Azərbaycan
Respublikası Prezidentinin 2019-cu il 9 aprel tarixli 613 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Dövlət Mineral
Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Nizamnaməsi”ndə
və 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə
təsdiq edilmiş “Dövlət Ekoloji Ekspertiza Agentliyinin
Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan
Respublikası Prezidentinin 2019-cu il 9 aprel tarixli 613 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019, ¹ 4, maddə 613 (Cild I) ilə təsdiq edilmiş
“Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə
Agentliyinin Nizamnaməsi”nin 5.4-cü bəndinə
aşağıdakı məzmunda ikinci cümlə əlavə
edilsin:
“Agentliyin sərəncamında
qalan vəsaitdən Nazirlik əməkdaşlarının vəzifə
maaşlarına əlavə və mükafatların verilməsi
üçün ayırmalar nəzərdə tutulur.”.
2. Azərbaycan
Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020, ¹ 3, maddə 251 (Cild I) ilə təsdiq edilmiş
“Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi”nin
5.4-cü bəndinə aşağıdakı məzmunda
ikinci cümlə əlavə edilsin:
“Agentliyin sərəncamında
qalan vəsaitdən Nazirlik əməkdaşlarının vəzifə
maaşlarına əlavə və mükafatların verilməsi
üçün ayırmalar nəzərdə tutulur.”.
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 13 mart 2024-cü il
Azərbaycan.-2024.-
14 mart, ¹ 57.- S.3.