Qarabağ
yenidən yaşıl
libas geyinir
İşğaldan
azad olunmuş ərazilərdə meşələr
bərpa edilir, təzə yaşıllıqlar
salınır
Mənfur düşmən
üç onillik ərzində işğal
altında saxladığı
ərazilərimizdə füsunkar
meşələri, gözoxşayan
yaşıllıqları, bar
verən bağları
da məhv edib. Hətta Azərbaycanın qələbəsindən
sonra tərk etməli olduğu bölgələrdə meşələri
yandırıb, meyvə
ağaclarını kəsib
doğrayıb.
İndi Qarabağın
və Şərqi Zəngəzurun yenidən
tikilib qurulması işləri sırasında
meşələrin və
yaşıllıqların bərpası
da vacib məsələlərdən biridir.
Bu istiqamətdə ardıcıl tədbirlər
həyata keçirilir
və artıq xeyli iş görülüb.
Məsələn, götürək
elə Bəsitçay
Dövlət Təbiət
Qoruğunda aparılan
işləri.
Qeyd edək ki, Bəsitçay Dövlət Təbiət
Qoruğu Ulu Öndər Heydər Əliyevin tapşırığı
ilə 1974-cü ildə
yaradılıb və
Azərbaycanın cənub-qərbində,
Zəngilan rayonu ərazisində Bəsitçayın
dərəsində yerləşir.
Qoruq müvafiq ərazinin landşaft kompleksini, xüsusilə nadir təbii çinar meşəliyini
qorumaq məqsədi ilə təşkil edilib, adını da Bəsitçaydan alıb.
Bəsitçay Dövlət
Təbiət Qoruğunun
100 hektarı çinar
meşələri olub.
Ağaclar Bəsitçayın
və onun qolu Şıxauzçayın
dərəsində yerləşib.
Burada həm təmiz, həm də qarışıq çinar meşəliyi yayılıb. Qarışıq
çinarlıqlarda qoz,
dağdağan, tut, söyüd, qovaq və digər ağaclar, yemişan, itburnu, murdarça, qaratikan kolları
da bitir. Çinar ağaclarının
orta yaşı 165 il, orta hündürlüyü
35 metr, orta diametri bir metrdir.
Qoruğun ətraf sahələrində, bəzən
də özündə
canavar, çöl donuzu, porsuq, cüyür, dovşan, müxtəlif gəmiricilər
və sair məməlilərə, kəklik,
turac, göyərçin
və digər quşlara rast gəlinib.
30 ilə yaxın
bir müddətdə
erməni vandallarının
işğal altında
saxladığı qoruq
ciddi ekoloji terrora məruz qalıb. Zəfərimizdən
sonra mövcud vəziyyətin qiymətləndirilməsi
üçün işğaldan
azad olunmuş ərazilərə ezamiyyətə
göndərilən monitorinq
qrupunun araşdırmaları
göstərib ki, erməni vəhşiliyi nəticəsində qoruğa
aid 85 hektar meşə ilə örtülü sahənin
42 hektardan çox hissəsi tamamilə məhv edilib. Çoxyaşlı Şərq
çinarı ağacları
kəsilib, köklərinin
itirilməsi üçün
müxtəlif partladıcı
maddələrdən istifadə
edilib, ərazidə yanğınlar törədilib
və qoruğun inzibati binası dağıdılıb. Prezident
İlham Əliyevin sərəncamı ilə
qoruğun bərpa edilməsinə başlanıb.
2021-ci il fevralın
14-də dövlət başçısı
İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva qoruğun ərazisində
çinar ağacları
əkiblər.
2022-ci il oktyabrın
20-də isə Cəbrayıl
rayonu ərazisində
yaradılacaq "Azərbaycan-Türkiyə
Beynəlxalq Meşə
Təlim Mərkəzi",
"Ağıllı Tingçilik"
və "Dostluq Meşəsi" Kompleksinin
təməlqoyma mərasimi
olub. Bu mərasim Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı
ilə keçirilib. Həmin gün Azərbaycan və Türkiyə Prezidentləri
ərazidə ağac
əkib, eləcə də əraziyə ceyranlar buraxıblar.
Məlumat üçün
bildirək ki, işğaldan azad edilmiş ərazilərdə
2021-ci ildə qəbul
edilmiş Azərbaycan-Türkiyə-Qarabağ
Tədbirlər Planına
uyğun olaraq bir sıra ikitərəfli
tədbirlərin həyata
keçirilməsinə başlanıb.
Qeyd edildiyi kimi, həmin tədbirlər çərçivəsində,
həmçinin "Azərbaycan-Türkiyə
Beynəlxalq Meşə
Təlim Mərkəzi",
"Ağıllı Tingçilik"
və "Dostluq Meşəsi" Kompleksinin
yaradılması nəzərdə
tutulub. Bu məqsədlə yerli və türkiyəli mütəxəssislərlə birlikdə Cəbrayıl rayonunun Şükürbəyli-Cəbrayıl-Hadrut
yolunun ətrafında
40 hektar ərazi seçilib. Ərazi dəniz səviyyəsindən
603 metr yüksəklikdə,
Bakı şəhərindən
340 kilometr, Zəngilan
Beynəlxalq Hava Limanından 72 kilometr, Füzuli Beynəlxalq Hava Limanından isə 35 kilometr məsafədə yerləşir.
Kompleksdə üç
mərtəbədən ibarət
Meşə Təlim Mərkəzində konfrans
zalı, təlim otaqları, qonaq evi, ikimərtəbəli inzibati bina, laboratoriya, yeməkxana,
"Ağıllı Tingçilik"
və "Dostluq Meşəsi" yaradılacaq.
"Ağıllı Tingçilik"də qabaqcıl
texnologiyalar əsasında
istixanalar, toxum saxlama mərkəzi, qapalı kök sistemli ting istehsal
sahələri, köçürmə
sahələri, kölgələndirmə,
soyuducu, qablaşdırma
və gübrə anbarları, ting tədarük mərkəzi,
təlim zonası, maşın və traktor təlim parkları inşa ediləcək. Burada il ərzində yerli iqlim şəraitinə
uyğunlaşdırılmış 2 milyon müxtəlif ting yetişdirilərək
Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarının
meşə fondu torpaqlarında meşələrin
salınmasında və
yaşıllaşdırma işlərində
istifadə olunacaq.
Meşələrin və
yaşıllığın bərpası getdikcə işğaldan azad olunmuş digər bölgələrimizi də
əhatə edir. Bu bölgələr isə ölkəmizin meşələrlə
zəngin olan ərazilərindəndir.
Prezident İlham Əliyevin dediyi kimi: "Laçın rayonunda bizim böyük meşə sahələrimiz var - ərazinin 22 min hektarı meşə sahəsidir. Bu da bizim böyük
sərvətimizdir. Kəlbəcər
rayonunda 24 min hektar meşə sahəsi vardır. Zəngilan və Qubadlı rayonlarında 12
min hektar və eyni zamanda
işğaldan azad edilmiş Hadrut rayonunda və Xocavənd rayonunun bir hissəsində böyük meşə sahələri vardır. Meşələr isə planetimizin ağciyəridir.
Mənfur, vəhşi
düşmən bizim
meşələrimizi 30 il
ərzində qırıb,
talayıb və son müddət ərzində yandırıb.
Buna baxmayaraq, meşə sahələrimizin
böyük hissəsi
toxunulmaz qalıb, çünki düşmən
o meşələrə dırmaşa
bilməyib, o, ucqar dağ massivlərində yerləşir. Əlbəttə,
dağıdılmış və məhv edilmiş infrastrukturun, o cümlədən kəsilmiş
ağacların bərpası
da diqqət mərkəzində olacaqdır".
İşlər də
məhz bu istiqamətə uyğun davam edir. Elə
ötən il həyata keçirilən
tədbirlərdən bəzilərini
qeyd etmək kifayətdir.
Sözügedən layihələrin
həyata keçirildiyi
əraziyə bitişik
olan 31,4 hektar torpaq sahəsində Türkiyədən gətirilmiş
ağac cinslərindən
(Eldar şamı, qızılı şam, dağdağan, kipr akasiyası və s.) istifadə olunmaqla terras üsuli ilə 25,1 min ting əkilib. İndi həmin yaşıllıqlara aqrotexniki
xidmət göstərilir,
o cümlədən sahə
mütəmadi suvarılır.
Qarabağ və
Şərqi Zəngəzur
iqtisadi rayonlarında meşəbərpa tədbirləri
çərçivəsində ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi planına
uyğun olaraq payız əkini mövsümündə Cəbrayıl,
Qubadlı, Füzuli və Zəngilan rayonlarında meşə fondu sahələrində əkin və səpin tədbirləri ilə bağlı işlər başlanıb.
Yeri gəlmişkən,
keçən il Bəsitçay Dövlət
Təbiət Qoruğunun
63 hektar (ümumilikdə
85 hektar) torpaq sahəsi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Qoruğun
ərazisində minatəmizləmə
əməliyyatları davam
etdirilir.
Zəngilan şəhərinin
giriş hissəsində
55 hektar, Ağdam şəhəri yaxınlığında
11 hektar sahədə yerli torpaq iqlim
şəraitinə uyğun
salınmış yaşıllığa
aqrotexniki qaydalarda xidmər göstərilib.
Bərpa-doldurma tədbirləri
çərçivəsində Zəngilan rayonundakı yaşıllıq sahəsində
9,4 min, Ağdam rayonunun yaşıllıq
sahəsində 1,4 min
Eldar şamı tingi əkilib. Meşəbərpa işləri
çərçivəsində isə Zəngilan rayonunda 42 hektar, Cəbrayıl rayonunda 15 hektar və Füzuli rayonunda 2 hektar ərazidə əkin və səpin işləri aparılıb. Cəbrayıl
rayonunda 20 hektar ərazidə 6,2 min tingin əkilməsi ilə yeni yaşıllıq
sahəsi salınıb.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərin ümumi və baş planlarının hazırlanması
üçün Füzuli
və Cəbrayıl rayonlarının ərazilərində
ümumilikdə 301,1 hektar
torpaq sahəsi ayrılıb. Bunun xeyli hissəsində artıq torpaq hazırlığı işləri
görülüb.
"Yaşıl dünya
naminə həmrəylik
ili"ndə və ölkəmizin COP29-a evsahibliyi
etməyə hazırlaşdığı
bir vaxtda bu işlər xüsusi önəm daşıyır. Belə
ki, Qarabağda və Şərqi Zəngəzurda aparılan
yaşıllaşdırma işləri
də dünyaya kimin kim olduğunu
bir daha nümayiş etdirir.
Flora SADIQLI,
Azərbaycan.-2024.-
14 mart, № 57.- S.9.