Xərçəngi əbədi məğlub etmək üçün yeni müalicə üsulu axtarılır

 

 

Xərçəng dünyanın ən təhlükəli xəstəliklərindən hesab edilir. İnsan orqanizmində anormal hüceyrələrin böyüməsi ilə başlayıb sürətlə digər orqanlara yayılan xərçəng ürək-damar xəstəliklərindən sonra dünyada ən çox insan ölümünə səbəb olan xəstəlikdir. Genetik meyil, tütün spirtli içkilərdən istifadə, radiasiya, kanserogen kimyəvi maddələr, müxtəlif viruslar, pis qidalanma vərdişləri havanın çirkliliyi xərçəng xəstələrinin artmasının əsas səbəblərindəndir.

Kimyaterapiya, radiasiya cərrahiyyə əməliyyatları xərçənglə mübarizənin standart müalicə formalarıdır. Lakin kimyaterapiya radiasiyanın yan təsirlərindən biri zədələnmiş hüceyrələrlə yanaşı, sağlam hüceyrələri məhv etməsidir. Elm adamları uzun illərdir xərçəngi əbədi olaraq məğlub etmək üçün onun təsirli müalicə üsulunu tapmağa çalışırlar. Mütəxəssislər xərçənglə mübarizədə peyvəndin böyük vədlər verdiyini bildirirlər. Bu problemin mümkün həlli sağlam hüceyrələrin bədxassəli hüceyrələrə çevrilməsinin qarşısını ala biləcək xərçəng əleyhinə peyvəndin yaradılmasıdır.

 

 

 

2030-cu ilə qədər 30 xərçəng növünə qarşı peyvənd istehsal ediləcək

 

 

 

Xərçəng peyvəndlərinin digər müalicə üsullarının təsir etmədiyi bədxassəli hüceyrələri potensial olaraq məhv edə, şişin böyüməsini ya yayılmasını dayandıra biləcəyi təxmin edilir. Peyvəndlərin əsas məqsədi immunitet sisteminin xəstəliyə səbəb olan faktorları tanımasına imkan vermək orqanizmin onlara qarşı adekvat müdafiəsini təmin etməkdir. Xərçəng peyvəndi immun hüceyrələrinə şiş hüceyrəsinin necə göründüyünü "öyrədir", onların aşkarlanmasına zərərsizləşdirilməsinə şərait yaradır.

Koronaya qarşı inkişaf etdirdikləri "mRNA" əsaslı peyvəndi xərçəngə qarşı da inkişaf etdirməyə çalışan "BioNTech" şirkəti dəri, bağırsaq, uşaqlıq yolu, prostat ağciyər xərçəngi daxil olmaqla 30 xərçəng növünə qarşı klinik araşdırmalarını davam etdirir. Mütəxəssislər "mRNA" texnologiyasının koronavirusları məhdudlaşdırdığı kimi, xərçəng hüceyrələrinə hücum etmək üçün necə yenidən proqramlaşdırıla biləcəyini izah ediblər. Vaksin virusları müəyyən edən kodu daşımaq əvəzinə xərçəng antigenləri, yəni şiş hüceyrələrinin səthini deşən zülallar üçün genetik təlimatları ehtiva edir bu şəkildə xərçənglə mübarizə aparır. Lakin şişləri meydana gətirən xərçəng hüceyrələri müxtəlif zülallarla örtülə bilir, bu da sağlam toxuma deyil, bütün xərçəng hüceyrələrini hədəf alan bir peyvəndin hazırlanmasını olduqca çətinləşdirir.

Sınaq testləri zamanı peyvənd III IV mərhələdə olan dəri xərçəngi xəstələrində terapevtik dərmanlarla birlikdə istifadə edilib. Nəticədə dəri xərçənginin təkrarlanma ölüm riskini 44 faiz azaltdığı müşahidə edilib. Məlumata görə, vaksin 4 dozada 44 pasiyentə vurulub. Nəticələrə əsasən, pasiyentlərin 59 faizində şişlərin həcminin 30 faiz kiçilməsi müşahidə edilib. Xəstələrin 95 faizində isə şişlərin böyüməsi dayanıb.

Şirkət qurucuları 2030-cu ilə qədər xərçəngin müalicəsi üçün peyvənd istehsalının mümkün olacağını deyirlər. Onlar hər bir xəstədə xərçəng hüceyrəsi lokalizasiyasının fərqli olduğu üçün fərdi müalicə sayəsində yaxın illərdə kimyaterapiyaya da ehtiyac olmayacağını iddia edirlər. Bundan əlavə, "BioNTech" rəsmiləri 2026-cı ilə qədər ilk xərçəng peyvəndlərinin təsdiqlənərək bazara çıxarılmasına böyük ümid bəslədiklərini bildirirlər.

 

 

 

Onkoloji xəstəlik həyatın sonu deyil

 

 

 

Mövzu ilə bağlı qəzetimizə fikirlərini bildirən Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli deyir ki, son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da onkoloji xəstələrin sayında artım müşahidə edilir: "Bunun səbəbi həm əhalinin artmasıdır. Demoqrafik göstəricilərə əsasən, əhalimizin sayı 10 milyon 300 mini ötüb. Buna görə yalnız onkoloji deyil, ümumiyyətlə, bütün xəstəliklərə yaxalananların sayı artıb. 2022-ci ilin statistikasına əsasən, həmin il 62 min 385 onkoloji xəstə qeydiyyata alınıb. 2021-ci ildə isə bu göstərici 58 min 948 nəfər olub. Onu da qeyd etmək lazımdır ki, 62 min 385 xəstədən 22 min 349 nəfəri 5 ildən artıqdır yaşayanlardır".

A.Kərimli qeyd edir ki, kişilər arasında daha çox ağciyər traxeya prostat vəzisinin, qadınlar arasında isə uşaqlıq boynu süd vəzisinin xərçənginə rast gəlinir: "Süd vəzisi xərçənginə vaxtında diaqnoz qoymaq üçün 40 yaşdan yuxarı qadınlar hər il mamoqrafiyadan keçməlidirlər. 45-50 yaşdan yuxarı kişilər isə hər il rentgen müayinəsindən keçməli, uroloqa müraciət etməli qan testləri verməlidirlər. Ən kiçik şübhə yaranarsa belə müayinədən keçmək hər şeyin qaydasında olduğundan əmin olmaq lazımdır".

Əhali arasında bu xəstəliklə bağlı ciddi qorxu təşvişin olduğunu söyləyən onkoloq bildirir ki, xərçəng digər xəstəliklər kimi sağalmaq qabiliyyətinə malikdir: "Bu xəstəlik bir çox onkoloji xəstənin düşündüyü kimi həyatın sonu deyil. Əgər xəstəlik erkən mərhələdə aşkar edilsə, düzgün diaqnoz qoyulsa müvafiq müalicə taktikası seçilsə, bunun digər xəstəliklərdən demək olar ki, fərqi yoxdur tam müalicəsi mümkündür. Xüsusən onkoloji xəstəliklərdə ən önəmli faktor xəstənin motivasiyasının əhvali-ruhiyyəsinin yüksək olmasıdır".

A.Kərimlinin sözlərinə görə, dünyada ölkəmizdə əsasən uşaqlıq boynu xərçəngi üçün peyvəndləmə aparılır: "Yaxşı nəticə əldə etmək üçün peyvəndləmənin  9-13 yaşlarda oğlan qızlarda aparılması tövsiyə olunur. Profilaktik məqsədlə digər yaşlarda da peyvənd olunmaq olar. Yüksək vəsait tələb etdiyi üçün xərçəngə qarşı peyvəndləməni səhiyyə müəssisələri həyata keçirə bilmir. Kütləvi hal alması üçün dövlət proqramı qəbul edilməlidir. Hazırda isə HPV peyvəndini hər bir şəxs könüllü şəkildə əldə edərək dövlət özəl xəstəxanalarda vurdura bilər".

İnsanların maarifləndirilməsi düzgün həyat tərzinin təbliği bir çox xəstəlikdə olduğu kimi, xərçənglə mübarizədə önəmlidir. Bunun üçün mütəxəssislərin tövsiyələrini dinləmək, vaxtlı-vaxtında müayinə olunmaq, xəstəliyə tutulduqda isə psixoloji sağlamlığı qorumaq lazımdır.

 

Ülkər XASPOLADOVA,

Azərbaycan.-2024.- 15 mart, № 58.- S.16.