Sənayeləşmə sahəsində dəyərli tədqiqat əsəri

 

 

Elm Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu Elmi Şurasının qərarı ilə iqtisad elmləri doktoru, professor Tofiq Hüseynovun "Azərbaycanda sənayeləşdirmə: reallıqlar perspektivlər" adlı monoqrafiyası nəşr olunmuşdur. Mühüm aktual problemə həsr edilən monoqrafiyada 2012-ci ildə dövlət başçısı tərəfindən təsdiq edilmiş Azərbaycanın 2020-ci ilə qədər İnkişaf Konsepsiyasının, 2016-cı ildə təsdiqlənmiş Strateji Yol Xəritəsinin regional dövlət proqramlarının icra səviyyəsi hərtərəfli araşdırılmışdır.

Əsərdə həmçinin Azərbaycanda sənayeləşmənin inkişaf konsepsiyası, sənaye sektorunun, o cümlədən emal sənayesinin mövcud durumunun təhlili qiymətləndirilməsi, sənaye parklarının sənaye məhəllələrinin, aqroparkların aqrar sektorda kooperativlərin yaradılması, regionların tarazlı inkişafında sənayeləşmənin rolu, ölkədə investisiya resurslarının formalaşması istifadəsi, hökumətin investisiya siyasətinin xüsusiyyətləri, qeyri-neft emal sənayesinin xarici ticarət əlaqələri, ölkənin sənaye sahəsinin məhsulunun rəqabət qabiliyyətinə aid məsələlər, sənayeləşmənin investisiya təminatı, Azərbaycanın sosial-iqtisadi inkişafının institusional tənzimləmə problemləri, sahəvi ərazi klasterlərinin yaradılması istiqamətləri dərindən təhlil olunmuşdur. 500 səhifəlik əsərdə iqtisadi strukturun formalaşdırılmasında beynəlxalq təcrübə, ölkədə emal sənayesinin xammal bazası, ondan səmərəli istifadənin istiqamətləri, sənaye siyasəti, iqtisadi idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi digər aktual problemlər araşdırılaraq şərh edilmiş, müvafiq təklif tövsiyələr irəli sürülmüşdür.

Müstəqillik dövründə Azərbaycanın sənaye sektorunda, xüsusən emal sənayesində əldə edilən uğurlar, yerli xammal resurslardan istifadə, investisiyaların iqtisadi-sosial səmərəliliyi ətraflı araşdırılaraq müəyyən edilmişdir ki, 2022-ci ildə 1995-ci illə müqayisədə sənayedə məhsul istehsalı 4, o cümlədən emal sənayesində 3,8 dəfə artmışdır. Vurğulanmışdır ki, 2022-ci ildə 2003-cü ilə nisbətən ölkə üzrə emal sənayesi məhsullarının istehsalı da 1,5 dəfədən çox artaraq ümumi sənaye məhsulları istehsalında 21 faiz xüsusi çəkiyə malik olmuşdur.

Statistik informasiyaların təhlili qiymətləndirilməsi ilə zəngin olan monoqrafiyada o da göstərilmişdir ki, 2004-2022-ci illərdə bütün maliyyə mənbələrindən ölkə iqtisadiyyatına 306 milyard dollardan çox investisiya qoyulmuşdur. Onların 50,7 faizi daxili investisiyalar olmuşdur. Bütün bu mənbələr hesabına 2003-2022-ci illərdə 335 sənaye obyekti, o cümlədən 279 qeyri-neft emal sənaye obyekti tikilib istifadəyə verilmişdir. Qeyri-neft emal sənaye obyektlərinin 91 faizi regionlarda yaradılmışdır. Müəllif yazır ki, 2003-2022-ci illərdə hökumət tərəfindən qeyri-neft emal sənaye sektorunun inkişafına xüsusi diqqət yetirilmişdir. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması neft-qaz sektoru ilə yanaşı, qeyri-neft sənaye sahələrinin davamlı inkişafına sərait yaratmışdır.

Əsərdə emal aqro-emal sektorlarının istehsal xammal bazasının onlar arasında səmərəli dəyər zəncirinin formalaşdırılmasına dair geniş diqqətəlayiq tövsiyələr verilmişdir.

Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan monoqrafiya geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Müəllifin tövsiyələri mərkəzi idarəetmə orqanları, elmi-tədqiqat mərkəzləri tərəfindən iqtisadi siyasətin, iqtisadi inkişaf proqramlarının hazırlanmasında, habelə ali təhsil müəssisələrində istifadə oluna bilər.

 

Beykəs XIDIROV,

Elm Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun baş elmi işçisi, iqtisad elmləri doktoru

Azərbaycan.-2024.- 14 mart, № 57.- S.9.