Ümumdünya
Böyrək Gününə
həsr olunmuş elmi-praktik konfrans keçirilib
Akademik Mirməmməd
Cavadzadə adına
Respublika Kliniki Uroloji Xəstəxanasında Ümumdünya
Böyrək Gününə
həsr olunmuş elmi-praktik konfrans keçirildi.
Xatırladaq ki,
14 Mart Ümumdünya Böyrək
Günüdür. Bu gün bütün dünyada 2006-cı ildən
etibarən hər il rəsmi şəkildə
qeyd edilir. Bu günün qeyd olunmasında əsas məqsəd insanları böyrək xəstəlikləri haqqında
problemlərlə tanış
etmək və böyrək problemi olan insanların vaxtında həkimlərə
müraciət etməsi
üçün məlumatlandırmaqdır.
Akademik Mirməmməd
Cavadzadə adına
Respublika Kliniki Uroloji Xəstəxanasının direktoru
Fariz Babayev jurnalistlərə açıqlamasında
Ümumdünya Böyrək
Gününün qeyd
edilməsinin bu sahədə informasiya və maarifçilik istiqamətində atılan
çox mühüm addım olduğunu diqqətə çatdırdı.
Bildirdi ki, ölkəmizdə anadangəlmə
irsi böyrək xəstəlikləri, böyrək
çatışmazlığı olan insanların öz sağlamlığına
daha məsuliyyətli
yanaşması üçün
şərait yaradılıb,
yəni bunlarla bağlı geniş imkanlar mövcuddur: "Təsadüfi deyil ki, ölkəmizin səhiyyə sahəsində
böyrək xəstəliklərinin
profilaktikası problemlərinin
həllindən, urologiyanın
inkişafından söz
düşəndə ilk
növbədə mərhum
akademik Mirməmməd
Cavadzadə yada düşür. Səhiyyənin
bu sahəsində hemodializ, mürəkkəb
böyrək əməliyyatları
məhz onun elmi axtarışları sayəsində, misilsiz xidmətlərinin zəhməti
nəticəsində həyata
keçirilib. Klinikamız
1966-cı ildən fəaliyyətə
başlayıb. Yarandığı
gündən burada dünya urologiyasının
və nefrologiyasının
bütün nailiyyətləri
tətbiq olunmağa başlanılıb".
Fariz Babayev qeyd etdi ki,
hər il ölkəmizdə bu təqvim günü qeyd olunur və
bu, təqdirəlayiq haldır: "Belə tədbirlərin keçirilməsi
Azərbaycanın səhiyyə
sahəsində, həmçinin
yaxşı kadrların
hazırlanmasında mühüm
əhəmiyyət kəsb
edir".
Ümumdünya Böyrək
Gününə həsr
olunmuş elmi-praktik konfransda çıxış
edən TƏBİB-in
Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri
Teymur Mirzəbəyli
bildirdi ki, böyrək xəstəliyi
Azərbaycanda geniş
yayılıb: "Ölkəmizdə
2023-cü ildən bu günə qədər 21
xəstəyə böyrək
köçürülməsi əməliyyatı həyata
keçirilib".
Teymur Mirzəbəyli
deyib ki, böyrək xəstəlikləri
cəmiyyətimizdə əsas
sosial problemlərdəndir.
Bu səbəbdən də "Xroniki böyrək çatışmazlığı
üzrə Tədbirlər
Proqramı" çərçivəsində
43 adda dərman vasitəsi, 35 adda tibbi sərfiyyat materialı və ləvazimat xəstələrə
təqdim edilib.
TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri bildirib:
"Bu günə qədər ölkəmizdə
37 orqan transplantasiyası
həyata keçirilib.
Onlardan 21-i böyrək
transplantasiyası olub.
Hazırda 4 mindən çox aktiv dializ proseduru alan xəstə var. Bütün bunlar icbari tibbi
sığortanın xidmətlər
zərfi çərçivəsində
aparılan orqan transplantasiyası əməliyyatlarıdır".
Elmi-praktik konfransda
çıxış edən
TƏBİB-in Davamlı
tibbi inkişaf şöbəsinin müdiri
Emil İsgəndərov
dedi: "Hazırda 88
ölkə bu günü qeyd edir. Həmin prosesə qoşulan ölkələr tədricən
artmaqda davam edir".
Emil İsgəndərov
dedi ki, bu günün həm elm, həm
də təhsil sahəsində böyük
əhəmiyyəti var,
eyni zamanda əhali arasında böyrək xəstəliklərindən
əziyyət çəkən
şəxslər arasında
da maarifçiliyi özündə əks etdirir. "Hazırda Yer üzündə 850 milyondan çox insan böyrək xəstəliklərindən əziyyət
çəkir. 2019-cu ildə
3,1 milyondan çox insan məhz bu xəstəlik səbəbindən dünyasını
dəyişib. Azərbaycanda
da bu xəstəliklərdən
əziyyət çəkənlərin
sayı çoxdur".
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2024.-
15 mart, № 58.- S.16.