Böyük
Britaniya parlamentinin Lordlar Palatasının və Azərbaycanla dostluq qrupunun üzvü Baronessa Manzila Uddindən
Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab
İlham Əliyevə
Zati-aliləri.
Seçkilərdə qələbəniz münasibətilə
Sizi təbrik etməkdən böyük
məmnunluq duyuram. Bu, Sizin Azərbaycana
və xalqınıza
çox uğurlu xidmətinizin və liderliyinizin təsdiqidir.
Sizinlə Londonda
görüşməyimi və
ya ən yaxın zamanda Azərbaycana səfər etməyimi səbirsizliklə
gözləyirəm.
Müqəddəs Ramazan
ayının başlaması
münasibətilə Zati-alinizə
və xanım Mehriban Əliyevaya ən xoş arzularımı çatdırıram.
Sizə və Azərbaycan xalqına Allahdan firavanlıq və əmin-amanlıq diləyirəm.
Hörmətlə,
Baronessa Manzila
Uddin
Böyük Britaniya
parlamentinin Lordlar Palatasının
və Azərbaycanla
dostluq qrupunun üzvü
Azərbaycan.-2024.-
15 mart, № 58.- S.6.