Qlobal
Bakı Forumunun üçüncü plenar
iclası “Qlobal idarəetməni düzəltmək”
mövzusuna həsr olunub
Martın 14-də işə
başlayan XI Qlobal Bakı Forumunun ilk günündə son “Qlobal idarəetməni
düzəltmək” mövzusuna
həsr olunub.
AZƏRTAC xəbər verir ki, panel
iclası Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziyanın
moderatorluğu ilə
keçirilib.
Tədbirdə çıxış
edən İslandiyanın
sabiq Prezidenti Olafur Ragnar Grimsson
Bakıda olduğu vaxtda çox aydın çağırışlar
eşitdiyini söyləyib.
O, beynəlxalq ictimaiyyətin
cavablarının düzgün
səsləndirilməsini təqdirəlayiq
hal kimi qiymətləndirib.
BMT-nin parçalanan
dünya haqqında düşünmədiyini vurğulayan
forum iştirakçısı
qeyd edib: “Bizim əsas məqsədimiz indiki vəziyyətdə qarşıda
duran çətinlikləri
aradan qaldırmaqdır.
Pozuntuların, ədalətsizliyin
qarşısının alınması
üçün tədbirlər
görməliyik".
O, Avropa İttifaqının
izolyasiya, millətçilik
siyasətinin dözümsüzlüyə
gətirib çıxardığını
da diqqətə çatdırıb.
Avropa Mərkəzi
Bankının sabiq prezidenti Jan-Klod Trişe çıxışında
hazırda dünyada çox həssas dövr olduğunu deyib. Bildirib ki, bu da
böhranların yaranmasına
səbəb olur. “Biz hələ də onların fəsadlarını yaşamaqdayıq.
Qarşıdakı böhranların
öhdəsindən gəlmək
üçün biz çox fəal işləməliyik.
BMT Baş Assambleyasının
73-cü sessiyasının prezidenti
Maria Fernanda Espinoza isə vurğulayıb ki, bu gün
biz iqlim dəyişiklikləri, yoxsulluq,
təhlükəsizlik, müharibələrin
alovlanması, bərabərsizlik,
maliyyə böhranları
kimi yeni çağırışlar meydana
çıxır. Geosiyasi
miqyas da dəyişib. Biz çoxqütblü dünyada
yaşayırıq, güclər
isə fərqli paylanıb. Hazırda beynəlxalq təsisatlar da tam şəkildə
dəyişib. Buna BMT
sistemi nümunəsində
şahid olmaq mümkündür. Qarşımızda
duran əsas məsələlərdən biri
pessimizmdir. Biz ağıllı nikbinlik sərgiləməliyik. Həmçinin
gələcək üçün
yol xəritəsi hazırlamalıyıq.
Nobel Sülh mükafatı
laureatı Məhəmməd
Yunus dünyanın özü-özünü dağıtdığını
və bu sistemin bərpasının
təhlükəli olduğunu
diqqətə çatdırıb.
O deyib: “Dünyanı
düzəltmək bizim
əlimizdədir. Bunun
üçün biz birləşməliyik, yeni
iqtisadiyyat formalaşdırmalıyıq”.
BMT-nin Qaçqınlar
üzrə Ali Komissarının müdafiə
məsələləri üzrə
köməkçisi Ruvendrini
Menikdivela dünyada qaçqın və məcburi köçkünlərin
sayının 100 milyondan
çox olduğunu, bunun əsasən müharibələr, böhranlar,
münaqişələr, fəlakətlər
səbəbindən baş
verdiyini diqqətə
çatdırıb. Əksər
qaçqınlar Afrikadan
axın edir. Ölkələrini tərk
etmək məcburiyyətində
qalanların 60 faizi azgəlirli ölkələrdəndir.
İlk növbədə,
qaçqın və məcburi köçkünlərin
doğma torpaqlarına
qayıtmasına çalışmalıyıq.
Qaçqın və məcburi köçkünlərin
sayının ilbəil
artması beynəlxalq
yardımın paylanmasına
da mənfi təsir göstərir.
BMT Baş Assambleyasının
77-ci sessiyasının prezidenti
Tsaba Körösi qeyd edib ki,
BMT Təhlükəsizlik Şurasının
özü də bir problemə çevrilib. “Təhlükəsizlik
Şurası da vəzifələrlə yüklənir.
Biz strateji planlar baxımından kasadıq. Bu da təhlükəli vəziyyətə gətirib
çıxarır”, - deyə
o əlavə edib.
İsveçrə Konfederasiyasının
sabiq Prezidenti Mişelin Kalmi-Reyin sözlərinə görə,
dünyanın dəyişməsi
böyük güclərdən
asılıdır. “Biz
bu gün ikili standartlarla üzləşirik. Böyük
güclər hərbi
düşüncəli olaraq
öz iqtisadi maraqlarını güdür",
- deyə sabiq Prezident bildirib.
Mişelin Kalmi-Rey
BMT Baş Assambleyasının
bir çox problemin həllini tapa bilmədiyini vurğulayaraq deyib: “BMT cari işlərin öhdəsindən gələ
bilmir. Bunun həlli üçün biz ümumi razılığa gəlməliyik”.
Bununla da XI Qlobal Bakı Forumunun ilk gününün
müzakirələri başa
çatıb.
Azərbaycan.-2024.-
15 mart, ¹ 58.- S.7.