Nərimanov
rayonunda “Fenomen” kitabının təqdimatı
keçirilib
Nərimanov Rayon
İcra Hakimiyyəti tərəfindən hazırlanan
Vətən müharibəsində
qazanılan böyük
Zəfərə həsr
olunmuş “Fenomen” kitabının təqdimatı
keçirilib.
Bakı Şəhər
İcra Hakimiyyətindən
AZƏRTAC-a bildiriblər ki,
tədbirdə Nərimanov
rayon rəhbərliyi,
Milli Məclisin deputatları, tanınmış
politoloqlar, incəsənət
xadimləri, müharibə
iştirakçıları və rayon ictimaiyyətinin
nümayəndələri iştirak
ediblər.
Azərbaycan Respublikasının
Dövlət Himninin səslənməsi ilə
başlayan tədbirdə
“Fenomen” kitabına həsr edilmiş videoçarx nümayiş
olunub.
Tədbiri giriş
nitqi ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı
Elgin Həbibullayev Qarabağ Zəfərinin unikallığı, tarixdə
şəxsiyyətin rolunun
əhəmiyyəti, Prezident
İlham Əliyev fenomeninin tariximizdə və taleyimizdəki önəmindən danışıb,
tarixin mürəkkəb
bir dönəmində
qazanılan parlaq Zəfərin nəinki Azərbaycan, həmçinin
dünya hərb və diplomatiya tarixinin ən unikal hadisələrindən
biri olduğunu bildirib.
Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev çıxışında
Ermənistanın torpaqlarımızı
işğal altında
saxladığı 30 il
ərzində sülhün
qarşısında əngəl
olmaqla yanaşı, təxribatlara davam etdiyini, sülh sazişinin əsas elementləri üzrə birgə razılığın
əldə olunmasına
az qalmış Ermənistanın hər zaman bundan yayındığını
və dekonstruktiv mövqe sərgilədiyini
vurğulayıb. O, 2020-ci ilə
qədər münaqişənin
dondurulmasına və
unudulmasına çalışan
ermənilərin atdıqları
addımların əsas
məqsədinin Qarabağ
məsələsini gündəlikdən
çıxarmaq olduğunu
deyib. Lakin Ermənistanın bu səylərinin də nəticəsiz qaldığı,
nəyi nə vaxt və necə
etməyi hamıdan yaxşı bilən Prezident İlham Əliyevin rəhbərliyi
ilə İkinci Qarabağ müharibəsində
qazanılan Qələbənin
dövlətimizin və
Ordumuzun gücünün
dünyaya nümayişinin
əyani nəticəsi
olduğunu diqqətə
çatdırıb.
Digər çıxış
edənlər bildiriblər
ki, kitabda Vətən müharibəsi
zamanı baş verən hadisələr çox orijinal üslubda - dünya tarixindən gətirilən
paralellər vasitəsilə
oxucuya çatdırılır.
Mühüm tarixi faktların və təhlillərin yer aldığı nəfis tərtibata malik “Fenomen” kitabının ictimaiyyət tərəfindən
böyük maraqla qarşılanacağı diqqətə
çatdırılıb.
Tədbir bədii
hissə ilə yekunlaşıb.
Azərbaycan.-2024.-
15 mart, ¹ 58.- S.15.