Hayastanda
separatizm yenə baş qaldırır
Fransa bu ölkəni acınacaqlı vəziyyətə
sürükləyir
Ötən il cəmi 23 saata həyata keçirilən
antiterror tədbirləri
ilə məhv edilən, sentyabrın
28-də özünü buraxdığını
elan edərək
2024-cü il yanvarın
1-dən fəaliyyətini tam
dayandırdığını bildirən Qarabağdakı
qondarma rejim son günlər Hayastanda yenidən baş qaldırmağa cəhd edir.
Özü-özünü ləğv edən qondarma rejimin nümayəndələri indi
də beynəlxalq aləmə çıxmağa
çalışırlar. Onlar
Ermənistanda fəaliyyət
göstərən xarici
ölkə səfirliklərinin
nümayəndələri ilə
görüşməyə təşəbbüs göstərirlər.
Bununla da, əslində, özlərinin
mövcud olduğunu göstərməyə çalışırlar.
Özlərinə bu şəkildə ayrı-ayrı
dövlətlərin, hansısa
beynəlxalq qurumların
nəzərində status
qazanmağa can atırlar ki, guya onlar məcburiyyətdən
belə bir addım atıblar.
Yəni erməni
xisləti yenidən özünü göstərməyə
başlayıb. Tarixin
bütün dövrlərində
analoji addımlar atan ermənilərin bu addımı təsdiqləyir ki, bir il öncə
verilən "bəyanatlar"
gözə kül üfürməyə xidmət
etməkdən başqa
bir şey olmayıb. Artıq İrəvanın Fransa meydanında separatçıların
əski parçası
yenidən görsənməyə
başlayıb. Halbuki
iki il əvvəl
bu əski parçası tamamilə
yığışdırılaraq tarixin arxivinə göndərilmişdi.
İndi yenidən
separatçıların "baş qaldırması"
onu deməyə əsas verir ki, Nikol Paşinyan
hakimiyyəti onların
fəaliyyəti üçün
şərait yaradır.
Əldə edilən məlumatlara əsasən,
separatçılar fəaliyyət
əhatəsini genişləndirərək
Qərb təmsilçiləri
ilə də görüşlərə can
atırlar. Bütün
bunların səbəbkarı
isə Fransadır. Erməni lobbisinin təsir gücünə məruz qalan Fransa regionda "hegemonluq" etmək istədiyini açıq-aşkar
göstərir. Fransa bu addımları ilə Rusiyanın zəifləməsindən istifadə
edərək regiona daxil olmaq və
Ermənistan vasitəsilə
Cənubi Qafqazda möhkəmlənmək xülyasındadır.
Əslində, E.Makron
yaxşı anlayır
ki, Azərbaycan qarşısına məqsəd
qoyub: sülh müqaviləsi imzalamaqla bölgədə təhlükəsizliyi
təmin etmək və yeni reallıqlara
uyğun iqtisadi əlaqələrin qurulması
istiqamətində real
işlər görmək.
Bununla yanaşı,
Azərbaycan artıq bəyan edib ki, "Qarabağ problemi" adlı məsələ yoxdur, bu, 2020-ci ildə həllini tapıb və indi regionda
yalnız yeni reallıqlar yaranıb. Fransa isə tam əksinə hərəkət edərək
separatizmə verdiyi dəstəklə bölgəni
yenidən savaş mərkəzinə çevirmək
üçün əlindən
gələni edir. Əgər rəsmi İrəvan orada baş qaldırmış
erməni separatizmini dayandırmasa, Azərbaycanın
da görəcəyi tədbirlər var.
Bir sözlə,
Ermənistan hökuməti
özünü üzdə
sülh tərəfdarı
kimi göstərir, pərdə arxasında isə separatçılara
şərait yaradır.
Fransa da bu prosesə dəstək verir. Əlbəttə ki, bu, ermənilərin özləri üçün
ağır nəticələrə
səbəb olacaq. Ermənistan bununla özünü çox ağır vəziyyətə
salır. Əgər Ermənistan qondarma rejimi bu şəkildə
diriltmək istəyirsə,
onda Azərbaycanın
cavabı ağır olacaq. Bu, təkcə
Ermənistana deyil, Hayastanı acınacaqlı
vəziyyətə sürükləyən
Fransaya da dərs olacaq.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2024.-
15 mart, № 58.- S.9.