İlham
Əliyevin ədalətli
və qətiyyətli
siyasəti sülhün
yeganə qarantıdır
Qərb Cənubi Qafqazda yeni savaş ssenarisi hazırlayır
Cənubi Qafqazda
sülhün, təhlükəsizliyin
bərqərar olunmasını
istəməyən qüvvələr
indi yenə də aşkar şəkildə "hərəkətə"
keçiblər. Görünən
odur ki, ABŞ və Qərb bütün mümkün vasitələrlə Rusiyanı
regiondan sıxışdırıb
çıxarmaq istəyir
və bunu da artıq gizlətmirlər.
Bu məqsədə çatmaq üçün
isə alət olaraq Ermənistandan istifadə edirlər. Bu da təbii
ki, məğlub ölkənin Azərbaycanla
sülh müqaviləsini
imzalamaqdan yayınmasına
şərait yaradır.
Ermənistan 30 il
Azərbaycan torpaqlarını
işğal altında
saxlayarkən də Qərb dairələri status-kvonun dəyişməməsi
üçün daim ikili standartlar tətbiq etməklə bu ölkəyə sahib çıxırdılar.
İşğalçı ölkə də bu cəzasızlıq mühitindən yararlanaraq
istədiyi oyunu oynayır və istədiyi vaxt Azərbaycanı təxribata
çəkirdi. Amma bu dəfə fərqli oyun oynayırlar. Yəni, Qərb dairələrinin Hayastanın sülhdən
yayınması, sülh
müqaviləsinin imzalanmaması
üçün başlatdıqları
oyunlar köhnə ssenarinin davamıdır.
ABŞ başda olmaqla
Qərb dövlətləri
Cənubi Qafqazda vəziyyəti mümkün
qədər gərginləşdirmək,
ənənəvi rəqiblərinə
qarşı yeni münaqişə ocaqları
yaratmaq yolunu tutublar. NATO-nun baş katibi Y.Stoltenberqin regiona səfərinin ardınca onun ABŞ dövlət katibi Blinken və Avropa Komissiyasının sədri
Ursula von der Leyen ilə
2024-cü ilin aprelində
geniş tərkibdə
görüşünün olacağı barədə
yayılan məlumatlar,
xüsusən Ermənistana
"təhlükəsizlik zəmanətinin" verilməsi
barədə müzakirələr
bir daha göstərir ki, Qərb Cənubi Qafqazı "qan çanağına" çevirməkdə
maraqlıdır.
ABŞ və Avropa
İttifaqı regionda
vəziyyəti mümkün
qədər gərginləşdirməklə
Cənubi Qafqazda hərbi cəhətdən
mövcudluqlarını hədəfləyirlər.
Bu isə heç şübhəsiz
ki, Bakı və İrəvan arasında sülh perspektivlərini faktiki heçə endirir. Bir sözlə, "təhlükəsizlik zəmanəti"
ideyası Azərbaycanla
Ermənistan arasında
yekun sülhü beynəlxalq hüququn prinsiplərinə yox, Qərbin arzuladığı
formaya uyğunlaşdırmaq
cəhdidir. Əlbəttə,
bu, Azərbaycana qarşı atılan addım olmaqla milli maraqlarımıza ciddi təhdiddir.
Ehtimal olunur ki, ABŞ və Avropa İttifaqı Ukrayna ilə Böyük Britaniya, Fransa, Almaniya və digər ölkələr arasında
ikitərəfli sazişlər
kimi Ermənistana
"təhlükəsizlik zəmanətləri" vermək
üçün sənəd
imzalamağa hazırlaşırlar.
Belə olan halda regionda geosiyasi hadisələr sürətlə inkişafa
başlaya bilər.
Ermənistan KTMT-də
iştirakını "dondurmasından"
sonra təşkilatdan
qəti şəkildə
çıxacağını nümayiş etdirir. Rəsmi İrəvanın
Rusiyanın Gümrüdəki
102-ci bazasının ləğvinə
başlamaq fikrində
olması da bunu təsdiqləyən reallıqdır. Burada Ermənistanın istəyi
də bəllidir. İrəvan tərəfindən
qovulacaq Rusiya sərhədçiləri və
Rusiya hərbçilərinin
yerinə artıq sərhəddə yerləşdirilmiş
Avropa Monitorinq Missiyasının (EUMA) tərkibində
göndərilə bilən
ABŞ hərbçiləri ola bilər.
Mövcud təhlükəli
vəziyyətdə Rusiya
hakimiyyəti hələ
də məsələyə
qarışmadan gözləmə
mövqeyi sərgiləyir.
Amma göründüyü
kimi, Paşinyanın Fransa və ABŞ kimi dövlətlər
ilə hərbi əməkdaşlığa kəskin
dönüş yaratmaq
üçün atdığı
addımlar durumu getdikcə ağırlaşdırır.
Təbii ki, Brüsseldə danışıqların
aparllması, Ermənistana
"təhlükəsizlik zəmanətinin" yaradılması,
Azərbaycanla Hayastan arasında sülh prosesinə dəstək deyil, məsələni birtərəfli qaydada həll etmək cəhdidir ki, bu da Azərbaycanın
maraqlarına cavab vermir və ölkəmizə qarşı
atılan addımdır.
Bu, Aİ-nin missiyasından sonra Qərbin daha geniş miqyasda regiona hərbi cəhətdən daxil olması cəhdidir ki, mövcud vəziyyət regionda partlayışa və formalaşmaqda olan regional təhlükəsizliyə
böyük zərbə
ola bilər.
Bu, eyni zamanda Ukraynanın ardınca indi də Rusiyanı Cənubi Qafqazdan, daha sonra isə
Mərkəzi Asiyadan sıxışdırıb çıxartmaq
planının işə
salınmasıdır. Əlbəttə
ki, Rusiya bu plana mütləq
cavab verməlidir. Elə görünən odur ki, cavab
özünü çox
gözlətməyəcək. Belə olan halda isə daha
çox zərbə alan Hayastan olacaq. Bu isə baş verə
biləcək hadisələri indidən
proqnozlaşdırmağa imkan verir. Belə ki, Rusiyanın
cavabı ABŞ başda olmaqla Cənubi Qafqazda vəziyyəti
mümkün qədər gərginləşdirmək, ənənəvi
rəqiblərinə qarşı yeni münaqişə
ocaqları yaratmaq yolunu tutan Qərb dövlətlərinə
tutarlı zərbə olacaq. Bu ssenaridə vasitə rolunu
oynayan Ermənistanın isə Ukrayna və ya Livana çevriləcəyi
şübhə doğurmur.
Azərbaycanın
mövqeyi isə hər zaman olduğu kimi dəyişməzdir.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi, artıq kimsə
Azərbaycanla təhdid, hədə-qorxu dili ilə
danışa bilməz. Martın 18-də Xankəndi şəhərində
Novruz tonqalını alovlandırıb xalqa bayram təbrikini
ünvanlayarkən İlham Əliyev bir daha Azərbaycanı
istəməyən, regionda yenidən münaqişə
ocağının yaranmasına çalışan qüvvələrə
mesaj ünvanladı: "İkinci Qarabağ müharibəsindən
sonra qürurla yaşayırıq. Biz hamımız fəxr
edirik ki, biz özümüz ədaləti bərpa etdik,
torpaqlarımızı işğalçılardan azad etdik,
öz gücümüzü göstərdik və bundan sonra hər
kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə,
özü peşman olacaq".
Azərbaycan
Prezidenti deyir ki, Cənubi Qafqazda sülh istəməyən
qüvvələrin Ermənistandan
bir alət kimi istifadə etməklə öz
maraqlarını həyata keçirmək cəhdləri
baş tutmayacaq. Bu prosesdə ən ağır zərbə
yenə də məğlub Ermənistana dəyəcək.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2024.-
28 mart, № 63.- S.9.