Baş
nazir Əli Əsədov BMT-nin
İİV/QİÇS üzrə Birgə Proqramının icraçı direktoru ilə görüşüb
Azərbaycan
Respublikasının Baş naziri Əli Əsədov martın
14-də BMT-nin İnsanın
İmmunçatışmazlığı
Virusu/Qazanılmış İmmun
Çatışmazlığı Sindromu üzrə Birgə
Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima ilə
görüşüb.
Görüşdə
V.Byanyimanın XI Qlobal Bakı Forumunda iştirakının
önəmi qeyd olunub.
Azərbaycanın
BMT-nin müxtəlif təsisatları, ö cümlədən
UNAIDS ilə yaxından əməkdaşlıq etdiyi və
onların fəaliyyətini dəstəklədiyi
vurğulanıb.
İİV/QİÇS
ilə mübarizənin Azərbaycanın milli səhiyyə
strategiyasının əsas istiqamətlərindən biri
olduğu bildirilib.
Diqqətə
çatdırılıb ki, 2006-cı ildən başlayaraq
Nazirlər Kabineti tərəfindən hər 5 illik dövr
üçün İİV/QİÇS ilə mübarizə
üzrə Tədbirlər Proqramı qəbul edilir.
Proqramların hazırlanması Ümumdünya Səhiyyə
Təşkilatı, UNAIDS və Qlobal Fondun tövsiyələri
əsasında və onların dəstəyi ilə həyata
keçirilir.
Görülən
tədbirlər nəticəsində Azərbaycanın yoluxma səviyyəsi
aşağı olan ölkələr sırasında yer
aldığı qeyd edilib.
Həmçinin
Azərbaycan Respublikası ilə UNAIDS arasında əməkdaşlıqla
bağlı məsələlər nəzərdən
keçirilib.
Görüşdə
Azərbaycan Respublikasının səhiyyə naziri Teymur
Musayev iştirak edib.
Azərbaycan.-2024.-
15 mart, № 58.- S.6.