Roma Papası
Fransisk Həzrətlərinə
Zati-müqəddəsləri,
Tacqoyma Gününüz
münasibətilə Sizi
və Sizin simanızda bütün həmməzhəblərinizi şəxsən
öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik
edirəm.
Biz Azərbaycan
ilə Müqəddəs
Taxt-Tac arasındakı
əlaqələrin inkişafına
xüsusi əhəmiyyət
veririk. Aramızda uzun illərdən bəri təşəkkül
tapmış səmimi
dialoq və qarşılıqlı anlaşma
ümumbəşəri dəyərlərin
qorunub saxlanmasına, müxtəlif dinlərin və mədəniyyətlərin
nümayəndələri arasında
həmrəyliyin bərqərar
olmasına xidmət edir.
Azərbaycanın multikulturalizm
və inklüzivlik ənənələrinə, dünyada
dinlərarası və
mədəniyyətlərarası qarşılıqlı anlaşmanın
təşviqində roluna
verdiyiniz yüksək
qiymətə görə
Sizə təşəkkürümü
ifadə edirəm.
Əminəm ki,
Azərbaycan-Müqəddəs Taxt-Tac nümunəvi əməkdaşlığı bundan sonra da
sivilizasiyalar arasında
qarşılıqlı etimad
mühitinin bərqərar
edilməsinə xidmət
edəcəkdir.
Sizə möhkəm
cansağlığı, uzun
ömür, müqəddəs
amallar naminə ali missiyanızda uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
11 mart 2024-cü il
Azərbaycan.-2024.-
14 mart, № 57.- S.3.