Avropa ParlamentininAvropa İttifaqı Ermənistan arasında daha yaxın əlaqələr Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyacadlı 2024-cü il 13 mart tarixli qətnaməsinə Azərbaycan Respublikası Milli Məclisinin münasibəti

 

Avropa Parlamenti 2024-cü il martın 13-də qəbul etdiyi qətnamə ilə növbəti dəfə Azərbaycana qarşı olan açıq qərəzini nümayiş etdirib. Görünən odur ki, Avropa xalqlarının problemləri, qarşılaşdıqları çağırışlarla məşğul olmaq əvəzinə, Avropa Parlamenti artıq tam şəkildə erməni lobbisinin, Azərbaycanofob, islamofob, şovinist irqçi qüvvələrin qanuni təmsilçisinə çevrilib.

Avropa Parlamentinin ötən illər ərzində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini sözdə belə olsa tanımaqdan, dəstəkləməkdən inadla imtina etməsinin dəfələrlə şahidi olmuşuq. Lakin ölkəmizin ərazi bütövlüyünə suverenliyinə qarşı aparılan indiki kampaniya Avropa Parlamentinin artıq riyakarlığı ikiüzlülüyü bir kənara qoyaraq, Azərbaycana qarşı birmənalı şəkildə hücuma keçdiyini göstərir. 

Qətnamədə Azərbaycana qarşı səsləndirilən açıq təhdidlər tələblər, tabutuna mismar vurulmuş separatçılara göstərilən aşkar dəstək onları diriltmək cəhdləri, Ermənistanın şərti sərhəddəki hərbi təxribatlarının bilərəkdən görməzdən gəlinməsi, Fransanın Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışan addımlarınınorduya islahat dəstəyikimi qələmə verilməsi digər bir çox məqamlar məhz bunun sübutudur.

Absurd olan başqa bir məsələ isə bundan ibarətdir ki, Avropa Parlamenti Azərbaycana qarşı bu hücumunusülh sazişinə ehtiyacadı altında pərdələməyə cəhd edir. Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların aparıldığı bir vaxtda tamamilə proseslərin mahiyyətinə zidd olan bu qətnamə, əksinə, “sülh sazişinə zərbəkimi xarakterizə olunmalıdır.

Avropa Parlamentinə bildiririk ki, onun belədəstəyinəqətiyyən ehtiyac yoxdur tövsiyə edirik ki, özsəylərinibaşqa istiqamətlərə yönəltsin.

 

Azərbaycan.-2024.- 15 mart, ¹ 58.- S.9.