Baş
nazir Əli Əsədov Ümumdünya
Buxara Yəhudiləri
Konqresinin prezidenti ilə görüşüb
Martın
13-də Azərbaycan Respublikasının Baş naziri Əli
Əsədov Ümumdünya Buxara Yəhudiləri Konqresinin
prezidenti Lev Levayev ilə görüşüb.
Görüşdə
Prezident İlham Əliyevin Azərbaycanda
tolerantlığın möhkəmləndirilməsi və
multikultural dəyərlərin təbliği istiqamətində
apardığı ardıcıl siyasətin uğurla həyata
keçirildiyi qeyd olunub.
Həmçinin
vurğulanıb ki, ölkədə bütün xalqların və
dinlərin nümayəndələrinin, o cümlədən yəhudi
icmasının sülh və əmin-amanlıq şəraitində
yaşaması üçün hər cür şərait
yaradılıb.
Azərbaycan.-2024.-
14 mart, №57.- S.4.