Qazaxıstanın
Qarabağın qurulmasına
qardaşlıq dəstəyi
Prezident Kasım-Jomart Tokayevin Azərbaycana səfəri
iki ölkə arasındakı əlaqələrdə
yeni perspektivlər açacaq
"Azərbaycan və
Qazaxıstanı sıx
müttəfiqlik əlaqələri
ilə yanaşı, ortaq tarix, mədəniyyət
və milli köklər bağlayır.
Hazırda ölkələrarası
münasibətlərimiz özünün
ən yüksək mərhələsindədir".
Bu sözləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Kamran Bayramov deyib. Deputat bildirib ki, Azərbaycan
Mərkəzi Asiya ölkələri, o cümlədən
regionun türk dövlətləri ilə
münasibətlərə mühüm
əhəmiyyət verir.
Bu isə təbii olaraq qarşılıqlı əlaqələrin
inkişafına, yeni əməkdaşlıq imkanlarının
yaranmasına gətirib
çıxarıb. Qazaxıstan,
Azərbaycanın sıx,
tarixi əlaqələrə
malik olduğu türk dövlətlərindən
biridir. Münasibətlərin
dinamikası qarşılıqlı
səfərlərin xronologiyasından
aydın görünür.
Son il yarım
ərzində Prezident
İlham Əliyev Qazaxıstana dörd dəfə səfər edib, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti üç dəfə ölkəmizdə olub.
K.Bayramov qeyd edib ki, Qazaxıstan
Prezidenti Kasım-Jomart
Tokayevin Azərbaycana növbəti dövlət
səfəri iki ölkə arasındakı
əlaqələrdə yeni
perspektivlər açacaq.
Dövlətimizin başçısı
bu ilin martın
11-də Qazaxıstan Prezidenti
Kasım-Jomart Tokayevin
Azərbaycana rəsmi
səfəri ilə bağlı mətbuata verdiyi bəyanatda bildirib ki, biz
paralel istiqamətlər
üzrə irəliləyirik:
"Bu gün diskussiyalar çərçivəsində
qeyd edildi ki, Trans-Xəzər nəqliyyat marşrutunu meydana, deyərdim ki, dünya nəqliyyat-logistika spektrinə
çıxaran indiki geosiyasi şərait möhkəm bazaya malikdir. Çünki həm Qazaxıstanda, həm də Azərbaycanda əvvəlki
illərdə bu sahəyə böyük investisiyalar yatırılıb.
Zəngin təbii ehtiyatlara malik olmağımıza baxmayaraq,
biz nəqliyyat infrastrukturumuzun bu gün beynəlxalq standartlara tam uyğun gəlməsinə
çalışdıq və
buna nail olduq. Həm Qazaxıstanda, həm də Azərbaycanda dəmir yolları, aeroportlar, avtomobil yolları, dəniz limanları daxil olmaqla, irimiqyaslı nəqliyyat layihələri
həyata keçirildi.
Bu gün bunlara həmişəkindən
daha çox ehtiyac var. Bu,
bizi bir daha əmin edir ki, bütün
işləri vaxtında
görmək və yaxın perspektivdən bir az uzağa
baxmaq lazımdır. Yalnız belə olan təqdirdə uğur qazanmaq mümkündür. Ona görə də əgər bu gün nəqliyyat infrastrukturuna investisiya qoymağa başlasaydıq,
yəqin ki, indi həmin potensiala malik olmaq üçün onilliklər lazım gələrdi. İndi bu bünövrə üzərində biz nəqliyyat-tranzit imkanlarımızın,
həm limanların, dəmir yollarının, həm də sinergiya yaradılmasının,
vahid nəqliyyat kompleksinin qurulmasının
genişləndirilməsini planlaşdırırıq. Bu
kompleksdə rəqəmsallaşma
ilə bağlı layihələr də dəstəklənəcək. Bu
məsələlərdə biz paralel istiqamətlər
üzrə hərəkət
edirik. Həm Qazaxıstanda, həm də Azərbaycanda bu sahəyə çox böyük diqqət yetirilir".
Deputat vurğulayıb
ki, iki ölkə
arasında parlamentlərarası
əlaqələr də
uğurla inkişaf edir: "Hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları fəaliyyət göstərir.
Ölkələrimiz arasında
geniş hüquq-müqavilə
bazası formalaşıb.
İndiyədək Azərbaycanla
Qazaxıstan arasında
150-yə yaxın sənəd
imzalanıb. Bu normativ hüquqi baza daha da
genişlənir və
təkcə 1 il 6 ay ərzində 40-a yaxın mühüm ikitərəfli sənəd
imzalanıb. Ölkələrimiz
arasında ikitərəfli
münasibətlərin inkişafına
1999-cu ildə yaradılmış
Ticari-İqtisadi Əməkdaşlıq
üzrə Birgə Hökumətlərarası Komissiya
da mühüm töhfə verir. Komissiyanın indiyədək
20 iclası keçirilib.
Sonuncu iclas isə bu ay
Astanada baş tutub".
Deputat diqqətə
çatdırıb ki,
dünyada baş verən mürəkkəb
proseslər fonunda Orta dəhlizin rolu artmaqdadır və bu layihə
artıq öz gücünü göstərib.
Məsələn, əvvəllər
Çindən dəhliz
vasitəsilə yüklərin
Qara dəniz limanlarına daşınması
əgər 53 gün zaman alırdısa, hazırda bu, cəmi 18 günə mümkün olur. Bu da əlavə
böyük vaxt itkisinin aradan qaldırılması, məsrəflərin
azaldılması baxımdan
son dərəcə önəmlidir. Həmçinin
dəhliz vasitəsilə
daşınan yüklərin
həcminin artırılması
istiqamətində iş
aparılır. Azərbaycan
ilə Qazaxıstan arasında əlaqələr
bütün sahələrlə
yanaşı, enerji sektorunda da uğurla
inkişaf edir. SOCAR ilə "KazMunayGaz" arasında ötən il imzalanan yol
xəritəsi əlaqələrin
genişləndirilməsi üçün
geniş imkanlar yaradıb. Qarşılıqlı
səmərəli əməkdaşlıq,
neftin emalı, tranziti, ticari-iqtisadi münasibətlər Azərbaycanın
sürətli inkişafına
təkan verərək
onu regional enerji mərkəzinə çevirib.
K.Bayramov bildirib
ki, iki ölkə
arasında neft və neft məhsullarının
ticarəti sahəsində
uğurlu əməkdaşlıq
davam edir. "Buraya Qazaxıstan mənşəli xam neftin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri
ilə dünya bazarına çatdırılması,
Azərbaycanda emalı,
neftin dünya bazarına təchizatı
və sair daxildir. "SOCAR Midstream
Operations" MMC 2023-cü ilin martından etibarən Qazaxıstanın Tengiz yatağından ayda 125 min ton həcmində
neftin Bakı-Tbilisi-Ceyhan
boru kəməri ilə nəqlinə başlayıb. "Həmçinin
Azərbaycan-Qazaxıstan əməkdaşlığında
ticarət-iqtisadi əlaqələr
xüsusi yer tutur. Ölkəmizdə Qazaxıstan investisiyalı
182 kommersiya qurumu qeydiyyatdadır. Qazaxıstandan
Azərbaycana 102,2 milyon
dollar, Azərbaycandan Qazaxıstana isə 205,2 milyon dollar investisiya
qoyulub. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 598,47 milyon
dollar təşkil edib", - deyə o əlavə edib.
K.Bayramov əlavə
edib ki, Qazaxıstan xalqı hər iki Qarabağ
müharibəsi zamanı
Azərbaycana dəstək
nümayiş etdirib. Vətən müharibəsi
dövründə isə
Qazaxıstan dövləti,
bütün qazax xalqı haqq-ədalətin
yanında olub, ölkəmizin haqlı mübarizəsini dəstəkləyib.
Dost ölkə Azərbaycanın ərazi
bütövlüyünün təmin olunmasına həmişə hörmətlə
yanaşdığını bildirib.
Bu gün Qazaxıstanın Qarabağın
yenidən qurulmasında
iştirakı dostluğumuzun
bariz nümunəsidir.
Azərbaycanın işğaldan
azad edilmiş Füzuli şəhərində
Qazaxıstan hökuməti
tərəfindən Kurmanqazı
adına Uşaq Yaradıcılıq Mərkəzi
tikilib. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən
yüksək qiymətləndirilir.
Əsmər
QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
14 mart, №57.- S.6.