"Azərbaycan
Milli Elmlər Akademiyasının Nizamnaməsinin
təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2023-cü il 3 noyabr tarixli 2340 nömrəli Fərmanının icrası
ilə əlaqədar
Azərbaycan Respublikası
Prezidentinin bəzi fərmanlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Azərbaycan Milli
Elmlər Akademiyasının
Nizamnaməsinin təsdiq
edilməsi haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2023-cü il
3 noyabr tarixli 2340 nömrəli Fərmanının
icrası ilə əlaqədar qərara alıram:
1. "Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası
Komissiya haqqında Əsasnamənin təsdiq
edilməsi və Dövlət Sirrinin Mühafizəsi üzrə
İdarələrarası Komissiyasının
tərkibi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1999, ¹ 12, maddə 704 (Cild
I) 2-ci hissəsinə "Azərbaycan
Respublikası ekologiya
və təbii sərvətlər nazirinin
müavini" abzasından
sonra aşağıdakı
məzmunda yeni abzas əlavə edilsin:
"Azərbaycan Respublikası
elm və təhsil nazirinin müavini".
2. Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 15 iyul
tarixli 371 nömrəli
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 7, maddə
511 (Cild I) ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın
yayılması ilə
mübarizə üzrə
Proqram"ın 4.4-cü bəndinin
"İcraçı orqan"
sütununda "Milli Elmlər
Akademiyasının" sözləri
"Respublikası Elm və
Təhsil Nazirliyinin tabeliyində" sözləri
ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 3 iyun
tarixli 248 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2005, ¹ 6, maddə 485 (Cild
I) ilə təsdiq edilmiş "Dövlət
sirrinə aid edilən
məlumatların Siyahısı"nda
aşağıdakı dəyişikliklər
edilsin:
3.1. II hissənin 2-ci bəndinin
"Dövlət sirrinə
aid edilən məlumatlar
barədə sərəncam
vermək səlahiyyətinə
malik olan Azərbaycan Respublikasının dövlət
hakimiyyəti orqanları"
sütununa (hər iki halda) "Təhsil" sözündən
əvvəl
"Elm və" sözləri
əlavə edilsin;
3.2. III hissənin 7-ci və 8-ci bəndlərinin "Dövlət
sirrinə aid edilən
məlumatlar barədə
sərəncam vermək
səlahiyyətinə malik olan Azərbaycan Respublikasının dövlət
hakimiyyəti orqanları"
sütununa "Milli" sözündən
əvvəl "Elm və
Təhsil Nazirliyi,"
sözləri əlavə
edilsin;
3.3. IV hissə üzrə:
3.3.1. 12-ci və 14-cü bəndlərin
"Dövlət sirrinə
aid edilən məlumatlar
barədə sərəncam
vermək səlahiyyətinə
malik olan Azərbaycan Respublikasının dövlət
hakimiyyəti orqanları"
sütununa "Təhsil"
sözündən əvvəl
"Elm və" sözləri
əlavə edilsin;
3.3.2. 15-ci,
16-cı, 17-ci və 19-cu bəndlərin
"Dövlət sirrinə
aid edilən məlumatlar
barədə sərəncam
vermək səlahiyyətinə
malik olan Azərbaycan Respublikasının dövlət
hakimiyyəti orqanları"
sütununa "Milli" sözündən
əvvəl "Elm və
Təhsil Nazirliyi,"
sözləri əlavə
edilsin.
4. "Baytarlıq haqqında"
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 22 noyabr
tarixli 316 nömrəli
Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2005, ¹ 11, maddə
1011 (Cild I) 2.10-cu bəndində
"Milli Elmlər Akademiyası"
sözləri "Respublikasının
Elm və Təhsil Nazirliyi" sözləri
ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2006, ¹ 5, maddə
411 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi
haqqında Əsasnamə"nin
9.7-ci bəndində "Milli Elmlər Akademiyası"
sözləri "Respublikasının
Elm və Təhsil Nazirliyi" sözləri
ilə əvəz edilsin.
6. "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi
haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiqi ilə bağlı əlavə tədbirlər barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 17 iyul
tarixli 690 nömrəli
Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2012, ¹ 7, maddə
699 (Cild I) 1.2-ci və
1.3-cü bəndlərində "Milli Elmlər Akademiyası"
sözləri "Respublikasının
Elm və Təhsil Nazirliyi" sözləri
ilə əvəz edilsin.
7. "Azərbaycan Respublikasında
geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət
Tarixi Muzeyinin yaradılması
Konsepsiyası"nın təsdiq
edilməsi haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il 20 oktyabr
tarixli 294 nömrəli
Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2014, ¹ 10, maddə
1179 (Cild I) aşağıdakı
dəyişikliklər edilsin:
7.1. 3.3-cü bənddə "Milli Elmlər
Akademiyası nəzdində"
sözləri "Respublikası
Elm və Təhsil Nazirliyinin tabeliyində"
sözləri ilə əvəz edilsin;
7.2. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasında
geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət
Tarixi Muzeyinin yaradılması
Konsepsiyası"nın 6.4-cü bəndinin birinci cümləsində "Milli Elmlər
Akademiyası" sözləri
"Respublikasının Elm və Təhsil Nazirliyi" sözləri
ilə əvəz edilsin.
8. "Elm haqqında" Azərbaycan
Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 9 avqust
tarixli 1009 nömrəli
Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 8, maddə
1370 (Cild I) aşağıdakı
dəyişikliklər edilsin:
8.1. 2.3-cü bənddən "22.2-ci," sözləri
çıxarılsın;
8.2. aşağıdakı məzmunda
2.3-5-ci bənd əlavə
edilsin:
"2.3-5. həmin Qanunun 22.2-ci maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Elm və Təhsil Nazirliyi həyata keçirir;".
9. Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 26 iyun
tarixli 148 nömrəli
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2018, ¹ 6, maddə
1238 (Cild I) ilə təsdiq edilmiş "Kiçik və orta biznes evlərində
mikro, kiçik və orta sahibkarlıq
subyektlərinə göstərilən
xidmətlərin siyahısı"nın
21-ci hissəsinin "Dövlət
orqanının (qurumunun)
adı" sütununda
"Milli Elmlər Akademiyası"
sözləri "Respublikasının
Elm və Təhsil Nazirliyi" sözləri
ilə əvəz edilsin.
10. Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 11 aprel
tarixli 622 nömrəli
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2019, ¹ 4, maddə
622 (Cild I) ilə təsdiq edilmiş Əlavə 2 - "Xüsusi
dövlət rabitəsi
ilə təmin olunan vəzifəli şəxslərin siyahısı"nda
aşağıdakı dəyişikliklər
edilsin:
10.1. 18.13-cü bəndin sonunda nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz olunsun və aşağıdakı
məzmunda 18.14-cü bənd
əlavə edilsin:
"18.14. Milli Azərbaycan Tarixi Muzeyinin direktoru.";
10.2. aşağıdakı məzmunda
20-1-ci hissə əlavə
edilsin:
"20-1. Azərbaycan Respublikasının
Elm və Təhsil Nazirliyi üzrə:
20-1.1. Geologiya və Geofizika İnstitutunun direktoru;
20-1.2. Akademik Həsən
Əliyev adına Coğrafiya İnstitutunun direktoru.";
10.3. 38.2-ci,
38.3-cü, 38.5-ci və 38.8-ci bəndlər ləğv edilsin.
11. Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 27 mart tarixli
975 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020, ¹ 3, maddə 251 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyi
haqqında Əsasnamə"nin
2.0.9-cu yarımbəndində "Milli Elmlər Akademiyası"
sözləri "Respublikasının
Elm və Təhsil Nazirliyi" sözləri
ilə əvəz edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
14 mart 2024-cü il
Azərbaycan.-2024.-
15 mart, ¹ 58.- S.6.