Ermənistan
müxtəlif güclərin
toqquşduğu poliqona
çevriləcək
"Regionumuzda mövcud
olan gərginliyin əsas səbəbkarı
Fransadır. Paris şirin
və saxta vədlərilə Ermənistanı
şirnikləndirir və
fəlakətə sürükləyir.
Cənubi Qafqazda möhkəmlənməyə çalışan
Makron hökuməti sülhü əngəlləyən
bu qərəzli addımları ilə öz imicini zədələməklə yanaşı,
ölkəsini də bütün dünyada rüsvay edib".
Bu fikirləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Azər Badamov deyib. Deputat bildirib ki, Fransa
uzun illərdir ki, Azərbaycana qarşı qərəzli
siyasət yürdür:
"Fransa illər boyu ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi
kimi BMT TŞ-nın 4
qətnaməsinin icra
olunmamasına çalışdı.
Həmsədr olan Fransa və digər ölkələr
Azərbaycanı işğalla
barışdırmaq və
torpaqlarımızda erməni
işğalını əbədiləşdirmək
üçün əllərindən
gələni əsirgəmədilər.
Lakin Prezident İlham Əliyev bütün beynəlxalq görüş və tədbirlərdə Azərbaycanın
torpaqlarımızın işğalı
ilə heç vaxt barışmayacağını
və bu məsələ danışıqlar
yolu ilə həll olunmazsa, öz gücümüzlə
edəcəyimizi açıq
şəkildə bildirirdi.
Təbii ki, bizim gizlədəcəyimiz
bir şey yox idi və
məhz bu məqsədlə ordumuzu gücləndirirdik. 2020-ci ilin
sentyabrında başlanan
Vətən müharibəsində
şanlı ordumuz Ermənistanın dizini yerə vuraraq kapitulyasiya sənədinə
imza atmağına məcbur etdi".
Deputat xatırladıb
ki, bundan sonra Qərb, xüsusilə də Fransa zəfərimizi həzm edə bilmədiyinə görə
Azərbaycana olan qərəzli münasibətini
açıq müstəviyə
çıxardı: "Rəsmi
Paris vasitəçilik etmək
adı altında Azərbaycana təzyiq göstərməyə çalışdı.
Təbii ki, Prezidentimizin qətiyyətini
və dəyişilməz
mövqeyini Fransa prezidenti Emmanuel Makron yenə həzm edə bilmədi və beynəlxalq təşkilatlarda
Azərbaycana qarşı
qərarlar qəbul etdirmək üçün
cəhdlər göstərdi.
Makronun ölkəmizə
qarşı təzyiq
vasitəsi kimi istifadə etməyə hesabladığı qərəzli
sənədlər BMT-yə
çıxarıldı. Amma
dostlarımızın sərgilədiyi ədalətli
mövqe sayəsində
Fransa müzakirəyə
çıxardığı sənədləri biabırcasına
geri götürməyə
məcbur oldu.
BMT-də Azərbaycana
qarşı uğur qazana bilməyən və heç bir yerə əli
çatmayan Makron Ermənistanı yenidən
müharibəyə hazırlaşmağa
sövq edərək,
sülh müqaviləsinin
imzalanması ilə bağlı danışıqlar
prosesində əldə
edilmiş nəticələrə
zərbə vurdu. Azərbaycan- Ermənistan münasibətlərinin normallaşdırılması
prosesində əldə
olunmuş nəticələrə
qarşı süni uçurum yaradan Ermənistanın baş naziri Nikol Paşinyan
Fransanın dəstəyindən
ruhlanaraq Azərbaycana
qarşı yenidən
ərazi iddiaları ilə çıxış
etməyə başladı.
Belə ki, 2020-ci il sentyabrın əvvəlində torpaqlarımızda
saxta qurumun yaradılması münasibətilə
separatçılara təbrik
göndərdi. Bu, Azərbaycanın hisləri
ilə oynamaq və təhqir etmək demək idi".
Azər Badamovun
dediklərinə görə,
bu dözülməz vəziyyətə nöqtə
qoyulması üçün
ötən il sentyabrın 19-20-də lokal
xarakterli antiterror tədbirləri keçir-məyə
məcbur olduq: "Cəmi 23 saata Qarabağda separatçıların
yuvası dağıdıldı
və Xankəndidə
Azərbaycanın dövlət
bayrağı qaldırılaraq
bütün ərazilərimizdə
suverenlik təmin edildi. Antiterror tədbirlərindən sonra
Ermənistanla şərti
sərhəddə 5 aylıq
nisbi sakitlik yaransa da, Fransanın
ssenarisi ilə ermənilər bu il fevralda Zəngilan
rayonu ərazisində
sərhədçimizə güllə ataraq yenidən təxribat törətdilər. Ordumuz
qisas əməliyyatı
keçirərək əsgərimizə
güllə atılan
düşmən postunu
darmadağın etdi".
Fransanın bu gün Ermənistanı silahlandırdığını və fransız hərbçiləri tərəfindən
erməni əsgərlərə
hərbi təlimlər
keçirildiyini bildirən
deputat qeyd edib: "Paris unutmamalıdır
ki, Ermənistan nə qədər silahlansa da, Azərbaycanla müharibə
edə biləcək səviyyəyə heç
vaxt gəlməyəcək.
Fransanın Ermənistanı
silahlandırmaqda və
şirin vədlər
verməkdə digər
məqsədi Rusiyanı
regiondan çıxartmaqdır.
Paşinyanın ritorikası
son vaxtlar həm də Rusiyaya
qarşı yönəlib.
Belə ki, Zvartnos hava limanındakı
sərhədçilərin çıxarılması ilə
bağlı Rusiyaya vaxt qoymuş Fransanın sonrakı mərhələdə Rusiya
hərbi bazasının
Ermənistandan çıxarılması
ilə bağlı yeni tələb ortaya qoyacağı şübhə doğurmur.
Paşinyanın bu gün əsas məqsədi Rusiyanı ölkəsindən çıxardaraq,
onu Fransa ilə əvəzləməkdir.
Amma Paşinyan hakimiyyəti başa düşmür ki, Qərbin daxil olduğu bütün ölkələr poliqona çevrilir və xalqın bədbəxtliyi
dərinləşir. Hesab
edirəm ki, Ermənistan bu gedişlə yaxın gələcəkdə müxtəlif
güclərin toqquşduğu
məkana çevriləcək".
Azər Badamov vurğulayıb ki, qonşu ölkə olaraq biz ətrafımızda
sabitliyin olmasında maraqlıyıq: "Amma görünür, Ermənistanda
toqquşmalar və hərc-mərclik qaçılmazdır.
Bu ölkədə toqquşmalar baş qaldıracağı təqdirdə
onlara nə Fransa, nə də başqa biri kömək göstərəcək. Xain
ölkə fəlakətə
məhkumdur".
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-2024.-
14 mart, № 57.- S.8.