Azərbaycan ilə ABŞ arasında dini-mədəni sahədə münasibətlərə dair fikir mübadiləsi aparılıb

 

Martın 14-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi ilə görüşüb.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə şeyxülislam A.Paşazadə Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyəsi, dinlərarası əməkdaşlıq məzhəblərarası anlaşma mühiti barədə ətraflı məlumat verib. O, Azərbaycanda müxtəlif din məzhəb daşıyıcılarının bir ailənin üzvləri kimi dinc yanaşı yaşadıqlarını, ölkəmizin tolerant dini həyatı, nümunəvi multikultural həyat modeli ilə gündəmdə olmasını diqqətə çatdırıb, dini mərkəzQafqaz Müsəlmanları İdarəsinin fəaliyyət istiqamətləri barədə söz açıb. Dünya miqyasında dinlərarası dialoq müstəvisində Azərbaycanın ön yerlərdə olmasının əsas səbəbinin məhz bu örnək təcrübə heç şübhəsiz ki, dövlətimizin apardığı müdrik siyasət, insan həmrəyliyinə xidmət edən ideyaları olduğunu xüsusi vurğulayıb.

Azərbaycandakı dini konfessiya nümayəndələrinin ötən il ABŞ-a səfərini xatırladan şeyxülislam A.Paşazadə bu ölkənin müxtəlif din ardıcılları ilə yüksək səviyyədə münasibətlərin mövcudluğunu yüksək dəyərləndirdiyini diqqətə çatdırıb. QMİ sədri Azərbaycanın bu il ev sahibliyi edəcəyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu COP29 tədbirlərini xatırladaraq, hər iki qlobal tədbir çərçivəsində dünya dini liderlərinin bir araya gələcəyi panel zirvə görüşləri barədə məlumat verib.

ABŞ səfiri M.Libbi bu görüşün müsəlmanlar üçün müqəddəs olan Ramazan ayına təsadüf etməsindən məmnunluğunu bildirib, Azərbaycanın dini-mənəvi həyatı ilə yaxından tanış olmaq üçün bu görüşə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.

Səfir M.Libbi fəaliyyətdə olduğu qısa müddətdə Azərbaycandakı dini həyatla bağlı gəldiyi qənaətlərini bölüşərək deyib ki, ölkədə dini konfessiyalar arasında dostluq münasibətlərinin mövcudluğunda, habelə dinlərarası dialoq prosesində dini lider olaraq şeyxülislamın müstəsna rolu var. O, həmçinin Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında dini liderlərin rolunun mühüm olduğuna toxunub.

Şeyxülislam A.Paşazadə təəssüflə qeyd edib ki, uzun onilliklər ərzində erməni kilsəsi ilə sülh yönündə danışıqlarda iştirak edib. Lakin Azərbaycan dünya birliyi tərəfindən tanınan ərazilərini BMT qətnamələrinə əsasən işğaldan azad etdikdən sonra erməni kilsəsi yalnız revanşist mövqe nümayiş etdirir, bölgədə sülh, xalqlar arasında dinc yanaşı yaşamaq ideyasını rədd edir, nifrət çağırışları ilə çıxış edir. Bu əsnada, şeyxülislam A.Paşazadə ABŞ səfirini azad olunmuş torpaqlarımıza səfər edərkən erməni vandalizminin nəticələrinə diqqət yetirməyə çağırıb. Bildirib ki, bu dağıntıları törədən, məscidləri, hətta kilsələri dağıdan Ermənistan Azərbaycan barədə böhtan qarayaxmalar yayır: “Bu kimi məsələlərə dair ABŞ kimi böyük dövlətdən həqiqətlərin yanında olmasını gözləməyimiz təbiidir”.

ABŞ səfiri bölgədə sabitlik suverenliyin ən yaxşı qarantı, tərəqqi çiçəklənmənin təməli olaraq sülhün əldə olunmasının hamının maraqlarına cavab verdiyi fikrində olduğunu diqqətə çatdırıb.

Görüşdə Azərbaycan ilə ABŞ arasında dini-mədəni sahədə münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.-2024.- 15 mart, № 58.- S.12.