irqçiliyə yer olmamalıdır. Terrorizm və ekstremizmi hər hansı bir din, millət, sivilizasiya və ya etnik qrupla əlaqələndirmək yanlış yanaşmadır. Dindən siyasi məqsədlər üçün istifadə yalnız cəmiyyətlər daxilində nifaq və qarşıdurma yaratmağa xidmət edir. Bu təzahürlər eyni zamanda insanlığı humanizm ideallarından və ümumbəşəri dəyərlərdən məhrum edir, nəticədə sivilizasiyalararası münaqişələrə gətirib çıxarır.

Bakıda keçirilən beynəlxalq elmi konfrans Azərbaycanın müasir dövrün çağırışlarından olan islamofobiya ilə mübarizə əzmini bir daha nümayiş etdirdi. Prezidentin də söylədiyi kimi, konfrans islamofobiyaya qarşı birgə səylərlə mübarizəyə, dinlərin və inancların müxtəlifliyinə hörmətə əsaslanan tolerantlıq, sülh mədəniyyətinin təşviqi ilə bağlı yeni təşəbbüslərin irəli sürülməsinə töhfə verəcək.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2024.- 13 mart, № 55.- S.9.