BMT
COP29 ilə bağlı Azərbaycana tam dəstək verməyə
hazırdır
İlham
Əliyev BMT Baş katibinin siyasət üzrə müavinini qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev martın 14-də
BMT Baş katibinin siyasət üzrə müavini Qay Rayderi qəbul
edib.
Qay Rayder
BMT-nin Baş katibi Antonio Quterreşin salamlarını dövlətimizin
başçısına çatdırdı.
Prezident
İlham Əliyev salamlara görə minnətdarlığını
bildirdi, onun da salamlarını BMT Baş katibinə
çatdırmağı xahiş etdi.
COP29-un
ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini
çatdıran qonaq BMT-nin də bu prosesdə Azərbaycana
tam dəstək verməyə və ölkəmizlə
işləməyə hazır olduğunu dedi.
Dövlətimizin
başçısı buna görə öz təşəkkürünü
bildirdi və qeyd etdi ki, Azərbaycan ilə BMT-nin müvafiq
strukturları arasında COP29-un uğurla təşkil
olunması istiqamətində artıq səmərəli əməkdaşlıq
qurulub və nümayəndə heyətləri yaxından
işləyir.
Azərbaycanın
sədrlik etdiyi COP29-un builki gündəliyinin iqlim maliyyələşməsi
mövzusuna həsr olunduğunu deyən Prezident İlham
Əliyev vurğuladı ki, Azərbaycan bu və digər
mövzularda COP-un gündəliyinin irəli aparılması
üçün səylərini əsirgəməyəcək.
Belə ki, ölkəmizin müxtəlif beynəlxalq təsisatlarda
fəal üzvlüyü, Qoşulmama Hərəkatında
uğurlu sədrliyi bunun üçün yaxşı imkan və
fürsət yaradır.
Qay Rayder BMT
Baş katibi adından bu ilin sentyabr ayında Nyu-Yorkda “Summit of
the future” - “Gələcəyin Sammiti” devizi ilə keçiriləcək
tədbirlə bağlı məlumat verdi. Söhbət
zamanı BMT Baş Assambleyasının qarşıdan gələn
gündəliyi ilə bağlı müzakirələr
aparıldı. Dövlətimizin başçısı
bildirdi ki, Azərbaycan BMT-nin davamlı inkişafa aid gündəliyinin
irəli aparılmasında fəal üzvlərdən biri kimi
bundan sonra da öz dəstəyini və töhfələrini
verəcək.
Görüşdə
Azərbaycanın 2026-cı ildə BMT sistemində ən vacib
tədbirlərdən biri olan Ümumdünya Şəhərsalma
Forumuna da ev sahibliyi edəcəyi xüsusi vurğulandı.
Söhbət
zamanı XI Qlobal Bakı Forumunun dünya gündəliyində
duran məsələlərinin müzakirəsi
baxımından rolu qeyd edildi.
Azərbaycan.-2024.-
15 mart, ¹ 58.- S.5.