Qlobal
Bakı Forumunda müharibə və sülh mövzusunda müzakirələr aparılıb
XI Qlobal Bakı Forumu
Martın 14-də işə
başlayan XI Qlobal Bakı Forumunun ikinci panel iclasında “Müharibə və sülh: Realpolitikin geri dönüşü” mövzusunda müzakirələr
aparılıb.
AZƏRTAC xəbər verir ki, panel iclasına Gürcüstanın
Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili
moderatorluq edib.
Azərbaycanın idarəçilik,
mürəkkəb bir
vəziyyətdə manevr
etmək bacarığı
göstərdiyini deyən
Eka Tkeşelaşvili ölkəmizin,
eyni zamanda, beynəlxalq səviyyədə
də öz səylərini əsirgəmədiyini
diqqətə çatdırıb.
Bildirib ki, Azərbaycan
planetin gələcəyi
ilə bağlı xüsusi töhfəyə
malikdir.
Panel iclasında çıxış
edən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviç bildirib ki, Ukrayna və Qəzzada olan müharibələr realpolitikin
qayıdışının vacibliyini ortaya çıxarır. “Realpolitikin
verdiyi fürsətlərdən
yararlanmaq, boşluqları
üzə çıxarıb
beynəlxalq münasibətləri
məqbul istiqamətə
çəkməliyik. Beynəlxalq
münasibətlər ona
dəlalət edir ki,
biz öz bacarıqlarımızı,
potensial vərdişlərimizi
gücləndirməli, təkcə
mövcud vəziyyət
üçün deyil,
gələcək üçün
də üfüqləri
üzə çıxarmalıyıq.
Burada maraqların toqquşması qeyri-sabitliyə
yol açır. Beynəlxalq təşkilatlarda
siyasəti elə qurmalıyıq ki, orada missiyaların yerinə yetirilməsinə nail olaq.
Hazırda cəmiyyət
ən çətin taleyüklü dövrünü
yaşayır, fərdi
və kollektiv seçim arasında qalmışıq. Buna görə
narahatlığımızı ifadə edirik. Beynəlxalq aləmdə realpolitikin alətləri işlək olmalıdır,
əks halda, hazırkı vəziyyət
tənəzzülə səbəb
olacaq və həmin tənəzzül
daha da dərinləşəcək”,
- deyə o əlavə
edib.
Azərbaycanın xarici işlər naziri Ceyhun
Bayramov çıxışında hazırkı beynəlxalq
münasibətlər sistemində
mövcud böhran və çağırışları
anlamaq, habelə onlara cavab vermək
üçün birinci
növbədə müasir
sistemin necə çalışdığını, eyni zamanda, öncəki
sistemlərdən necə
fərqləndiyini düzgün
başa düşməyin
vacib olduğunu qeyd edib.
İllər öncə
qlobal təhdidlərlə
mübarizə üçün
bir sıra mövcud alətlərin,
o cümlədən beynəlxalq
təşkilatların bu
gün yalnız məhdud sayda ölkənin maraqlarının
ifadə olunması ilə selektiv yanaşma nümayiş etdirməsinin sözügedən
mexanizmləri qeyri-effektiv
etməklə yanaşı,
onlara inamın sarsılmasına gətirib
çıxardığı vurğulanıb.
Müasir beynəlxalq
münasibətlər sisteminin
öz milli maraqları,
narahatlıqları olan
çoxsaylı müstəqil
ölkələrdən, yerləşdikləri
bölgədə regional aktor,
habelə “orta dövlət”ə çevrilən aktorlardan ibarət olduğu reallığının dərk
edilməsinin əhəmiyyəti
diqqətə çatdırılıb.
Hazırkı beynəlxalq
münasibətlər konyunkturunda
mövcud beynəlxalq
instrumentlərin özünü
doğrultmaması fonunda
ölkəmizin regional əməkdaşlığın
inkişafına, xüsusilə
qonşu dövlətlərlə
tərəfdaşlığın möhkəmləndirilməsinə əhəmiyyət verdiyi vurğulanıb.
ABŞ Milli Təhlükəsizlik
Şurasının Beynəlxalq
təşkilatlar üzrə
sabiq baş direktoru Hyu Duqan
çıxışında bildirib ki, realpolitikdən
irəli gələn idealizm daha çox
tələyə oxşayır.
Bu, dünyanı avtoritar rejimdə işləməyə məcbur
edir.
Latviyanın sabiq
Prezidenti Valdis Zatlers isə birtərəfli realpolitikin
dəyişməli olduğunun
vacibliyini diqqətə
çatdıraraq deyib:
“Bu, balanslaşdırılmış
şəkildə olmalıdır.
Realpolitiki balanslı şəkildə istifadə
etməliyik”.
Türk Dövlətləri
Təşkilatının Ağsaqqallar
Şurasının sədri,
Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım
uğurla həyata keçirilən Bakı-Tbilisi-Qars
layihəsinin İpək
yolunun tərkib hissəsi olmaqla yanaşı, realpolitikin nəticəsi olduğunu diqqətə çatdırıb.
Həyata keçirilən
layihə nəticəsində
regionda savaş əvəzinə, iqtisadi əməkdaşlıq yarandığını
deyən B.Yıldırım
qeyd edib: “Biz bu layihə
ilə regiona sabitlik gətirdik. Bu, dünya miqyasında yaxşı bir nümunə ola bilər”.
Azərbaycanın 30 il erməni təcavüzündən əziyyət
çəkdiyini vurğulayan
Binəli Yıldırım
deyib: “Azərbaycanla həmrəyliyimizi nümayiş
etdirdik. “Bir millət, iki dövlət” prinsipini rəhbər tutaraq əməkdaşlığımızı gücləndirdik. Beləliklə,
Azərbaycanın ərazi
bütövlüyünün bərqərar olmasında
bütün siyasi iradəmizi nümayiş etdirdik. Artıq Qafqaz regionuna sülh, sabitlik və rifah gəlib.
Biz də Cənubi Qafqazda sülhün bərqərar
edilməsinin tərəfdarıyıq”.
Çex Respublikasının
sabiq xarici işlər naziri Jan Kavan qloballaşmanın
münaqişələrə gətirib çıxardığını
və onların bir-biri ilə bağlı olduğunu qeyd edib. Vurğulanıb
ki, böyük güclərin bu prosesə qatılması mənfi haldır.
BMT Baş Assambleyasının
67-ci sessiyasının sədri,
2007-2012-ci illərdə Serbiya
xarici işlər naziri Vuk Yeremiç
bildirib ki, realpolitik hər zaman bizimlə olsa da, müxtəlif
zamanda fərqli mənalar daşıyıb.
“BMT ilə bağlı
suallar qarşımızda
daim durmaqdadır. Biz BMT-ni fəaliyyətsizliyinə
görə nə qədər tənqid etsək də, bu, çox mühüm təşkilatdır.
Mən onun gələcəyinə inanıram.
BMT-nin gücünü
artırmalıyıq. Bu
da özlüyündə
dünyanın bərpasına
gətirib çıxaracaq”,
- deyə V.Yeremiç
əlavə edib.
Fransa Senatının
üzvü Natali Qule beynəlxalq hüququn işləmədiyini,
hər kəsin öz məqsədlərinə
görə çalışdığını
diqqətə çatdırıb.
O, realpolitikin müəyyən
lobbiçilik tərəfindən
güdüldüyünü də vurğulayıb. N.Qule Fransada Azərbaycana qarşı toksik lobbiçiliyin olduğunu da diqqətə çatdırıb.
Azərbaycan.-2024.-
15 mart, ¹ 58.- S.7.