Fransa
münaqişə ocaqlarının
çoxalmasında maraqlıdır
"Fransa Prezidenti
Emmanuel Makronun yürütdüyü siyasət
ölkəsini dünyada
rüsvay edir. Makron planetin istənilən nöqtəsində
baş verən hadisəyə münasibət
bildirməyi özünə
borc bilir, amma onun fəaliyyəti
danışmaqdan uzağa
getmir. Bununla belə Makron qanlı toqquşmaları
qızışdırır və insan ölümlərindən
sanki qürur duyur. Bu, Parisin
indiki hakimiyyətinin xislətini, insan ölümlərinə və
müharibəyə meyilli
simasını nümayiş
etdirir".
Bu fikirləri qəzetimizə açıqlamasında
Milli Məclisin deputatı Aydın Hüseynov bildirib. Fransanın dünyada etimadını itirdiyini deyən deputat Parisin Azərbaycan üçün ikitərəfli
münasibətlərdə məqbul hesab ediləcək ölkə
kimi hörmət və etibarını da itirdiyini xatırladıb.
Bildirib ki, Makron üçün hansısa ölkənin mənafeyi və sabitliyi yox, şəxsi biznes və gəlirlərini artırması, münaqişə
ocaqları yaratmaqda, silah sataraq burada
biznesini inkişaf etdirmək maraqlıdır.
Bundan başqa, az qala hər
gün Rusiya-Ukrayna müharibəsinə münasibət
bildirən, dünyanı
Ukraynaya dəstək göstərməyə çağıran
Makronun öz ölkəsinin Ukraynaya yardımı gülünc
rəqəmlərdə ifadə
olunur. Belə görünür ki, 2 ildir davam
edən müharibədə
Fransa Ukraynaya normal
yardım belə etməyib. Makron ancaq Ukraynanı boşboğazlıq edərək
silahlandırmaqla məşğuldur.
Deputatın sözlərinə
görə, Fransa ötən il dünyada silah ixrac edən ikinci dövlət olub: "Bunun da səbəbi Makrona yaxın olan silah sənayesi
şirkətlərinin müxtəlif
bölgələrdə qanlı
qarşıdurmalara rəvac
verərək sürətli
silahlandırmanı təmin
etmələridir. Fransa
Prezidenti indi də Moldovada missiya yaradır. Makron Ermənistanda da missiyanın yaradılmasına nail olub, bu ölkəyə
silah satır, Fransa şirkətlərinin
lisenziyası əsasında
Hindistan tərəfindən
istehsal olunan silahlar Ermənistana satılır. Amma bu dövr ərzində
Ermənistanın durumu
daha da pisləşib".
Aydın Hüseynov
Fransanın imperializm və müstəmləkəçilik
siyasətinə toxunaraq
qeyd edib ki, bu ölkə
iki əsrə yaxındır Yeni Kaledoniya xalqını əsarətdə saxlayır,
bu xalq ağır
müstəmləkəçilik siyasətindən əziyyət
çəkir. Burada yaşayan kanak və digər etnik xalqlar müstəqillik
mücadiləsi aparırlar.
Təəssüf ki, Fransa hökuməti onların səsini eşitmək istəmir və Yeni Kaledoniyanın
- kanakların institusional
gələcəyinə dair
irticaçı siyasət
yürüdür. Kanak
xalqının dekolonizasiya
və öz müqəddəratını təyinetmə
prosesinə imkan vermir.
"Makron və
onun hökuməti üçün "milli
maraq" Yeni Kaledoniyanın qəti olaraq fransız olmasıdır. Onların
nəzərində bu,
Hind-Sakit Okean kimi tanınmış və getdikcə həlledici zonaya çevrilən regionda iqtisadi və strateji aktivliyi təmin edir. Hökumət bununla da neokolonial təkəbbürü və
kanak xalqına hörmətsizliyi davam etdirməyə haqq qazandırır", - deyə
müsahibimiz qeyd edib.
Azərbaycan xalqının
böyük mütəfəkkiri
Xurşidbanu Natəvanın
heykəlinə qarşı
fransızların vandal
davranışlarına da
toxunan Aydın Hüseynov qeyd edib ki, Natəvanın
heykəlinə qarşı
baş vermiş bu mənəvi soyqırımı Fransa hakimiyyətinin mənfur və əsl vəhşi obrazının
ifadəsidir. Bu ölkə dünyada humanizmə və maddi dəyərlərə
qarşı iyrənc
və murdar əməlləri ilə bəşəriyyətin maddi-mənəvi
abidələrinin qatili
olmasını nümayiş
etdirir.
Nəzrin
QAFARZADƏ,
Azərbaycan.-2024.-
15 mart, № 58.- S.14.