Laçın
rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin
təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Məsim Əhməd
oğlu Məmmədov
Laçın rayonunda
Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsi təyin
edilsin.
2. "Şərqi Zəngəzur
iqtisadi rayonuna daxil olan Laçın
rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin
təyin edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2023-cü il 28 mart tarixli 3806 nömrəli Sərəncamı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2023, № 3, maddə
411 (Cild I) ləğv
edilsin.
3. Bu Sərəncam
imzalandığı gündən
qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
13 mart 2024-cü il
Azərbaycan.-2024.-
14 mart, № 57.- S.3.