Baş
nazir Əli Əsədov Ümumdünya
Səhiyyə Təşkilatının
Baş direktoru ilə görüşüb
Azərbaycan
Respublikasının Baş naziri Əli Əsədov martın
14-də Ümumdünya Səhiyyə Təşkilatının
Baş direktoru Tedros Adhanom Qebreyesusla görüşüb.
Görüşdə
müasir dünyanı narahat edən məsələlərin
müzakirəsi üçün nüfuzlu platforma olan XI
Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb.
Forumun panellərindən
birinin səhiyyə məsələlərinə həsr
olunması xüsusilə qeyd edilib.
Azərbaycan
Respublikası ilə Ümumdünya Səhiyyə Təşkilatı
arasında uzunmüddətli səmərəli əməkdaşlığın
səviyyəsindən məmnunluq ifadə olunub.
Ə.Əsədov
Azərbaycanda səhiyyə sistemində aparılan
köklü islahatlar barədə söhbət açıb.
Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən
müəyyən edilmiş dövlət siyasətinin
prioritetlərindən biri səhiyyənin inkişafı, əhalinin
dünya standartlarına uyğun keyfiyyətli və əlçatan
tibbi xidmətlərlə təmin olunmasıdır.
Azərbaycanda
səhiyyə sahəsində həyata keçirilən proqram
və layihələrin Ümumdünya Səhiyyə Təşkilatının
prioritet istiqamətləri və BMT-nin Davamlı
İnkişaf Məqsədləri ilə üst-üstə
düşdüyü vurğulanıb.
Həmçinin
Azərbaycan Respublikası ilə Ümumdünya Səhiyyə
Təşkilatı arasında əməkdaşlığın
perspektivləri müzakirə olunub.
Görüşdə
Azərbaycan Respublikasının səhiyyə naziri Teymur
Musayev iştirak edib.
Azərbaycan.-2024.-
15 mart, № 58.- S.6.