"İstehsalat
və məişət
tullantıları haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli
Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının
bəzi qanunlarında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
11-ci və 17-ci bəndlərini
rəhbər tutaraq,
"İstehsalat və
məişət tullantıları
haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. Azərbaycan
Respublikası Su Məcəlləsinin (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1998, ¹ 3, maddə
135 (Cild I) 84-cü maddəsinin
birinci hissəsinin dördüncü
abzasında "istehsalat,
məişət tullantıları"
sözləri "tullantılar"
sözü ilə, beşinci abzasında
"istehsalat və məişət tullantılarının"
sözləri "tullantıların"
sözü ilə əvəz edilsin.
Maddə 2. Azərbaycan
Respublikası Meşə
Məcəlləsinin (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1998, ¹ 3, maddə
139 (Cild I) 59-cu maddəsinin
üçüncü hissəsində
"istehsalat və məişət tullantılarının"
sözləri "tullantıların"
sözü ilə əvəz edilsin.
Maddə 3. Azərbaycan
Respublikası Torpaq Məcəlləsinin (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1999, ¹ 8, maddə
478 (Cild I) 34-cü maddəsinin
5-ci hissəsinin üçüncü
abzasında "istehsalat
və məişət
tullantılarından" sözləri
"tullantılardan" sözü
ilə əvəz edilsin.
Maddə 4. Azərbaycan
Respublikası Cinayət
Məcəlləsinin (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 4 (II kitab),
maddə 251 (Cild I)
260.2-ci maddəsinin dispozisiyasında
"istehsalat və məişət tullantıları
ilə" sözləri
"tullantılarla" sözü
ilə əvəz edilsin.
Maddə 5. "Valyuta
tənzimi haqqında"
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı,
1995, ¹ 7, maddə 116; Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu (Cild I) 1-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinin
"v" yarımbəndində "istehsal və məişət tullantılarında"
sözləri "tullantılarda"
sözü ilə əvəz edilsin.
Maddə 6. "Yerin
təki haqqında"
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1998, ¹ 4, maddə
224 (Cild I) 21-ci maddəsinin birinci hissəsinin onuncu abzasında "istehsalat və məişət tullantılarının"
sözləri "tullantıların"
sözü ilə, on üçüncü abzasında "sənaye və məişət tullantılarının" sözləri
"tullantıların" sözü ilə əvəz edilsin.
Maddə 7. "Ekoloji
təhlükəsizlik haqqında"
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1999, ¹ 8, maddə
471 (Cild I) 9-cu maddəsinin
2.2-ci bəndində "istehsalat
və məişət
tullantılarının" sözləri "tullantıların"
sözü ilə əvəz edilsin.
Maddə 8. "Ətraf
mühitin mühafizəsi
haqqında" Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1999, ¹ 8, maddə 472 (Cild
I) aşağıdakı dəyişikliklər
edilsin:
8.1. 10-cu maddənin birinci
hissəsində "məişət
və istehsalat tullantılarının" sözləri
"tullantıların" sözü ilə əvəz edilsin;
8.2. 24-cü maddənin 1-ci hissəsində "istehsalat
və məişət
tullantılarının" sözləri "tullantıların"
sözü ilə əvəz edilsin;
8.3. 47-ci maddə
üzrə:
8.3.1. adında "istehsalat
və məişət
tullantılarından" sözləri
"tullantılardan" sözü
ilə əvəz edilsin;
8.3.2. 1-ci və 4-cü hissələrdə "İstehsalat
və məişət
tullantılarının" sözləri "Tullantıların"
sözü ilə əvəz edilsin;
8.4. 52-ci maddənin 10.12-ci bəndindən "o cümlədən
istehsalat tullantılarının"
sözləri çıxarılsın.
Maddə 9. "Torpaqların
münbitliyi haqqında"
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 3 (I kitab),
maddə 128 (Cild I)
1-ci maddəsinin birinci
hissəsinin yeddinci abzasında "məişət
və istehsalat tullantılarının" sözləri
"tullantıların" sözü ilə əvəz edilsin.
Maddə 10. "Atmosfer
havasının mühafizəsi
haqqında" Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2001, ¹ 6, maddə 364 (Cild
I) aşağıdakı dəyişikliklər
edilsin:
10.1. 16-cı maddə üzrə:
10.1.1. adında "İstehsal və məişət tullantılarının"
sözləri "Tullantıların"
sözü ilə əvəz edilsin;
10.1.2. 16.1-ci maddədə "istehsal və məişət tullantılarının"
sözləri "tullantıların"
sözü ilə əvəz edilsin;
10.1.3. 16.2-ci maddədə "İstehsal və məişət tullantıları"
sözləri "Tullantıları"
sözü ilə əvəz edilsin;
10.1.4. 16.3-cü maddədə
"istehsal və məişət tullantıları"
sözləri "tullantılar"
sözü ilə əvəz edilsin;
10.2. 28.0.8-ci maddədə "sənaye
və məişət
tullantılarının" sözləri "tullantıların"
sözü ilə əvəz edilsin.
Maddə 11. "Qiymətli
metallar və qiymətli daşlar haqqında" Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2005, ¹ 10, maddə 870 (Cild
I) 1.1.1-ci maddəsində "istehsal və məişət tullantılarında"
sözləri "tullantılarda"
sözü ilə əvəz edilsin.
Maddə 12. "Yaşıllıqların
mühafizəsi haqqında"
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014, ¹ 6, maddə
606 (Cild I) 10.0.2-ci maddəsində
"istehsalat və məişət tullantıları
ilə" sözləri
"tullantılarla" sözü
ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
23 fevral 2024-cü il
Azərbaycan.-2024.-
14 mart, ¹57.- S.3.