Prezident
İlham Əliyevin XI
Qlobal Bakı Forumundakı çıxışı
dünya mediasının
diqqət mərkəzində
olub
XI
Qlobal Bakı Forumu
Bakıda keçirilən
“Parçalanmış dünyanın
bərpası” mövzusunda
XI Qlobal Bakı Forumu dünya mediasının diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələrin
mətbu orqanlarında
Azərbaycan Prezidenti
İlham Əliyevin Forumdakı
çıxışından sitatlar verilib.
Rusiyanın “News.ru” nəşri
Prezident İlham Əliyevin
Fransanın Azərbaycanın
ərazi bütövlüyünü
bərpa etməsinə
qeyri-adekvat reaksiyasını
pisləməsindən yazıb.
Sayt dövlətimizin başçısına
istinadla qeyd edib: “Burada beynəlxalq
reaksiya haqqında danışarkən mən
bir ölkənin mövqeyini təəssüflə
qeyd etməliyəm.
Bu mövqe beynəlxalq
ictimaiyyətin yanaşması
ilə ziddiyyət təşkil edir. Bu ölkə Fransadır”.
“Vestnik
Qafqaza” agentliyi Azərbaycan Liderinin
“İndi biz Ermənistanla heç
vaxt olmadığımız
qədər sülhə
yaxınıq. Cənubi
Qafqazın müstəqillik
tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb” fikirlərini önə çıxararaq, Fransanın
regionda sülhün bərqərar olması prosesinə maneə törətdiyini vurğulayıb.
Prezident İlham Əliyevin
Forumda çıxışına
həsr olunmuş materialda, həmçinin bildirilir ki, rəsmi Bakı ermənilərin birtərəfli qaydada Qarabağa qayıtmaları
ilə razılaşmır.
Nə qədər ki,
Makron erməni revanşizmini dəstəkləyir,
Fransa vasitəçi statusuna
namizəd ola bilməz
və beləliklə,
Aİ-nin Azərbaycan-Ermənistan
münasibətlərinin nizamlanması
prosesində iştirakı
şansı azalır.
TASS, “RBK” agentlikləri, “Arqumentı
i faktı”, “Lenta.ru”,
“Qazeta.ru” və digər
nəşrlər Azərbaycan
Prezidentinin çıxışında
sülhə çağırışların
olmasından yazıblar.
Dövlətimizin başçısının
Azərbaycanın Qarabağ
məsələsi öz
həllini tapdıqdan
sonra sülh prosesini davam etdirməyə hazır olması və indi regionda düşmənçiliyə
son qoymaq vaxtının
yetişməsi barədə
dediklərini oxuculara çatdırıblar.
Dövlətimizin başçısının
Forumun açılış
mərasimindəki çıxışı
İran mətbuatının da diqqət mərkəzində
olub. Bu ölkənin
“Tasnim”, İSNA, “Hayat”, “Donya-e-eqtesad”. “Shahrarnews” saytlarında yayımlanan materiallarda Azərbaycan Prezidentinin regionda sülh və sabitliyin yaradılması istiqamətində
iş apardığı
qeyd olunur. Dövlətimizin başçısının
“İndi biz Ermənistanla heç
vaxt olmadığımız
qədər sülhə
yaxınıq” fikrinə
diqqət çəkən
media qurumları Azərbaycan
Prezidentinin sülh danışıqlarını davam
etdirməyə hazır
olduğunu bildirdiyini qeyd ediblər.
Məqalələrdə, eyni zamanda, diqqətə çatdırılır ki, Azərbaycan
Prezidentinin təşəbbüsü
ilə keçirilən
Forum rəsmi Bakının
sülhməramlı niyyətindən
xəbər verir.
Vurğulanır ki, Qlobal
Bakı Forumu
2013-cü ildən Beynəlxalq
Nizami Gəncəvi Mərkəzinin
təşkilatçılığı ilə keçirilir. Bu möhtəşəm beynəlxalq
müzakirə platformasında
dünyanın 70 ölkəsindən
350-dən çox nümayəndə
iştirak edir. Onların arasında tanınmış siyasi, mədəniyyət, elm xadimləri
var. Forumun işinə
80-dən çox sabiq
prezident və Baş
nazir qatılıb.
Forumda dünyanı
narahat edən problemlər və onlardan çıxış
yolları müzakirə
olunur. Müasir dövrdə geosiyasi gərginliyin artdığı
bir zamanda belə tədbirlər olduqca əhəmiyyətlidir.
Prezident İlham Əliyevin
XI Qlobal Bakı Forumunun açılış
mərasimindəki çıxışı
Ukraynanın kütləvi
informasiya vasitələrində
geniş işıqlandırılıb.
“TCN.ua”, “Antikor”, “Yevropeyska Pravda”,
“Kurs Ukraini”, “Pravda”, “Ren.tv”, “Ukr.net” və digər xəbər saytlarında dərc olunan məqalələrdə dövlətimizin
başçısının Forumun açılışındakı
çıxışında Ermənistanla sülh danışıqlarına dair
fikirləri yer alıb. Prezident İlham Əliyevin sitatına istinadla qeyd edilib ki, indi Azərbaycan Ermənistanla
sülhə heç vaxt görünmədiyi qədər yaxındır.
“Cənubi Qafqazda müstəqillik tarixində
sülh bu qədər yaxın olmamışdır. Bu da İkinci
Qarabağ müharibəsinin
nəticəsidir”, - deyə
məqalələrdə Azərbaycan
Prezidentinin fikirlərinə
istinadla vurğulanıb.
Daha sonra dövlətimizin başçısının fikirlərinə
istinadla qeyd olunub ki, Bakı İrəvanla sülh prosesini davam etdirməyə hazırdır.
Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər
bərpa olunub. Azərbaycan sülhün əldə olunmasını
istəyir. Azərbaycan
tarixi ədaləti və beynəlxalq hüququ bərpa edib. Bu regionda düşmənçiliyə son qoymağın vaxtı çatıb.
Bundan başqa
qardaş Türkiyə
mediasında da Prezident
İlham Əliyevin Forumun
açılış mərasimində
söylədiyi fikirlərə
geniş yer verilib.
Anadolu Agentliyi, “TRT”, “Hürriyet”, “Haber Türk”,
“Haber Global”, “Sondakika.com”, “Akşam” və bir sıra
digər media qurumları
dövlətimizin başçısının
fikirləri əsasında
informasiyalar hazırlayıblar.
Anadolu Agentliyində dərc olunan xəbərdə Azərbaycan Prezidentinin bu fikirləri yer alıb: “İndi biz Ermənistanla heç vaxt olmadığımız
qədər sülhə
yaxınıq. Cənubi
Qafqazın müstəqillik
tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb”.
Azərbaycan Prezidentinin
çıxışının geniş işıqlandırıldığı
xəbərdə dövlətimizin
başçısına istinadla
qeyd edilib: “Sonuncu antiterror əməliyyatı
zamanı bizim ağır texnika və zirehli maşınlar da daxil olmaqla məhv edilmiş və qənimət olaraq götürülmüş hərbi
sursatların dəyəri
bir milyard dollara yaxın olmuşdur. İkinci Qarabağ müharibəsi
zamanı hərbi qənimətlər və
məhv edilmiş texnikanın, sursatın dəyəri 5 milyard dollara yaxın idi”, “Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik və indi regionda
düşmənçiliyə son qoymaq vaxtı yetişib”. Eyni zamanda, Prezident İlham Əliyevin tədbir iştirakçılarına Fransanın
Azərbaycana qarşı
mövqeyi, sanksiya cəhdləri və Evian şəhərində Natəvanın
heykəlinə qarşı
törədilmiş vandalizm
aktları barədə
məlumat verdiyi bildirilib.
“TRT” Azərbaycan Prezidentinin çıxışına dair
xəbəri “Aliyev: Cənubi
Qafqazda sülh bu qədər yaxın olmamışdır”
sərlövhəsi ilə
yayımlayıb.
Xəbərdə Prezident
İlham Əliyevin İkinci
Qarabağ müharibəsinə
aparan proseslər, bundan sonra həyata
keçirilən antiterror tədbirləri,
Azərbaycan torpaqlarının
çoxillik işğalından
sonra azad olunması ilə tarixi ədalətin bərpası, bu istiqamətdə uzun illər davam edən uğursuz danışıqlar prosesi,
hazırda Azərbaycanın
sülh prosesini davam etdirməyə hazır olduğu kimi fikirlər yer alıb.
Məqalənin “Fransanın
bütün səyləri
boşa çıxdı”
yarımbaşlıqlı hissəsində
dövlətimizin başçısının
fikirlərinə istinadən
Fransanın Azərbaycana
qarşı nümayiş
etdirdiyi qərəzli
mövqedən, bu ölkədə Natəvanın
heykəlinə qarşı
törədilmiş vandalizm
aktı və hazırda abidənin Azərbaycanın Mədəniyyət
Mərkəzinin həyətinə
yerləşdirilməsindən bəhs edilib.
“Hürriyet” qəzetində dərc olunan “Əliyevdən sülh mesajı” sərlövhəli yazıda
dövlətimizin başçısına
istinadla Azərbaycanın
sülh prosesini davam etdirməyə hazır olduğu vurğulanıb, “Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində
görüşlər bərpa
olunub və indi biz düşünürük
ki, sülhə nail olmaq
mümkündür. Biz bunu
istəyirik”, “...indi regionda düşmənçiliyə
son qoymaq vaxtı yetişib” kimi fikirlər oxucuların diqqətinə çatdırılıb.
Məqalə “Sülhə
daha yaxınıq”, “Düşmənçiliyə son verməyin vaxtı yetişib”, “Fransaya reaksiya” adlı yarımbaşlıqlarla yayımlanıb.
Qeyd olunub
ki, Azərbaycan Prezidenti
1990-cı illərin əvvəllərində
Fransa ilə Azərbaycan
arasında münasibətlərin
müsbət istiqamətdə
inkişaf etdiyini,
Fransa hökumətinin İkinci
Qarabağ müharibəsinə
və antiterror əməliyyatına
reaksiyasının tamamilə
qeyri-adekvat olduğunu
bildirib.
“Haber Türk” saytında yayımlanan xəbərdə Prezident
İlham Əliyevin XI Qlobal
Bakı Forumundakı çıxışı zamanı
hazırda Azərbaycanın
Ermənistanla sülhə
heç vaxt görünmədiyi qədər
yaxın olduğu, Cənubi Qafqazda bərpa edilən ədalət, İkinci Qarabağ müharibəsi,
antiterror əməliyyatı, İkinci Qarabağ müharibəsində götürülmüş
hərbi qənimətlər,
onların dəyərinin
beş milyard ABŞ dollarına yaxın olması, rəsmi Bakının regionda ədavətə son qoymaq,
sülhə nail olmaq istiqamətində göstərdiyi
səylər, Fransanın
ölkəmizə qarşı
qərəzli münasibəti
kimi mövzulara toxunduğu bildirilib.
“Haber Global”,
“Sondakika.com”, “Akşam” saytlarında
Anadolu Agentliyinə istinadla
dərc olunan yazılarda dövlətimizin
başçısının İkinci Qarabağ müharibəsi, bu dövrə qədər uzun illər davam edən danışıqlar prosesi,
antiterror tədbirləri, Azərbaycan
torpaqlarının uzun
illər işğal altında qalması, bölgədə tarixi ədalətin bərpası,
Fransada Natəvanın
heykəlinə qarşı
törədilmiş vandalizm
aktı ilə bağlı fikirlər yer alıb.
“Ekonomim”, “İHA” və
“Beyaz gəzet” portalları isə Azərbaycan Prezidentinin bu fikirlərini oxuculara çatdırıblar:
“Bizim ərazi bütövlüyümüzün bərpasına gəldikdə,
Fransa öz ərazi bütövlüyünü
bərpa etmiş Azərbaycanı cəzalandırmağa
çalışır”, “İndi
regionda düşmənçiliyə
son qoymaq vaxtı yetişib”, “Biz 2020-ci ilin sentyabr-noyabr aylarında onlara dərs vermək məcburiyyətində
olduq və düşündük ki, bu dərs onlara
kifayət edəcək”,
“Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər
bərpa olunub və indi biz
düşünürük ki, sülhə nail olmaq mümkündür.
Biz bunu istəyirik”, “...çünki
1990-cı illərin əvvəlindən
Azərbaycan və Fransa arasında münasibətlər müsbət
istiqamətdə inkişaf
edib”, “Lakin Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və
antiterror əməliyyatına
münasibəti tamamilə
qeyri-adekvat oldu” və sair.
XI Qlobal Bakı
Forumunun ilk günü Türkiyənin
televiziya kanallarında
da geniş işıqlandırılıb.
Prezident İlham
Əliyevin Forumun açılış mərasimindəki
çıxışı, həmçinin Gürcüstanın
aparıcı informasiya
portallarının, radio
və televiziyalarının
diqqət mərkəzində
olub.
“İnterpressnews.ge”, “1tv.ge”, “realnews.ge”, “24news.ge”,
“interpress.ge”, “radiotavisupleba.ge”, “ambebi.ge”, “newshub.ge” portallarının yaydığı
materiallarda Azərbaycan
Prezidentinin Qlobal Bakı Forumu, Ermənistanla sülh müqaviləsinin əhəmiyyəti
və imkanlarla bağlı fikirləri yer alıb.
“İnterpressnews.ge” portalı Prezident İlham Əliyevin bu fikirlərinə diqqət
çəkib: “İndi
biz Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxınıq.
Cənubi Qafqazda müstəqillik tarixində
sülh bu qədər yaxın olmamışdır. Bu da İkinci Qarabağ müharibəsinin
nəticəsidir”.
Yazıda, həmçinin
bildirilib ki, Azərbaycan Ermənistanla
sülh danışıqlarını
davam etdirməyə hazırdır, çünki
regionda qeyri-sabitliyə
son qoymağın vaxtı yetişib.
“1tv.ge”
ictimai televiziyasının yaydığı məlumatda isə
deyilir: “Azərbaycanın ərazi bütövlüyü və
suverenliyinin bərpası həll olunmaz görünən
münaqişələrin həlli üçün çoxlu
müsbət nəticələr verəcək”. Qeyd edilib ki,
Cənubi Qafqaz regionunda baş verən dəyişikliklər
yerli xarakterli görünə bilər,
lakin, əslində, onların daha geniş nəticələri
var, çünki son bir ildə
əsas geosiyasi dəyişiklik Azərbaycanın
ərazi bütövlüyü
və suverenliyinin tam bərpası olub. “Bu, həll
olunmayan kimi görünən münaqişələrin
həlli üçün
bir model olaraq istifadə edilə bilər. Cənubi Qafqazın müstəqillik tarixində
heç vaxt sülh bu qədər
yaxın olmayıb. Bu, İkinci Qarabağ müharibəsinin
nəticəsidir”, - deyə
məlumatda vurğulanıb.
“RealNews.ge” portalı Azərbaycan Prezidentindən
sitat gətirərək
yazır ki, Fransada Natəvanın heykəlinə qarşı
vandalizm aktı ikili standartların nümayişidir.
AZƏRTAC-a istinadla yayılan
materialda deyilir: “Bir neçə ay sərf etməli
olduq ki, həmin abidəni (Natəvanın vandalizm aktına məruz qalmış heykəlini –
red.) Eviandan götürüb Azərbaycanın
Mədəniyyət Mərkəzinin
həyətinə gətirib
orada yerləşdirək.
Hazırda Natəvanın
abidəsi oradadır.
Dövlətimizin başçısının
çıxışına istinadla deyilir: “Bu, suverenliyimizi bərpa etdikdən sonra üzləşdiklərimizin
bir nümunəsidir. Bu, ikili standartların
göstəricisidir”.
Fransanın Ukraynaya
ərazi bütövlüyünü
bərpa etməyə
kömək üçün
hərbi qüvvələrini
göndərməsi ilə
bağlı bəyanatına
toxunan Prezident İlham Əliyev vurğulayıb ki, Fransa öz ərazi bütövlüyünü
bərpa etmiş Azərbaycanı cəzalandırmağa
çalışır.
Digər portalların
Azərbaycan, gürcü
və rus dillərində yaydıqları
materiallarda ölkəmizin
sülh çağırışları,
dünya iqtisadiyyatına,
mədəniyyətinə verdiyi
töhfələr, eyni
zamanda, Ermənistanla sülh müqaviləsinin
imzalanması, regionda sülhün və sabitliyin bərpa olunması üçün
gördüyü işlər
barədə oxuculara məlumatlar verilir.
Qeyd edək
ki, XI Qlobal Bakı Forumuna dair materiallar,
həmçinin Misir və
Mərakeş portallarında da yayımlanıb.
Azərbaycan.-2024.- 15 mart, ¹ 58.- S.8.