Qarşılıqlı rəsmi səfərlər
əlaqələrimizin möhkəmlənməsinə xidmət
edir
Azərbaycan
Prezidenti İlham Əliyev Albaniya Prezidenti Bayram Beqay ilə
görüşüb
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev martın 14-də
Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə
görüşüb.
AZƏRTAC xəbər
verir ki, görüşdə ölkələrimiz arasında
ikitərəfli münasibətlərin uğurla inkişaf
etdiyi vurğulandı, Prezident İlham Əliyevin Albaniyaya
dövlət səfərinin, Prezident Bayram Beqayın isə
ölkəmizə rəsmi səfərinin əlaqələrimizin
möhkəmlənməsində rolu qeyd edildi. Bu ilin
martında Albaniyanin Baş naziri Edi Ramanın ölkəmizə
səfərinin əhəmiyyətinə toxunuldu.
Söhbət
zamanı Cənub Qaz Dəhlizinin fəaliyyəti və bu
layihənin enerji təhlükəsizliyinin təmin
olunmasında rolu bir daha qeyd edildi. Azərbaycan tərəfindən
Albaniyaya investisiya qoyuluşu məsələləri ilə
bağlı fikir mübadiləsi aparıldı.
Görüşdə
əlaqələrimizin inkişafında müsbət dinamizm məmnunluqla
vurğulandı.
Söhbət
zamanı XI Qlobal Bakı Forumunun beynəlxalq əməkdaşlığın
güclənməsi işinə xidmət etdiyi qeyd olundu.
Azərbaycan.-2024.-
15 mart, № 58.- S.5.