Dünyada
ən gənc beynəlxalq dərəcəli
hakim
İdman siyasətini
müəyyənləşdirən əsas amillərdən biri də müxtəlif
idman növləri üzrə həmin ölkəni təmsil edən hakimlər kontingentinin olmasıdır.
Birmənalı olaraq beynəlxalq yarışları
idarə edən hakimlər davranışları,
qərarları ilə
mənsub olduğu xalqı, dövləti təmsil edirlər. Ədalətli qərarı
ilə seçilən
hakim beynəlxalq arenada ölkəsinin imicini formalaşdıran, mənsub olduğu xalq barədə təsəvvür yaradan simalardan olur...
İdmançılar nə qədər məşq etsələr,
yarışa hazır
olsalar belə, hakim olmadan yarışlar
keçirilə bilməz.
Hakimin davranışı,
düzgün və ədalətli qərarı
görüşü daha
maraqlı edir. Yarışın müqəddəratını
həll edən də o olur. Son anda idmançı
da, tamaşaçı
da həyəcanla hakimin qərarını gözləyir.
SSRİ dönəmində
Azərbaycanda Əhməddin
Rəcəbli, Viktor Kuznetsov, Tərlan Həsənov və Rauf Şəfiyev kimi tanınmış hakimlərimiz olub. Bu da bir
faktdır ki, azərbaycanlı olduqları
üçün süni
əngəllərlə onların
beynəlxalq oyunları
idarə etmələrinin
qarşısı alınıb.
Cəmi iki nəfər Zair Məmmədov və Valeh Məhərrəmov beynəlxalq dərəcəli
hakim olub.
Müstəqillik dönəminin
ən gənc, cüdo idman növü üzrə yeganə beynəlxalq dərəcəli hakimi Fariz Hüseynovla onun hakimlik və
idman karyerasına birgə nəzər yetirdik.
Fariz Adil oğlu Hüseynov 1980-ci il iyulun 25-də Bakı şəhərində
anadan olub. 1997-ci ildə 191 saylı orta məktəbi bitirib. Elə həmin il də
Bədən Tərbiyəsi
və İdman Akademiyasına qəbul olub. 2001-ci ildə akademiyanı bitirdikdən
sonra Daxili Qoşunların "N" saylı
hərbi hissəsində
qulluq edib.
Fariz Hüseynov
deyir ki, 6 yaşından idman gimnastikası ilə məşğul olub:
"Bir qədər sonra karate məni
özünə çəkdi.
Uşaq olsam da, axtarışda idim. Sanki içimdə
bir hiss deyirdi ki, Fariz,
zaman gələcək
sən idmançı
kimi xalqını, dövlətini ləyaqətlə təmsil
edəcəksən. Amma
səni uğura aparan idman növü
bu deyil. 14 yaşımdan DİN-nin
"Dinamo" İdman
Cəmiyyətində cüdo
ilə məşğul
olmağa başladım.
Akademiyada oxuyarkən idman yarışlarının
birində çiynimdən
zədə aldım. Bu zədə idman karyeramda dəyişiklik etmək məcburiyyəti yaratdı.
Əsas məsələ
insanda güclü iradə və əzmin olmasıdır. Möhkəm iradə, çalışqanlıq uğura
aparan yolun əsası olur... Mən də bu yolu seçdim".
Farizin aldığı
zədə onu "təslim" edə bilmir. İdmana
olan sevgisi onu məşqçiliyə aparır. 2002-ci ildə
hərbi xidməti bitirdikdən sonra sərbəst güləş
üzrə dünya kubokunun sahibi, o zamanlar "Dinamo"
İdman Cəmiyyətinin sədri Rafiq Hacıyev Farizi məşqçi
kimi çalışmaq üçün DC-yə dəvət
edir. Firdovsi Tağıyevin rəhbərliyi altında məşqçilik
fəaliyyətinə başlayan Fariz Hüseynov deyir ki, məşqçilik
təklifi alanda düşündüm ki, bir idmançı
kimi beynəlxalq yarışlarda özüm ölkəmi təmsil
edib uğur qazana bilmədim, amma əvəzində elə
idmançılar yetişdirim ki, onlar yarışlarda Azərbaycan
bayrağını ucaltsınlar. İndi qürur duyuram ki,
yetirmələrim beynəlxalq arenada ölkəmizi layiqincə
təmsil edirlər.
Məşqçiliklə
məşğul olan idmançı eyni zamanda hakimlik fəaliyyəti
sahəsində də çalışır. Fariz deyir ki, ilk
dəfə 2003-cü ildə yeniyetmələrin Bakı şəhər
birinciliyində tatami üzərinə çıxıb hakim
kimi görüşü idarə etdim. Bu debütüm
uğurlu olmaqla yanaşı, mənim ömür yolumu müəyyən
etdi...
2009-cu ildə Sloveniyanın Celje
şəhərində hakimlər üçün
keçirilən imtahanda iştirak edən Fariz Hüseynov
"B" kateqoriyası üzrə beynəlxalq dərəcəli
hakim statusu alır və ilk dəfə Balkıda keçirilən
Dünya Kuboku yarışlarında ölkəmizi təmsil
edir. 2012-ci ildə Monteneqronun Bar şəhərində
yeniyetmələrin Avropa birinciliyi uğrunda
yarışlarını idarə edir. 2013-cü ildə
Estoniyanın Tallin şəhərində yeniyetmələrin
Avropa çempionatının hakimi, elə həmin ili
Niderlandın Utrec şəhərində Avropa Gənclər
Olimpiya Festivalının EYOF hakimi olur.
2014-cü ildə
Avstriyanın Obervard şəhərində hakimlər
üçün təşkil olunmuş imtahanda iştirak edən
həmyerlimiz "A" kateqoriyası üzrə beynəlxalq
dərəcəli hakim statusuna sahiblənir. Fariz Hüseynov həmin
ildən paracüdo üzrə də hakimlik etmək imkanı
əldə edir. 2014-cü ildə Kolorado şəhərində
təşkil olunmuş İBSA dünya
çempionatının hakimlərindən biri də azərbaycanlı
F.Hüseynov olur. Bu məqamda xüsusi olaraq qeyd edək ki,
Fariz Paralimpiya Oyunları tarixində hakimlik edən ilk və
yeganə azərbaycanlıdır.
Fariz Hüseynov indiyə kimi yüzlərlə
beynəlxalq yarışmalarda orbitr kimi ölkəmizi şərəflə
təmsil edib. 2009-cu ildə Bakıda keçirilən
İslam Oyunlarında, eləcə də Avropa Oyunlarında,
2017-ci ildə Varşavada keçirilən Avropa
çempionatında yarışı idarə edən hakimlərdən
biri də xalqımızın yetirməsi Fariz Hüseynov olub.
Olimpiya
Oyunlarını müxtəlif qitələr üzrə
seçilmiş 16 hakim, Paralimpiya Oyunlarını isə
dünyanın 12 hakimi idarə edir. Qürur duyulası
faktdır ki, Rio-2016 Paralimpiya Oyunlarını idarə edən
12 cüdo hakimindən biri də həmyerlimiz Fariz Hüseynov
olub. Qeyd etmək yerinə düşər ki, Fariz dünyada həm
də beynəlxalq dərəcəli ən gənc hakim
olması ilə fərqlənir.
Beynəlxalq dərəcəli
hakim Fariz Hüseynov 2016-cı, 2017-ci, 2019-cu illərdə ilin
ən yaxşı hakimi statusuna sahib olub. 2023-cü ildə
ilin yekunlarına görə mükafatçılardan biri də
yenə Fariz Hüseynovdu.
Həmyerlimiz
Tokio-2020 Paralimpiya Oyunlarına dəvət alan hakimlərdən
olsa da, o zaman COVID-19 pandemiyası səbəbindən həmin
yarışlarda iştirak edə bilməyib.
Söhbət
zamanı Fariz xüsusi olaraq qeyd etdi ki, cüdo idman
növü üzrə beynəlxalq yarışlarda erməni
idmançılar iştirak etsə də, bu idman növü
üzrə bədnam qonşularımızda hələ beynəlxalq
hakimə rast gəlməyib. Zəfər müharibəsindəki
möhtəşəm qələbəmizə kimi
yarışlarda iştirak edən erməni idmançılar
bir başqa ədada idilər. Onların özündən
razı hərəkətləri
idmançılarımızın psixoloji durumuna təsirsiz
keçmirdi. Açığını deyim ki,
torpaqlarımızın illərlə işğalda olması,
Birinci Qarabağ savaşındakı məğlubiyyətimizdən
utanırdıq. Çox şükür ki, Müzəffər
Ali Baş Komandanın rəhbərliyi ilə
torpaqlarımız işğaldan azad olundu. Qürur duyuruq ki,
biz yalnız yumşaq tatami üzərində yox,
döyüş meydanında da möhtəşəm qələbə
qazanan xalqıq. Fəxr edirəm ki, yetirmələrimdən
Qarabağ uğrunda döyüşlərdə iştirak edən,
hətta canını qurban verənlər də var.
Beynəlxalq dərəcəli
hakim Xorvatiyanın Poreç şəhərində
keçiriləcək yeniyetmələrin Avropa kuboku
uğrunda yarışlarını idarə etmək
üçün səfərə hazırlaşır. Ölkəmizi
beynəlxalq idman yarışlarında ləyaqətlə təmsil
edib ədalətli qərarları ilə dövlətimizə
və xalqımıza nüfuz qazandıran hakim Fariz
Hüseynova uğurlar arzulayırıq.
Elşən
QƏNİYEV,
Azərbaycan.-2024.-
14 mart, № 57.- S.10.