"Sənətkar
ömrü səhnədə
başlayıb səhnədə
bitir"
Onunla ilk dəfə elə indi çalışdığı
Azərbaycan Dövlət
Akademik Musiqili Teatrının səhnəsində
"Heydər Əliyev
İli" çərçivəsində
təşkil olunmuş
"Sən elə bir zirvəsən ki..." adlı konsertdə rastlaşmışdıq.
Rəşid Behbudovun
repertuarından səsləndirdiyi
"Azərbaycan" mahnısı
ilə tamaşaçıları
gerçəkdən səsinin
sehrinə salmışdı.
Məlahətli səsi,
gözəl avazı,
bənzərsiz ifası
ilə tamaşaçıları
təəccübləndirən bu gəncin İbrahim Zakir oğlu Əlizadə olduğunu öyrənirik.
İbrahim Əlizadə
1993-cü ildə Bakıda
musiqiçi ailəsində
dünyaya gəlib. Anası Qəmərxanım
Əliyeva Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin pianino şöbəsini bitirib. Hazırda Amerikada yaşayan dayısı İmamyar Həsənov məşhur
kaman ifaçısıdır.
İbrahim deyir
ki, musiqi mənim ruhum, canımdır. Həyatımın
mənasını musiqidə
görürəm, hər
dəfə səhnəyə
çıxanda özümü
dünyanın ən xoşbəxti sanıram. Musiqisiz, səhnəsiz həyatımı təsəvvür
edə bilmirəm.
Səhnəyə gəlişini
xatırlayan İbrahim
Əlizadə deyir:
"Məşhur türk
müğənnisi İbrahim
Tatlısəs atamın
kumiri idi. 1998-ci ildə İbrahim Tatlısəs Bakıda konsert verirdi. Atam məni gül vermək üçün səhnəyə
çıxartdı. Nə
sehrdir bilmirəm, səhnə məni tutdu. Bir anlığa
mənə elə gəldi ki, ömür yolum bu səhnədən keçəcək. Musiqiyə
olan maraq məni Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə apardı.
Musiqi məktəbində
oxuyarkən solfecio üzrə birinci yeri tutdum. Müğənni
kimi ilk debütüm Rəşid
Behbudovun repertuarından
olan "Azərbaycan"
mahnısı olub.
2008-2010-cu illərdə Azərbaycan
Həmkarlar İttifaqları
Konfederasiyası və
Azərbaycan Bəstəkarlar
İttifaqının birgə
təşkil etdiyi
"Ötən illərin
mahnıları" Azərbaycan
peşəkar bəstəkarlarının
mahnılarından ibarət
retro musiqi festivalında Dənizçilər
Mədəniyyət Evində
"Yelkən" vokal
studiyasının üzvü
kimi uğurlu çıxışıma gorə
diplomla təltif olundum".
Ukraynanın
Xarkov Dövlət Mədəniyyət Akademiyasında
ali təhsil alan İbrahim Əlizadə tələbəlik
illərində azərbaycanlı
gənclər təşkilatının
(SAMU) üzvü kimi Xarkov şəhərində
Xocalı soyqırımına
həsr olunmuş tədbirin təşkilatçılarından
olub. 2010-cu il ''Xalq ulduzu" yarışmasının iştirakçısı
olaraq 7 həftə efirdə birincilik uğrunda mübarizə aparıb. 2012-ci ildə Beynəlxalq "DANS SONG FEST" yarışmasında 15 ölkə
arasından 1-ci yerə
sahib olub.
İbrahim 2016-ci ildə
Bakıda türk mahnılarından ibarət
''IBO SHOW'' adlı solo
konsert verib. 2022-ci ildə "Budu jite v Ukraine" yarışmasında
münsiflər heyətinin
üzvü olub. Eyni zamanda həmin
yarışmada "Ən
gözəl mahnı ifaçısı" mükafatına
da layiq görülüb.
İbrahim Əlizadə
deyir ki, dövlətimizin başçısı
2019-cu il Musiqili Teatra "Akademik" statusu verərək kollektivimizi mükafatlandırdı.
Rejissor Samir Qulamovun müəllifi və quruluşçu rejissoru olduğu Paris Notrdama ithaf olunan tamaşanı sənət bioqrafiyamda əsl hadisə hesab edirəm. Adıgedən tamaşada Don Klod Frollo
obrazının yaradıçısıyam.
Xatırladaq ki, İbrahim Əlizadə bu rolu 26 yaşında
oynayan yeganə aktyordur.
Aktyor üçün
səhnə nəfəsdir,
həyatdır, bir yaşam tərzidir...
2017-ci ildən Azərbaycan
Dövlət Akademik Musiqili Teatrında artist-vokalist kimi çalışan İbrahim
Əlizadə qısa
zaman ərzində müxtəlif tamaşalarda
oynadığı maraqlı
obrazlarla yaddaşlara öz adını yaza bilən sənətkarlardandır. Bu
illər ərzində
o, Akademik Musiqili Teatrın səhnəsində
Süleyman ("Arşın
mal alan" Ü.Hacıbəyli), Ordan-bura
("Balaca Şahzadə"
A.Ekzüperi, R.Ağababayev),
Keşiş Don Klod ("Paris Notr-dama ithaf" V.Hüqo, libretto müəllifi və quruluşçu rejissor S.Qulamov), Nadir ("Beş manatlıq gəlin" S.Rüstəmov, M.S.Ordubadi),
Cəlil ("Amerikalı
kürəkən" R.Mirişli,
M.Haqverdiyev), Murad
("Baladadaşın toy
hamamı" Elçin),
Hərbi komissar ("Bir nəfəs qədər" S.Qulamov) rollarını ifa etmişdir. "Bəxtiyar"
tamaşasında Bəxtiyar
və "Leyli və Məcnun" tamaşasında İbn Salam obrazlarını ustalıqla ifa edib. 2021-ci ilin mart ayında 31 Mart Soyqırımı Gününə
həsr olunmuş
"Sündü" filminə
çəkilib.
İbrahim deyir
ki, əsl sənətkarların ömrü
səhnə ilə başlayıb, səhnədə
də bitir. İnsan gərək sevib-seçdiyi sənətinin
vurğunu ola. Çalışıram ki,
Tanrının mənə
verdiyi ömrü ləyaqətlə yaşayım.
Məni tanıyanların,
sənətimi sevənlərin
yaddaşında əbədi
olaraq sənətini sevən əsl sənətkar kimi yaşayım.
E.QƏNİYEV,
Azərbaycan.-2024.-
14 mart, № 57.- S.10.