Azərbaycan
Respublikası Prezidentinin
2004-cü il 10 dekabr tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
gömrük orqanlarında
ali xüsusi rütbəli vəzifələrin
siyahısı"nda dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il
10 dekabr tarixli 155 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, № 12, maddə 1001 (Cild
I) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının gömrük
orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı"na
"Azərbaycan Respublikası
Dövlət Gömrük
Komitəsi sədrinin
müavini - gömrük
xidməti general-leytenantı"
abzasından sonra aşağıdakı məzmunda
yeni abzas əlavə edilsin:
"Azərbaycan Respublikası
Dövlət Gömrük
Komitəsi Aparatının
rəhbəri - gömrük
xidməti general-mayoru".
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 mart
2024-cü il
Azərbaycan.-2024.-
15 mart, № 58.- S.6.