Baş
nazir Əli Əsədov Albaniya Prezidenti Bayram Beqay ilə görüşüb
Azərbaycan
Respublikasının Baş naziri Əli Əsədov martın
13-də ölkəmizdə səfərdə olan Albaniya
Respublikasının Prezidenti Bayram Beqay ilə
görüşüb.
Görüşdə
X Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulandı,
Albaniya Prezidentinin tədbirin Ümummilli Lider Heydər
Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi
sessiyasında iştirakı yüksək qiymətləndirildi.
Prezident
İlham Əliyevin ötən ilin noyabr ayında Albaniyaya
dövlət səfərinin iki ölkə arasında əlaqələrin
inkişafı baxımından tarixi önəmi qeyd edildi.
Azərbaycan-Albaniya
əməkdaşlığının bir çox sahələrdə
uğurlu inkişafından məmnunluq ifadə olundu,
iqtisadi-ticarət, investisiyaların təşviqi, enerji, kənd
təsərrüfatı, humanitar və digər istiqamətlərdə
əlaqələrin perspektivləri müzakirə edildi.
Azərbaycan.-2024.-
15 mart, № 58.- S.6.