Qərbin
bədnam planları baş tutmayacaq
ABŞ-nin və
Qərbin bəzi fondlar vasitəsilə müstəqil ölkələrdə
dağıdıcı siyasət
yürütdüyü hər
kəs tərəfindən
bilinən gerçəklikdir.
Onlar öz sifarişlərini icra etdirmək üçün
hədəfə götürdükləri
ölkələrin mediasını,
QHT-lərini ələ
almaqla, onları müxtəlif yollarla maliyyələşdirməklə pərdə arxasından çirkin planlarını
yerinə yetirməyə
çalışırlar. Pulla
ələ aldıqları
bu qurumlar vasitəsilə ölkədə
qarşıdurmalar yaratmaq,
xalqla dövləti üz-üzə qoymaq, hərbi çevrilişlər
həyata keçirmək
onların məqsədləridir.
Riyakar siyasət
Təbii ki, zamanında duyuq düşülərək qarşısı
alına bilinməyən
bu mənfur planların "ərəb
baharı"na, Əfqanıstanın
və sair ölkələrin timsalında
hansı ağır nəticələrə gətirib
çıxarmasının, ayrı-ayrı xalqları
necə fəlakətə
sürüklədiyinin şahidiyik.
Dünyanın bir çox bölgəsində
olduğu kimi, ABŞ Əfqanıstanda da hərbi qarşıdurma ssenarisini gerçəkləşdirdi
və yenə də hər zaman olduğu kimi, burada da
onu taleyin ixtiyarına buraxaraq qaçdı. Dünyaya
"demokratiya", "azadlıq"
toxumları səpdiyini,
xalqların hüquqlarını
qoruduğunu iddia edən Amerikanı bu gün əfqan
xalqının nə hüquqlarının, nə
də taleyinin zərrə qədər narahat etmədiyi gün kimi ortadadır.
Dünyanın gözü
qarşısında ABŞ tərəfindən eyni ssenari hazırda Ukraynada həyata keçirilir. Belə ki, Ağ Evin
yüksəkvəzifəli şəxslərinin, o cümlədən
ekspertlərinin açıqlamaları
da deməyə əsas verir ki, artıq onlar müharibə bataqlığına sürüklədikləri
müttəfiqləri Ukraynanı
da meydanda tək qoyublar. Məlumdur ki, vaxtilə Ukraynaya vədlər verib onu Rusiya ilə
qarşıdurmaya sövq
edən məhz rəsmi Vaşinqton və onun Avropadakı
müttəfiqləri olublar.
Bu yaxınlarda Fransa prezidenti Emmanuel Makronun müsahibəsində "Fransa
yaxın vaxtlarda Ukraynaya hərbi personal göndərməyi
düşünmür" açıqlamasının özü
də vəziyyətin
nə yerdə olduğunu açıq ortaya qoyur. Bir
sözlə, hazırda
ABŞ və Qərb faktiki olaraq Ukraynanın parçalanması
ssenarisini həyata keçirirlər. Bu sonluq üçün isə riyakar müttəfiqlər əvvəlcədən
"günah keçisi"
də hazırlayıblar,
axırda Ukrayna hakimiyyəti günahkar çıxarılacaq.
Eyni çirkin
ssenari
ABŞ-nin başçılığı
altında bəzi Qərb ölkə və təsisatları Azərbaycanda da illərdir eyni çirkin ssenarini həyata keçirməyə
cəhd edirlər. Onlar Soros, USAID kimi fondlar vasitəsilə
Azərbaycanda da "Abzas Media", "Toplum
TV", müəyyən QHT-lər və digərlərini maliyyələşdirərək
ölkəmizdə mənfur
planlarının reallaşmasına
çalışırlar. İstəyirlər
ki, burada da siyasi sabitliyi
pozsunlar, xalqla dövləti qarşı-qarşıya
qoysunlar, ölkəmizi
parçalasınlar. Bir
müddət əvvəl
"Abzas Media"da, bu yaxınlarda isə "Toplum TV"də aparılan araşdırmalar zamanı
sözügedən Qərb
təsisatlarının Azərbaycanla
bağlı məkrli
planları faktlarla üzə çıxarıldı.
Məsələn, "Toplum
TV"-nin ofisində axtarış-əməliyyat tədbirlərinin
həyata keçirilməsi
zamanı Qərb institutları tərəfindən
Azərbaycan qanunlarına
zidd şəkildə
medianın, jurnalistlərin
və ayrı-ayrı
şəxslərin maliyyələşdirilməsinə
dair ciddi dəllilər müəyyən
edilib.
Faktlar göstərir
ki, Qərb təsisatları tərəfindən
geniş şəbəkə
yaradılmaqla qanunsuz maliyyə maxinasiyaları həyata keçirilir və çirkli pullar yuyulur. Maliyyə Qərb institutları tərəfindən
Gürcüstan vasitəsilə
həmin şəbəkəyə
ötürülüb. Bu
zaman terror təşkilatlarının da
istifadə etdiyi həvalə mexanizmindən
və adsız kartlardan geniş istifadə olunub.
Azərbaycan öz
uğurları ilə
gözdağı verir
Təbii ki, Azərbaycan milli təhlükəsizlik orqanları
dövlətə qarşı
bu kimi cinayətkar
məqsədlərin həyata
keçirilməsinə qətiyyən
imkan vermir və çirkin əməlləri törətmək
istəyənləri zamanında
zərərsizləşdirir.
Bütün bunlar
da göstərir ki, xüsusilə Zəfərimizdən və
suverenliyimizin təminindən
sonra ABŞ və Qərbin müəyyən
dairələri Azərbaycanda
siyasi sabitliyi pozmaq, qarışıqlıq
yaratmaq üçün
bütün mümkün
imkanlardan yararlanırlar.
Elə "Abzas
Media" və "Toplum
TV" ilə bağlı
Azərbaycan qanunları
çərçivəsində həyata keçirilən
işlərlə bağlı
xarici media orqanlarında qarayaxma kampaniyalarına start verilməsi, iftira və əsassız ittihamlardan ibarət materialların tirajlanması,
eyni zamanda "hüquq-müdafiə təşkilatlarının",
Qərb rəsmilərinin
hay-küy salmaları
da göstərir ki, bütün bunlar sistemli şəkildə həyata
keçirilir və bir yerdən, yəni ABŞ başda olmaqla Qərbdən idarə olunur.
Təbii ki, baş verənlər Azərbaycan - ABŞ ikitərəfli
əlaqələrinə zərbə
vurur. Həm də bu məsələdə
uduzan tərəfin məhz ABŞ olduğu danılmaz həqiqətdir.
Bu baxımdan Ağ Evin Azərbaycanla
münasibətlərində riyakarlıqdan əl çəkməməsi, əlaqələrində
səmimiyyətdən uzaq
olması, ölkəmizin
daxili işlərinə
qarışması həm
də bölgədəki
bütün siyasətinin
iflası anlamına gəlir.
Azərbaycan öz
gücünə torpaqlarını
işğaldan azad edib, parlaq Zəfər
qazanıb, suverenliyini
təmin edib.
2024-cü il fevralın
7-də keçirilən prezident
seçkiləri ilə sarsılmaz
milli birliyini dünyaya nümayiş etdirib. Bütün bunlar ölkəmizdə qarşıdurma yaradan
ABŞ-yə, Fransaya,
ümumiyyətlə siyasətləri
"müstəqil ölkələri
parçala, hökm sür" olan qərəzli Qərb ölkə və təsisatlarına gözdağıdır.
Yasəmən
MUSAYEVA,
Azərbaycan.-2024.-
14 mart, № 57.- S.8.