Azərbaycan-Türkiyə
qardaşlıq və dostluq münasibətləri uğurla
inkişaf edir
Prezident
İlham Əliyev Türk Dövlətləri Təşkilatının
Ağsaqqallar Şurasının sədri Binəli
Yıldırımı qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev martın 13-də
Türk Dövlətləri Təşkilatının
Ağsaqqallar Şurasının sədri Binəli
Yıldırımı qəbul edib.
AZƏRTAC xəbər
verir ki, Binəli Yıldırım Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin dünyada artan nüfuzunu qeyd etdi, onun vacib
beynəlxalq məsələlərin müzakirə edildiyi
platforma olduğunu diqqətə çatdırdı. O, XI
Qlobal Bakı Forumunun da uğurla keçəcəyinə əminliyini
bildirdi. Binəli Yıldırım Türk Dövlətləri
Təşkilatının Ağsaqqallar Şurasının sədri
olaraq hər zaman göstərilən dəstəyə görə
təşəkkürünü ifadə etdi.
Dövlətimizin
başçısı Azərbaycanda prezident seçkilərindən
sonra həmişə olduğu kimi, ənənəyə
uyğun olaraq ilk rəsmi səfərini məhz Türkiyəyə
etdiyini vurğuladı və Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanla apardığı müzakirələri
məmnunluqla xatırladı.
Görüşdə
Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və
dostluq münasibətlərinin bütün sahələrdə
uğurla inkişaf etdiyi məmnunluqla vurğulandı, əlaqələrimizin
müxtəlif sahələrdə inkişaf perspektivlərinə
dair fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2024.-
14 mart, № 57.- S.2.