“Global
Times” qəzeti Azərbaycan-Çin münasibətlərini
“Dostluğun qızıl standartı” hesab edir
Çin
Kommunist Partiyasının rəsmi nəşrlərindən
olan “Global Times” qəzeti Azərbaycan Respublikası Prezidentinin
köməkçisi - Prezident Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyev ilə müsahibə əsasında
“Dostluğun qızıl standartı” adlı məqalə dərc
edib.
AZƏRTAC xəbər
verir ki, H.Hacıyev qəzetin əməkdaşı Sie Ventin
növbədənkənar prezident seçkilərində qalib
gələn Prezident İlham Əliyevin liderliyində Azərbaycanın
Çin ilə münasibətlərinə, ölkəmizin
xarici siyasətində Çinin yerinə, Azərbaycanın
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasına (COP29) sədrliyinə, iki ölkənin iqlim dəyişikliyinə
qarşı mübarizə üzrə əməkdaşlığına,
Çinin qlobal inkişafdakı payına dair suallarını
cavablandırıb.
Administrasiya
rəsmisi bildirib ki, Azərbaycan ərazi
bütövlüyünü və suverenliyini bərpa etdikdən
sonra Prezident İlham Əliyev ölkənin inkişafı ilə
bağlı yeni prioritetlər müəyyən edib. Ölkəmizin
yaxın dost və tərəfdaşı olan Çin ilə
münasibətlərin inkişafı da Azərbaycanın
xarici siyasətinin əsas istiqamətlərindən biridir.
Dövlətimizin başçısı Azərbaycanın
Çin ilə strateji əməkdaşlığının
və tərəfdaşlığın genişləndirilməsində,
yeni səviyyəyə qaldırılmasında
maraqlıdır. İki ölkə arasında əla siyasi
münasibətlər, iqtisadi-ticarət, o cümlədən
enerji, nəqliyyat sahələrində yaxın əməkdaşlıq
var. Azərbaycan Vahid Çin prinsipini daim dəstləyir.
Şöbə
müdiri bildirib ki, Azərbaycan ilə Çin arasında
iqtisadi-ticari sahədə əməkdaşlıq
üçün olduqca böyük potensial var. Azərbaycan
Çini təkcə dost ölkə deyil, həm də bilik,
təcrübə və texnoloji tərəqqi mənbəyi
kimi qəbul edir. Prezident İlham Əliyev bu amilləri nəzərə
alaraq Çin ilə əməkdaşlığı Azərbaycanın
prioritetlərindən biri kimi müəyyənləşdirib.
İki ölkə arasında iqtisadi-ticari münasibətlər
davamlı inkişaf edir, Çin şirkətləri Azərbaycan
iqtisadiyyatının diversifikasiyasında iştirak edir. Bununla
belə ölkələrimizin iqtisadi əməkdaşlığı
üçün daha geniş imkanlar var. Azərbaycan milli
prioritetlərdən biri olan rəqəmsal və yaşıl
keçid sahələrində Çini tərəfdaş
kimi görür. Bu istiqamətdə əməkdaşlıq
çərçivəsində Azərbaycanda bərpaolunan
enerji avadanlığı və elektrik avtomobillərinin birgə
istehsalı mümkündür.
Azərbaycan-Çin
əməkdaşlığında “Bir kəmər, bir yol” təşəbbüsünü
xüsusi vurğulayan Prezidentin köməkçisi bu
xüsusda Orta Dəhlizin əhəmiyyətini qeyd edib, Azərbaycan
və Mərkəzi Asiya ölkələrinin Çin ilə
Avropa arasında vacib bağlantını təmin etdiyini deyib.
Azərbaycanın
COP29-a ev sahibliyindən danışan şöbə müdiri
H.Hacıyev bildirib ki, bu tədbirin Azərbaycanda keçirilməsinə
dair qərar beynəlxalq ictimaiyyətin ölkəmizə
hörmət və etimadının göstəricisidir.
Qazıntı yanacağı ixrac edən Azərbaycan yerli,
regional və qlobal səviyyədə mövcud keçid layihəsini
və gündəmini həyata keçirmək
üçün güclü iradə və qətiyyət
nümayiş etdirib. İqlim dəyişikliyi hamı
üçün əsas çağırışdır və
qlobal ictimaiyyətin buna qarşı səylərini birləşdirməsi
vacibdir. Azərbaycan COP danışıqlar prosesinin
bütün fundamental aspektləri üzrə qlobal səviyyədə
daha çox həmrəylik və konsensusa nail olmağı hədəfləyir.
Azərbaycanın
iqlim dəyişikliyi ilə mübarizə sahəsində
Qlobal Cənub və Qlobal Şimal arasında anlaşma və
həmrəyliyin qurulmasına
çalışacağını bildirən Administrasiya rəsmisi
əlavə edib ki, ölkəmiz COP29 ilə əlaqədar
fundamental məsələlər üzrə bütün tərəflərlə
dialoqa və qarşılıqlı fəaliyyətə
açıqdır. Çin Xalq Respublikası dünyanın
aparıcı ölkələrindən biridir. Ona görə
də danışıqlar prosesində Çinin mövqeyini
anlamaq üçün ilkin məsləhətləşmələrin
və müzakirələrin aparılması bizim
üçün çox vacibdir.
H.Hacıyev
müsahibəsində bəzi media orqanlarında Çin sərmayələrinin
və şirkətlərinin “təhlükəsizlik təhdidi”
kimi təqdim olunmasını Çinə qarşı ədalətsiz
yanaşma kimi şərh edərək, Çin
texnologiyasının dünyada ən yaxşılardan biri
olduğunu, ölkəmizdə rəqəmsal keçid
prosesində də Çin məhsullarından istifadə
olunduğunu diqqətə çatdırıb.
İqtisadi
inkişafın ədalətli rəqabətə əsaslanmalı
olduğunu vurğulayan H.Hacıyev, bəzi ölkələrin
təhlükəsizlik və digər mövzularda
lazımsız təbliğatla məşğul
olduqlarını, bunun dürüst rəqabətə və
iqtisadi inkişafa mane olduğunu bildirib. Bəzi ölkələrdə
Çin şirkətlərinə qarşı aparılan təbliğat
təəssüf doğurur. Bu, Azərbaycanın gündəliyinə
uyğun deyil. Çinli tərəfdaşlarla birgə iş
ölkəmizin texnoloji inkişafına kömək edir.
Şöbə
müdiri Çinin tərəqqisinin, qlobal inkişafa töhfələrinin
dost ölkələri sevindirdiyini, Çinin irəli
sürdüyü qlobal təşəbbüslərin əməkdaşlığı
və inkişafı təşviq etdiyini bildirib. Çin
COVID-19 pandemiyasını dövründə “peyvənd milliyyətçiliyi”
nümayiş etdirən bəzi Qərb ölkələrindən
fərqli olaraq ehtiyacı olan ölkələrə peyvənd
tədarük edib. Dövlətimizin
başçısının Çin liderinə müraciətinə
cavab olaraq, Çin Azərbaycana vaksin göndərərək,
xalqımızın sağlamlığı və rifahına
öz töhfəsini verib. Bu həmrəylik aktı ölkələrimiz arasında
mövcud olan tərəfdaşlıq nümunəsidir.
Azərbaycan.-2024.-
28 mart, ¹ 63.- S.2.